• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir

dunya

22-04-2026, 12:30



Müşavirlərinin israrlı tövsiyələrinə baxmayaraq, ABŞ prezidenti Donald Trampın maraqlı və ekstravaqant açıqlamaları davam edir.

Dünən o, CNBC telekanalına verdiyi müsahibədə bildirib ki, əgər 1965-1973-cü illərdə Amerika lideri olsaydı, Vyetnamdakı müharibədə tez bir zamanda qalib gələ bilərdi.

ABŞ prezidenti məhz belə deyib: "Mən Vyetnama beş ay ərzində qalib gələrdim. Prezident olsaydım, İraqı da eyni müddətdə götürərdim”.

Yəqin ki, Tramp İraqı söhbətə qatarkən 1991-ci ildə İraqa qarşı başlanan və tezliklə Səddam Hüseynin qoşunlarının Küveytdən qovulması ilə nəticələnən müharibəni nəzərdə tutur. O zaman ABŞ-nin təşkil etdiyi hərbi koalisiya işğalçı İraq ordusunu Küveytdən çıxarmaqla kifayətləndi, İraq ərazisini girib S.Hüseyni devirmədi. Nəticədə S.Hüseyn öz ölkəsində daha 12 il hökmdarlıq etdi.

ABŞ-nin Vyetnam müharibəsinə başladığı zaman ölkə prezidenti Lindon Conson olub, İraq müharibəsi isə Corc Buşun (ata) vaxtına düşüb.

Əslində onların ikisi də qətiyyətli və təcrübəli dövlət xadimləri olublar və cəsarətləri də Donald Trampınkından az olmayıb. Ancaq həm Consonun, həm də Corc Buşun dövründə dünyadakı reallıqlar başqa idi. O vaxt ABŞ heç də dünyanın yeganə hegemonu deyildi. İndinin özündə belə Vaşinqton öz iradəsini dünya ölkələrinə asanlıqla qəbul etdirə bilmir, tez-tez müqavimətlə üzləşir, o zamanlar isə onun qarşısında sabit müqavimət ocağı vardı. Bu, SSRİ-nin rəhbərlik etdiyi sosializm düşərgəsi bloku idi. NATO-nun da qarşısında Varşava Müqavilsi Təşkilatı dururdu.

Dünyanın harasında bir qazan qaynadılırdısa, içini qarışdıran iki çömçədən biri ABŞ-nin, o biri SSRİ-nin olurdu.

Görünür, özünü ABŞ-nin 4 ən nüfuzlu, bacarıqlı, ötkəm prezidenti ilə bir sıraya qoyan Tramp o dövrdəki həlledici amilləri heç sayır. (Yeri gəlmişkən, həmin məşhur prezidentlər bunlardır: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt, Avraam Linkoln. Trampın “beşlik” siyahısına Qrover Klivlend və Ronald Reyqan kimi əməkdar liderlər düşmür).

Bu gün əminliklə demək olar ki, ABŞ Vyetnama nəinki 5 aya, heç 5 ilə də qalib gələ bilməzdi.

Bu müharibə ABŞ-nin müdaxiləsindən 10 il öncə, 1955-ci ildə başlanmışdı və əvvəldə vətəndaş müharibəsi idi. Vyetnamın şimalında kommunist rejimi quran qüvvələr cənubdakı ənənəvi hakimiyyətlə sinfi mübarizə aparırdılar. SSRİ Vyetnamın sovetləşdirilməsində maraqlı idi və Hanoya hər cür kömək edirdi.

ABŞ daha bir ölkənin bütünlüklə sosialist bloku ölkələri düşərgəsinə daxil ediməsinin qarşısını almaq üçün Vyetnamın cənubundakı rejimə kömək etməyə başladı. Sayqon ABŞ-nin köməyini həvəslə qəbul etdi və Vyetnamda başlanmış vətəndaş müharibəsi daha da şiddətləndi, SSRİ-ABŞ müharibəsinə döndü.

Bu, çox şeyi ilə Koreya yarımadasındakı müharibəni xatırladırdı. Əgər SSRİ və ABŞ-nin fəal iştirakı ilə gedən həmin müharibə Koreyanın iki dövlətə parçalanması ilə, bir növ heç-heçə başa çatmışdısa, Vyetnamda döyüşən tərəflər iki dövlətin mövcudluğu perspektivini qəbul etmirdilər.

ABŞ 1965–ci ildən 1973-cü ilə qədər Vyetnam müharibəsində var qüvvəsi ilə iştirak etdi, təkcə hərbi və iqtisadi yardım (silah-sursat, maliyyə vəsaiti, ərzaq, tibbi ləvazimatlar) göstərməklə kifayətlənmədi, Vyetnama hərbi kontingent də göndərdi və cənibluların cərgəsində səngərə girib döyüşdü. Ancaq Pentaqon SSRİ və Çin tərəfindən hərtərəfli dəstəklənən Şimali Vyetnama bata bilmədi. Şimallılar həm də cazibədar ideologiya (işıqlı kommunizm) ilə silahlanmışdılar deyə daha fədakar idilər, kütləvi qırğınlara məruz qalsalar da geri çəkilmirdilər.

Nəhayətdə, Riçard Niksonun rəhbərliyik etdiyi yeni ABŞ adminstrasiyası kommunizmin genişlənməsini cilovlamaq işinin perspektivsizliyini anlayaraq ölkəsini müharibədən çıxarmağa qərar verdi. 1973-cü ildə Amerika qoşunları geri çəkildi, ölkənin cənubundakı rejim məğlubiyyətə məhkum edildi, 1975-ci ildə tamamilə təslim oldu, Vyetnamın birləşməsi prosesi başa çatdı.

O zaman da, ondan sonra da, hətta bu gün də həm Amerikada, həm də bütün dünyada birmənalı rəy belədir ki, ABŞ Vyetnam müharibəsində uduzub. Qatı ABŞ patriotları həmin məğlubiyyəti hələ də sinirə bilmir, bunu “məğlubedilməz ABŞ”-nin reputasiyasına yaraşdırmırlar.

Tramp həmin patriotlardan biridir. Ona görə də o, artıq neçənci dəfədir ki, ölkəsinin müxtəlif dövrlərdə məruz qaldığı hərbi-siyasi uğursuzluqlara görə o dövrün siyasi rəhbərlərini qınayır və həmin hadisələrə görə qisas düşüncəsində olduğunu gizlətmir.

Bundan qabaq Tramp 1979-ci ilin fevralında ABŞ-nin İrandan qovulmasını, həmin ilin noyabrında isə yeni hakimiyyət tərəfindən dəstəklənən iranlı tələbələrin ABŞ səfriliyinin 53 işçisinin girov götürməsi olayını xatırlamışdı. Trampın hələ o zamanlar bu hadisələrə ağrılı reaksiya verdiyini əks etdirən videoçarxlar var.

Əslində Vyetnam müharibəsi ABŞ-yə baha başa gəlib, 58.000-dən çox əsgər və zabiti həlak olub, iki o qədəri yaralanıb və psixoloji travma alıb (bu, sonradan ölkədə “Vyetnam sindromu” adlandırılan yayğın xəstəliyə səbəb olub). Vyetnamlıları itkisi (hərbi və mülki) isə milyonlarla ölçülür.

Ayrıca ABŞ hərbçiləri həmin müharibədə müdhiş hərbi cinayətlər törədib. Əgər ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq veto hüququna malik olmasaydı, bu cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verməli olacaqdı.

İndi Tramp Vyetnama 5 aya qalib gələ biləcəyini deyir. Belə yerdə ataların bir zərbül-məsəli yada düşür. İsfahanda yüz iynə boyu tullandığını iddia edən birinə deyiblər: “İsfahan burda deyil, amma yüz iynə boyu ölçü buradadır, tullan, görək”.

Onun sözü olmasın, Vyetnam müharibəsində Tramp Amerika lideri deyildi, amma indi liderdir və ölkəsi İranla savaşdadır. Qələbəyə lazım olan 5 ayın ikisi isə artıq getməkdədir. Rusiya və Çin isə o qədər də aktiv əngəl törətmirlər.

Oxunub: 781
Paylaş:
Digər xəbərlər

dunya

6-04-2026, 08:33

Tramp: Qoşunlar İrana girə bilər

dunya

20-02-2026, 05:23

Yaxın Şərqdə gərginlik: Almanlar İraqı tərk edirlər

gundem / dunya

23-09-2018, 12:59

Ruhanidən Trampa sərt sözlər: “Səni Səddamın aqibəti gözləyir”

dunya

2-03-2026, 05:42

Tramp: İranın 48 lideri öldürülüb

dunya

16-08-2025, 05:39

Tramp-Putin görüşündə ilkin nəticələr: Kim qalib gəldi...

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:22
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Normal yaşamaq neçə manatdır? — Açıqlama
  • Dünən, 15:30
    Camaat KƏNDdən NİYƏ qaçır ?
  • Dünən, 15:18
    Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
  • Dünən, 14:22
    “Artsax” deyən kimi qiyamət qopdu
  • Dünən, 14:00
    Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
  • Dünən, 13:19
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
  • Dünən, 13:11
    İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
  • Dünən, 12:45
    Leysan, şimşək, dolu - SABAHIN HAVASI
  • Dünən, 11:53
    22 motosikletçi saxlanıldı
  • Dünən, 11:48
    Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
  • Dünən, 11:16
    Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
  • Dünən, 10:25
    Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
  • Dünən, 10:22
    Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
  • Dünən, 10:18
    Bakı metrosunun iş vaxtı uzadılır
  • Dünən, 09:50
    "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
  • Dünən, 09:47
    Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
  • Dünən, 09:43
    2027-ci ildə pensiyalar nə qədər arta bilər?
  • Dünən, 09:37
    Bu gün Azərbaycan Qran-Prisi start götürür
  • Dünən, 09:30
    Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
  • Dünən, 09:17
    İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
  • Dünən, 09:00
    Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
  • 23-09-2026, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • 23-09-2026, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • 23-09-2026, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • 23-09-2026, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • 23-09-2026, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • 23-09-2026, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • 23-09-2026, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • 23-09-2026, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • 23-09-2026, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • 23-09-2026, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
  • 23-09-2026, 12:05
    Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • 23-09-2026, 11:54
    İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
  • 23-09-2026, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • 23-09-2026, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Daha çox
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
23-09-2026, 10:17
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə