• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi

dunya

29-04-2026, 13:00



Amerika Birləşmiş Ştatları gerçəkdən də böyük imkanlar, parlaq perspektivlər ölkəsidir.

Belə olmasaydı, Keniyada keçi otaran kişinin nəvəsi (Barak Obama) gəlib 50 dövlətin birləşməsindən əmələ gəlmiş və dünya hegemonu olan dövləti 8 il boyunca idarə edə bilməzdi.

Elə kasıbçılıq üzündən İtaliyadan gəlib ABŞ-yə sığınmış və birtəhər santexnika ustası işinə düzəlmiş kişinin oğlunun (Rudolf Culianinin) da 8,5 milyon əhalisi olan Nyu-Yorkun meri olması da ABŞ-nin fərqli ölkə olması üzündəndir.

Hollivud aktyoru Arnold Şvartsneggerin Kaliforniya qubernatoru seçilməsi faktını da xatırladaq. Kaliforniya müstəqilliyini elan etsə, dünyanın 10 ən güclü ölkəsindən biri olar.

Bu cür misalları bir qəzetin 16 səhifəsinə yetəcək qədər uzatmaq mümkündür. Çünki ABŞ dünyanın dörd tərəfindən, 200-dən artıq ölkəsindən gəlmiş və hərəsi öz sahəsində böyük uğurlar qazanmış adamlarla doludur.

Nyu-Yorkun indiki meri Zöhran Mamdanini də onlardan biri hesab etmək olar.

Hərçənd 34 yaşlı bu şəxsin dünyanın ən məşhur, ən varlı, baş paytaxtı sayılacaq şəhərinin rəhbəri seçilməsi təkcə fərasət, istedad, şans əsəri deyil. Adamın yolunu hamarlaya-hamarlaya bura qədər gətirənlər var. Yoxsa Hindistan-Uqanda əsilli biri bu yaşda o boyda vəzifəyə necə gələ bilərdi...

(Böyük redaksiyalarda 34 yaşlı jurnalisti redaktor təyin etmirlər ki, hələ gəncdir, təcrübəsi kifayət qədər deyil).

6 ay öncə Zöhran Mamdani Nyu-York meri seçiləndə ölkəmizdə onun dini mənsubiyyətinə vurğu edərək şəxsinin ölkəmiz üçün, eləcə də müsəlman dünyasından ötrü faydalı biri olacağından danışanlar vardı.

Bu gün isə məhz həmin Mamdani Türkiyə və Azərbaycanı ermənilərə qarşı uydurma “genosid siyasəti” yeritməkdə ittiham edir.

Bu, böyük siyasətdə dini mənsubiyyətin o qədər önəmli rol oynamadığını göstərir. Liderlər işlərinə gəldikdə, öz maraqlarına uyğun olduqda dini təəssübkeşlik, irqi, milli identiklik prizmasından çıxış etməyə bilirlər.

Bəlkə də bu gün Nyu-York meri postunu irland, şotland, italyan, fransız kökənli biri tutsaydı və Mamdaninin çıxışına bənzər bir çıxış etsəydi, bu, bizə o qədər də yer etməzdi, deyərdik, ortada xristian təəssübkeşliyi faktoru var.

Ancaq Mamdaninin qərəzli mövqe tutaraq iddialı və mübahisəli çıxış etməsi onun dini mənsubiyyətini ona görə ön plana çıxarır ki, o, müsəlman-şiə olaraq obyektiv görünə bilir. Ermənilər asanlıqla “bunu da biz demirik ki, müsəlman və şiə olan yüksək vəzifəli biri deyir” deyə bilirlər.

Mamdani tarixçi deyil və böyük ehtimalla I dünya müharibəsi, onun iştirakçıları, qurbanları barədə məhdud informasiyaya malikdir.

I dünya müharibəsində dünyanın 20 civarında böyük ölkəsi iştirak edib. Bu ölkələrdə yaşayan yüzlərlə xalq hərbi əməliyyatların gedişində zərər çəkib. Savaşda ümumilikdə 10 milyon hərbçi və 8 milyona yaxın mülki şəxs həlak olub.

Bu gün həmin müharibədə iştirak edən və milyonlarla itki verən ölkələrin heç birində ağlaşma-şivən yoxdur, yalnız ermənilər 1915-ci ilin aprel ayının 24-də Osmanlı sultanının erməni əhalisini aktiv hərbi əməliyyat gedən regionlardan imperiyanın cənub əyalətlərinə köçürülməsi barədə verdiyi fərmanın ildönümünü milli matəm günü kimi qeyd edirlər.

Söz yox, ermənilər bəzi yerlərdə başıpozuq dəstələrlə, bəzi yerlərdə isə mütəşəkkil hərbi birləşmələrlə qatıldıqları döyüşlərdə, eləcə də sürgün yollarında xeyli itki veriblər, amma mülki əhalinin xəndək kənarına düzülüb güllələnməsi hadisələri, demək olar ki, baş verməyib. Belə olsaydı, onların Suriya, İraq civarına köçürülməsinə ehtiyac olmazdı, elə yaşadıqları yerlərdə məhv edilərdilər.

Bu necə kütləvi qırğındır ki, ermənilər köçürülüdükləri Maraş, Antep, Urfa əyalətlərində fransızların yardımı ilə qondarma dövlət də qurublar, axırda Atatürkün qoşunlarına məğlub olub, itki veriblər.

Ermənilərin verdikləri itkilər isə həddən artıq şişirdilib. 111 il öncə Türkiyənin ümumi əhalisi 10-11 milyon civarında olub. Bəs ermənilər nə qədər olub ki, 1,5 milyonu müharibədə qırılıb, iki o qədəri də Ermənistana, Suriyaya, Fransaya, ABŞ-yə köçüb?

İtkilərə dair rəqəmlərin bu cür təqdim edilməsində məqsəd onu eşidənlərdə acı təəssürat oyatmaq məqsədi daşıyıb və bu trivial ifadə hələ də təkrarlanmaqdadır.

Dünya dövlətlərinin ard-arda “erməni genosidi”ni “tanıma”sı aktları isə sırf siyasi qərarlardır, ciddi və neytral tarixçilər kütləvi tələfat faktını qeyd edir, amma bunun dövlət tərəfindən yeridilən soyqırım siyasəti olduğunu təsdiq etmirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəfə “1915-ci il hadisələrini təfərrüatlı şəkildə araşdırmaq üçün gəlin arxivləri açaq” çağırışları da illərdir cavabsız qalır.

Yaxşı, “erməni genosidi”nin həqiqətən baş verdiyinə əminlik varsa, arxivləri açmaqdan niyə yayınırlar?

Bu məsələdən uzun illər Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Əvvəllər rəsmi Ankara “erməni genosidini tanıyarıq” şantajına həssas yanaşırdı, ancaq “tanıyan” dövlətlərin sayı artdıqca bu, əhəmiyyətsiz bu işə çevrildi.

Elə dövlətlər var ki, “erməni genosidi”ni 2-3 dəfə tanıyıb. Bəzi dövlətlərdə ayrı-ayrı şəhərlər, əyalətlər “genosid”i ayrıca tanıyır. Fransa bu məsələyə dair mübahisə başladanlara, “belə şey olmayıb” deyənlərə cinayət işi açır.

Yəni Nyu-Yorkun yeni merinin tutuquşular xoruna qoşulması təəccüblü deyil.

Onun Azərbaycanın da adını öz çıxışına salması isə yenilikdir.

1 milyona yaxın soydaşımızın Ermənistan və Qarabağdan deportasiya edilməsi 30 il boyunca heç bir dövlətin yüksək vəzifəli şəxsi tərəfindən dilə gətirilmədiyi halda 100 min civarında erməninin Qarabağın dağlıq hissəsindən könüllü köçməsinə vurğu salınması bu şəxslərin nə dərəcədə obyektiv olduğunu göstərir.

Son 6 ildə Ermənistan və Azərbaycan arasında gedən hərbi əməliyyatlar və siyasi proseslər bütün dünyanın gözünün qarşısında baş verib və beynəlxalq birlikdən rəsmi Bakıya qarşı hər hansı bir ciddi irad bildirilməyib.

Mamdaninin və digərlərin su bulandırması özlərinə qalacaq.musavat.com

Oxunub: 561
Paylaş:
Digər xəbərlər

dunya

5-11-2025, 06:53

ABŞ tarixinə düşən müsəlman Mamdani kimdir? - Tramp hədələmişdi

dunya

1-05-2021, 07:00

Nyu-Yorkda karantin rejimi ləğv olunur

gundem / dunya

8-08-2018, 11:22

Kaliforniya tarixinin ən güclü yanğını

dunya

6-05-2025, 08:08

Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi

gundem / cemiyyet

24-06-2019, 06:46

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu öz işinə başladı

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:22
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Normal yaşamaq neçə manatdır? — Açıqlama
  • Dünən, 15:30
    Camaat KƏNDdən NİYƏ qaçır ?
  • Dünən, 15:18
    Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
  • Dünən, 14:22
    “Artsax” deyən kimi qiyamət qopdu
  • Dünən, 14:00
    Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
  • Dünən, 13:19
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
  • Dünən, 13:11
    İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
  • Dünən, 12:45
    Leysan, şimşək, dolu - SABAHIN HAVASI
  • Dünən, 11:53
    22 motosikletçi saxlanıldı
  • Dünən, 11:48
    Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
  • Dünən, 11:16
    Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
  • Dünən, 10:25
    Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
  • Dünən, 10:22
    Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
  • Dünən, 10:18
    Bakı metrosunun iş vaxtı uzadılır
  • Dünən, 09:50
    "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
  • Dünən, 09:47
    Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
  • Dünən, 09:43
    2027-ci ildə pensiyalar nə qədər arta bilər?
  • Dünən, 09:37
    Bu gün Azərbaycan Qran-Prisi start götürür
  • Dünən, 09:30
    Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
  • Dünən, 09:17
    İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
  • Dünən, 09:00
    Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
  • 23-09-2026, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • 23-09-2026, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • 23-09-2026, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • 23-09-2026, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • 23-09-2026, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • 23-09-2026, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • 23-09-2026, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • 23-09-2026, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • 23-09-2026, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • 23-09-2026, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • 23-09-2026, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • 23-09-2026, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • 23-09-2026, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • 23-09-2026, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Daha çox
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
23-09-2026, 10:17
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə