• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bitkoinin iflası: Azərbaycanda 120 min nəfərin xəyalı puç oldu

iqtisadiyyat

11-02-2026, 13:00



Kriptovalyutadan qazanmaq istəyənlər sarsıntı içərisində; Bitkoinin çöküşünün manatın məzənnəsinə təsir etməsi ehtimalı varmı?
Dünyanın ən böyük kriptovalyutası - Bitkoin ötən həftəsonu 2022-ci ildən bəri ən böyük çöküşünü yaşadı. Oktyabr ayında onun dəyəri 120 min dollar idi, lakin ötən cümə günü qiymət 60 min dollara düşdü. Beləliklə, Bitkoinin maliyyə turbulentliyi dövründə vəsaiti qoruya bilən yeni qızıla çevrildiyi illüziyası puç oldu.

Kriptovalyutadan qazanmaq xəyalının bədəli çox ağır oldu: Bitkoinin qiyməti 120 min dollardan 60 min dollara, bazar kapitallaşması isə 4,3 trilyon dollardan 2 trilyon dollara düşdü. Doğrudur, Bitkoin daha sonra itkilərinin bir hissəsini bərpa edərək 64 min dollardan yuxarı qalxdı. Lakin bunlar hələ də Donald Trampın kripto sənayesinə dəstəyini bildirdiyi ABŞ prezident seçkilərindən bir ay əvvəl, 2024-cü ilin oktyabr ayından bəri ən aşağı səviyyələrdir.

“Yeni Müsavat” xəbər verir ki, Rusiyanın “Vzqlyad” nəşrinə danışan Plexanov adına İqtisadiyyat Universitetinin Davamlı İnkişaf Maliyyəsi kafedrasının professoru Mixail Qordiyenko bildirib ki, eniş son dərəcə sürətli və dərindir. Bitkoin pik nöqtəsindən bəri dəyərinin təxminən yarısını itirib, bir neçə ay ərzində yüz milyardlarla dollarlıq bazar kapitallaşması yoxa çıxıb ki, maliyyə bazarı bunu istisnasız çöküş adlandırır.

Professora görə, Bitkoinin fevraldakı “qara cüməsi”nin sirrini kriptovalyutanın özündə deyil, onu əhatə edən illüziyalarda axtarmaq lazımdır. Oktyabr pik nöqtəsindən bəri aparıcı rəqəmsal sikkə demək olar ki, yarıya qədər düşüb. “SharesPro fintech” platformasının təsisçisi Denis Astafyevin izahına görə isə iflasın əsas səbəb Bitkoinin texnologiya sektoruna bağlı olmasıdır. “Süni intellektlə bağlı qorxular səbəbindən fevralın əvvəlində proqram təminatı səhmləri 20-28% düşəndə, Bitkoin onlarla birlikdə düşdü. Bu arada, qızıl da eyni dövrdə yüksəldi. İlk dəfə olaraq Bitkoinin qızılla korrelyasiyası mənfi hala gəldi. Bazarlar təhlükəsizlik "yastıqları" axtardıqda isə istisnasız qızıla müraciət edirlər. Əvvəldən “rəqəmsal qızıl”a inanmayanlar indi riskdən sığortalandıqları üçün qələbələrini qeyd edirlər. “Bitkoin həmişə kapitalın qorunması üçün deyil, artım üçün bir aktiv olub. Qızıl əsrlər boyu stabil maliyyə kimi rolunu sübut edib. Bitkoin 15 ildə bunu edə bilməyib. O, qlobal maliyyə sisteminə alternativ kimi deyil, başqa bir riskli alət kimi inteqrasiya olunub”, - deyə Astafyev bildirib.

Kriptovalyutaya inananlar üçün bütün bu hekayə bir şey ifadə edir: hər kəs itkilərlə üzləşəcək; heç kim maliyyə itkilərindən qaça bilməyəcək. Ekspertlərə görə, balanslarında Bitkoin saxlayan böyük şirkətlər milyardlarla itki ilə üzləşəcəklər, lakin bu, daha çox nəqd itki olacaq.

Kriptovalyutanın ən sadiq tərəfdarları da zərər çəkiblər; xüsusən də “Michael Saylorun Strategy Inc”. şirkəti 12,4 milyard dollar itki qeydə alıb. Lakin mütəxəssislər Bitkoini tamamilə basdırmırlar. Texnologiya sektoru ilə davam edən korrelyasiya nəzərə alınmaqla, Bitkoin bir il ərzində 50 min dollardan aşağı düşə bilər, xüsusən də texnologiya sektoru gələn rübdə 10-15% korreksiya etməyə davam edərsə. Amma bu il qiymətlərin 120 min dollardan yuxarı olacağı gözlənilmir, çünki bazar qənaət və riskdən yayınma mərhələsinə qədəm qoyur - likvidlik müdafiə aktivlərinə keçir və institusional alıcılar daha ehtiyatlı olurlar.

“FG Finam” şirkətinin analitiki Nikolay Dudçenko hesab edir ki, Bitkoin üçün üç-altı aylıq perspektiv əsasən qiymətin 65 min dollardan aşağı düşüb-düşə bilməyəcəyindən asılı olacaq. Əgər belə olarsa, qiymət 60 min dollardan aşağı düşəcək. Bu səviyyə pozularsa, qiymətin 50 min dollara düşmə ehtimalı artır. Ekspertlər Bitkoin qiymətinin 95 min-100 min dollara qədər yüksələcəyini istisna etmirlər, lakin sonra eniş yenidən başlayacaq.

Korporativ Xəzinədarlar Assosiasiyasının prezidenti Vladimir Kozinets isə heç bir çöküş gözləmir, əksinə, yüksək dəyişkən investisiya aktivi üçün kəskin yüksəliş və enişləri mütləq norma hesab edir. O izah edir ki, çöküş Bitkoin sıfıra çatdıqda baş verəcək: “Təkcə fundamental proqnozlar deyil, həm də müəyyən mənada texniki proqnozlar Bitkoinə aid deyil. Bir deyim var ki, samurayın məqsədi yoxdur, yalnız bir yolu var. Bu isə Bitkoinə də aiddir. O, öz həyatını yaşayır və öz kainatında mövcuddur. Bir neçə il ərzində onun dinamikasına hərəkətli ortalama daxilində baxmaq məntiqlidir. Və sonra onun hələ də böyüdüyünü görəcəksiniz. Bir deyim də var ki, iki aktivi Bitkoin və Moskvada daşınmaz əmlak almaq üçün həmişə çox gecdir”. O, Bitkoinlə investisiya portfelinin 5%-i ilə məhdudlaşdırmağı tövsiyə edir.

Ekspertlərə görə, Bitkoinə tələbat tamamilə yox olmayacaq, amma dəyişəcək: spekulyativ eyforiya, sürətli pul və “əbədi böyüməyə” inam müəyyən müddət yox olacaq, daha ehtiyatlı investorlar isə ajiotajla deyil, azalmalardan sonra, kiçik həcmdə alış-veriş edəcəklər. Kriptovalyuta bazarı daha sərt, praqmatik və peşəkar ola bilər.

Azərbaycan kriptovalyutalar üçün tam şəkildə qanuni ödəniş vasitəsi deyil və ölkədə hələ də bu sahə tam tənzimlənməyib. 2023-cü ildə Azərbaycanda kripto əməliyyatlarının həcmi təxminən 4,4 milyard dollar səviyyəsində olmuş və ölkədə təxminən 120 min istifadəçi qeydə alınmışdı.

Bu o deməkdir ki, bazar hələ də nisbətən kiçikdir, amma müəyyən investor qrupu üçün əhəmiyyətli aktivdir. Azərbaycan bankları Bitkoin əməliyyatlarını açıq şəkildə dəstəkləmirlər, amma bəzi vətəndaşlar öz investisiyalarını kripto vasitəsilə idarə edə bilərlər. Belə bir çökmə bank sisteminə birbaşa təsir göstərməyə bilər, çünki Bitkoin rəsmi pul vahidi və ya bank məhsulu deyil. Bitkoin çöksə də, Azərbaycan manatının məzənnəsinə birbaşa böyük təsir etməsi ehtimalı azdır, çünki ölkə iqtisadiyyatı daha çox neft və qaz gəlirlərinə bağlıdır. Nə qədər ki, qlobal enerji bazarlarında dəyişikliklər baş vermir, manatın dəyərinə Bitkoinin qiyməti birbaşa təsir etməyəcək. Bitkoinin çökməsi riskinin geniş yayılması investorlarda etibarın itməsi ilə nəticələnə bilər. Bu isə Azərbaycanda da daha yüksək maliyyə savadlılığı tələbini artıra və riskli investisiyalardan uzaq durmağı təşviq edə bilər.

Oxunub: 2 204
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat

21-05-2024, 06:24

Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü

dunya

29-07-2024, 10:18

Bitkoinin dəyəri qızılı keçəcək - Tramp

dunya

22-07-2024, 06:47

Bu halda bitkoin 150 min dollar ola bilər

iqtisadiyyat

3-10-2025, 05:41

ABŞ-nin dövlət borcu rekord həddə çatıb

iqtisadiyyat

15-04-2024, 07:08

Dollar bahalaşır - SƏBƏB

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Dünən, 12:29
Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
Dünən, 12:26
Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 12:22
Prokurorlara yeni səlahiyyət verilir
Dünən, 12:19
Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
Dünən, 10:55
Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Dünən, 16:45
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:00
    Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
  • Dünən, 15:30
    Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
  • Dünən, 14:22
    Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
  • Dünən, 13:39
    Zəngəzur dəhlizindən Rusiyaya pay?!
  • Dünən, 13:06
    Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
  • Dünən, 12:29
    Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
  • Dünən, 12:26
    Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
  • Dünən, 12:22
    Prokurorlara yeni səlahiyyət verilir
  • Dünən, 12:19
    Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
  • Dünən, 10:55
    Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
  • Dünən, 10:32
    Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
  • Dünən, 10:21
    Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
  • Dünən, 10:17
    Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
  • Dünən, 09:57
    Məleykə Abbaszadədən sualların çətinliyi ilə bağlı İDDİALARA CAVAB
  • Dünən, 09:38
    Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
  • Dünən, 09:33
    “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
  • Dünən, 09:30
    Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
  • Dünən, 09:29
    “Sabah”ın “Borussiya Dortmund” sınağı - ÇL
  • Dünən, 09:12
    Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
  • Dünən, 09:00
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • 19-10-2026, 16:00
    Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
  • 19-10-2026, 15:30
    İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
  • 19-10-2026, 14:22
    Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
  • 19-10-2026, 14:08
    Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
  • 19-10-2026, 12:38
    Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
  • 19-10-2026, 12:31
    Türkiyədəki seldə ölənlərin sayı artdı
  • 19-10-2026, 12:28
    Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
  • 19-10-2026, 12:24
    Teymur Musayev Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 12:14
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
  • 19-10-2026, 11:27
    Biletlər daha da bahalaşa bilər - Aviaşirkətlərdən xəbərdarlıq
  • 19-10-2026, 10:45
    Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"
  • 19-10-2026, 10:41
    Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi
  • 19-10-2026, 10:25
    Pezeşkian yeni nazirdən yazdı: Dünyaya aydın və güclü mesaj verir
  • 19-10-2026, 10:22
    Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
Daha çox
14-10-2026, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
14-10-2026, 10:01
Hindistanın XİN rəhbəri Azərbaycana gəldi
14-10-2026, 13:11
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə