• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş

cemiyyet

15-04-2026, 12:30



ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur
Son illərdə Azərbaycan vətəndaşları arasında “doğuş turizmi” kimi tanınan fenomenə maraq müəyyən qədər artmaqdadır. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır.

Bəllidir ki, hamilə qadınların övladlarının başqa ölkədə dünyaya gəlməsi üçün xaricə səfər etməsində əsas məqsəd adətən uşağın həmin ölkənin vətəndaşlığını alması, daha yaxşı tibbi xidmətlərdən istifadə və ya hüquqi üstünlüklər əldə etmək olur. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır.

Azərbaycanlı ailələrin ən çox üz tutduğu Almaniya və digər Avropa ölkələridir.

Bir çox ölkələrdə doğuşla avtomatik vətəndaşlıq prinsipi tətbiq edilmir və ya məhdudlaşdırılıb. Buna görə də nəticə ölkədən ölkəyə dəyişir. Eyni zamanda xaricdə doğuş xərcləri yüksək ola bilər və bu, yalnız müəyyən gəlir səviyyəsinə malik ailələr üçün əlçatan olur.

ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur. Burada doğulan uşaq avtomatik ABŞ vətəndaşlığı əldə edir. Tibbi sistem yüksək səviyyədə təşkil olunub və doğuş prosesi standartlaşdırılıb.

Bununla belə, əsas çətinlik yüksək xərclərdir. Doğuşun ümumi qiyməti on minlərlə dollar təşkil edə bilər. Bundan əlavə, valideynlər üçün heç bir immiqrasiya üstünlüyü nəzərdə tutulmur və gələcəkdə uşağın vergi öhdəlikləri də yarana bilər.

Amma bu məsələ ilə bağlı xeyli suallar açıq qalır. Məsələn, hamilə qadının doğuş üçün xaricə uçması nə dərəcədə təhlükəsizdir? Azərbaycanda doğuş xidmətlərinin səviyyəsi bu qərarı nə qədər əsaslandırır? Xaricdə doğuşun tibbi baxımdan real üstünlükləri varmı?Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, sağlamlıq turizmi son illərdə dünyanın müxtəlif ölkələrində sürətlə inkişaf edən sahələrdən birinə çevrilib və bu tendensiya artıq qlobal miqyasda ciddi iqtisadi və sosial fenomen kimi qiymətləndirilir: “İnsanlar yalnız istirahət məqsədilə deyil, həm də tibbi xidmətlərdən yararlanmaq üçün sərhədləri aşmağa başlayıblar. Bu kontekstdə Azərbaycan da istisna deyil. Son dövrlərdə ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə paralel olaraq sağlamlıq turizmi istiqamətində müəyyən addımlar atılır, xüsusilə sanatoriya-kurort, balneoterapiya və reabilitasiya xidmətləri sahəsində canlanma müşahidə olunur.

Əlbəttə ki, doğuş prosesi də tibbin mühüm və həssas istiqamətlərindən biridir və bu sahə də sağlamlıq turizminin tərkib hissəsi kimi formalaşmaqdadır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə doğuş turizmi artıq aktiv şəkildə inkişaf edir və bu istiqamətdə xüsusi proqramlar, klinikalar və xidmət paketləri təklif olunur. Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi müxtəlif səbəblərdən doğuş prosesini xarici ölkələrdə həyata keçirməyə üstünlük verir. Xüsusilə Avropa ölkələri ilə, daha çox isə Almaniya ilə müəyyən əlaqələr mövcuddur və bəzi ailələr məhz bu ölkələrə üz tuturlar".

Zülfüqar Yusifov qeyd edib ki, bu seçimin arxasında bir neçə əsas faktor dayanır: “Birinci səbəb tamamilə subyektiv və fərdi seçimlə bağlıdır. Bəzi ailələr fərqli mühitdə, fərqli ölkədə doğuş prosesini həyata keçirmək istəyirlər. Məsələn, daha tanınmış, "titullu" klinikalarda doğuş etmək, daha komfortlu şərait əldə etmək və ya sadəcə olaraq, fərqli ölkədə bu prosesi yaşamaq istəyi müəyyən ailələr üçün cəlbedici görünür.

İkinci və daha mühüm səbəblərdən biri isə hüquqi amillərlə bağlıdır. Belə ki, bəzi ölkələrdə doğuş həmin ölkə ərazisində baş verdiyi təqdirdə uşağa avtomatik olaraq vətəndaşlıq verilməsi kimi mexanizmlər mövcuddur. Bu isə gələcəkdə uşağın təhsil, yaşayış və digər sosial imkanları baxımından əlavə üstünlüklər yarada bilər.

Üçüncü istiqamət isə müəyyən hallarda yerli səhiyyə sisteminə olan inamsızlıq və ya daha fərqli tibbi yanaşma axtarışı ilə bağlı ola bilər. Bəzi ailələr düşünür ki, xaricdə fəaliyyət göstərən mütəxəssislər və klinikalar daha yüksək səviyyədə xidmət təqdim edir. Lakin bu yanaşma hər zaman obyektiv reallığı əks etdirmir. Çünki ümumilikdə Azərbaycanda səhiyyənin əksər sahələrində kifayət qədər adekvat və müasir tibbi xidmət göstərilir. Azərbaycan həkimləri artıq beynəlxalq təcrübəyə malikdirlər, müxtəlif ölkələrdə təhsil alır, çalışır və ciddi uğurlara imza atırlar. Xüsusilə mama-ginekologiya sahəsində ölkəmizdə peşəkar mütəxəssislər mövcuddur və doğuş prosesi müasir standartlara uyğun şəkildə həyata keçirilir. Lisenziyalı klinikalarda bu proses üçün bütün zəruri şərait yaradılıb və əslində əksər hallarda xaricə üz tutmağa ciddi ehtiyac qalmır.

Bununla yanaşı, istisna hallar da mövcuddur. Elə tibbi vəziyyətlər olur ki, doğuşun çətin keçəcəyi əvvəlcədən proqnozlaşdırılır və ana ilə uşağın həyatı üçün ciddi risklər mövcud olur. Bu kimi hallarda daha inkişaf etmiş texnologiyalara, xüsusi avadanlıqlara və yüksək ixtisaslı kadrlara malik klinikaların seçilməsi tamamilə normal və əsaslandırılmış qərar hesab olunur. Bu seçim yalnız xarici ölkələrlə məhdudlaşmır, eyni yanaşma ölkə daxilində də tətbiq olunur və pasiyentlər daha ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilir".

Mütəxəssis həmçinin vurğulayıb ki, hamiləlik dövründə xüsusilə uzun məsafəli səfərlər, o cümlədən təyyarə ilə uçuş müəyyən risklər yarada bilər: “Bu baxımdan hamiləliyin müxtəlif mərhələlərində həkim nəzarəti və icazəsi vacibdir. Elə dövrlər var ki, uçuş zamanı təzyiq dəyişiklikləri və digər faktorlar ana və döl üçün təhlükə yarada bilər. Buna görə də hər bir halda tibbi göstərişlər əsas götürülməli, risklər düzgün qiymətləndirilməli və qərar məsuliyyətlə verilməlidir”.İqtisadçı Natiq Cəfərli isə bu trendin uzunmüddətli perspektivdə hansı nəticələr doğura biləcəyindən danışıb: "Fikrimcə, bu məsələ birbaşa maddi vəziyyətlə bağlıdır. Yəni bu, ucuz proses deyil. Məsələn, Böyük Britaniyada doğuş xidmətlərinin qiyməti təxminən 30 min funt sterlinqdən başlayır ki, bu da təxminən 70 min manata yaxın məbləğ edir. Eyni zamanda digər Avropa ölkələrində bu rəqəm 15-20 min avro civarında dəyişir. Bu isə o deməkdir ki, xaricdə doğuş hər kəs üçün əlçatan deyil və daha çox maddi imkanı yüksək olan şəxslərə aiddir. Lakin maddi vəziyyəti yaxşı olan ailələr bu addımı müəyyən riskləri gözə alaraq atırlar. Onlar düşünürlər ki, doğuşla bağlı sənədləri əldə etdikdən sonra viza, oturum və digər hüquqi məsələlərdə ciddi problemlərlə qarşılaşmayacaqlar. Eyni zamanda bu, gələcəkdə həmin ölkələrdə təhsil almaq və ya yaşamaq imkanlarını da genişləndirir. Ona görə də hesab edirəm ki, bu məsələ daha çox maddi vəziyyəti yaxşı olan dar bir kəsim üçün adi və qəbul edilən bir seçimə çevrilib".

Oxunub: 520
Paylaş:
Digər xəbərlər

gundem / hadise

4-08-2018, 11:57

Lənkəranda dəhşət — Ana və körpə doğuş zamanı öldü

gundem / Maraqlı / video

28-08-2018, 09:39

Gürcüstanda qadın doğuş vaxtı mahnı oxudu — VİDEO

gundem / Maraqlı

24-08-2018, 10:00

Təbii doğuş ilə qeysər kəsiyinin üstün və mənfi cəhətləri

gundem / sou

2-07-2018, 11:53

Doğuş Xoşqədəmə: "Ayıbdır, bir daha etməyəcəyinə dair söz ver" - VİDEO

dunya

25-10-2024, 11:22

İlon Mask bunu da etdi: robotlar uşaq doğacaq, qadınlar doğuşda ölməyəcək - FOTO

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 09:31
    Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
  • Bu gün, 09:30
    "Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
  • Bu gün, 09:27
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
  • Bu gün, 09:00
    "120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
  • Dünən, 16:00
    Normal yaşamaq neçə manatdır? — Açıqlama
  • Dünən, 15:30
    Camaat KƏNDdən NİYƏ qaçır ?
  • Dünən, 15:18
    Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
  • Dünən, 14:22
    “Artsax” deyən kimi qiyamət qopdu
  • Dünən, 14:00
    Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
  • Dünən, 13:19
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
  • Dünən, 13:11
    İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
  • Dünən, 12:45
    Leysan, şimşək, dolu - SABAHIN HAVASI
  • Dünən, 11:53
    22 motosikletçi saxlanıldı
  • Dünən, 11:48
    Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
  • Dünən, 11:16
    Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
  • Dünən, 10:25
    Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
  • Dünən, 10:22
    Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
  • Dünən, 10:18
    Bakı metrosunun iş vaxtı uzadılır
  • Dünən, 09:50
    "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
  • Dünən, 09:47
    Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
  • Dünən, 09:43
    2027-ci ildə pensiyalar nə qədər arta bilər?
  • Dünən, 09:37
    Bu gün Azərbaycan Qran-Prisi start götürür
  • Dünən, 09:30
    Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
  • Dünən, 09:17
    İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
  • Dünən, 09:00
    Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
  • 23-09-2026, 16:00
    Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
  • 23-09-2026, 15:30
    Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
  • 23-09-2026, 14:22
    Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
  • 23-09-2026, 13:39
    Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
  • 23-09-2026, 13:00
    İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
  • 23-09-2026, 12:55
    Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
  • 23-09-2026, 12:29
    Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
  • 23-09-2026, 12:19
    Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
  • 23-09-2026, 12:15
    Prezident əfv Sərəncamı imzaladı
  • 23-09-2026, 12:11
    Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Daha çox
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
23-09-2026, 10:17
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə