• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“Tramp dəhlizi”ndə “Made in Türkiye” loqosu?

dunya

28-11-2025, 13:00



Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmasında Türkiyənin iştirak edəcəyi halda, Kremlin hansı mövqe sərgiləyəcəyi maraq doğurur
Ermənistanın xarici işlər nazirinin müavini Manaçak Safaryan TRIPP layihəsində türk şirkətinin iştirakının mümkünlüyü barədə açıqlama verib. “Yeni Müsavat”ın məlumatına görə, Safaryan bildirib ki, bu məsələyə yalnız layihənin iki tərəfi - Ermənistan və ABŞ birlikdə qərar verə bilər. “Əlbəttə, hər tərəfin öz mövqeyi var, bu məsələ yalnız iki tərəfin məsləhətləşmələri nəticəsində həll olunacaq”, - deyə o vurğulayıb.

Ermənistanın bu məsələdə hansı mövqedə olduğu barədə sual ünvanlandıqda, Safaryan konkret cavab verməyərək bildirib: “Bu, qərarların özündə əks olunacaq”. O əlavə edib ki, “bu mərhələdə məsələyə daha geniş toxunmaq lazım deyil, lakin şirkətlərin seçimi hər iki tərəfin maraqlarına uyğun olmalıdır. Ən önəmli prioritet isə ilk növbədə erməni-amerikan birgə şirkətinin yaradılmasıdır”. Ermənistan tərəfi hazırda türk şirkətlərinin layihəyə qoşulub-qoşulmaması ilə bağlı konkret mövqe bildirməsə də, TRIPP layihəsi çərçivəsində Türkiyə ilə əməkdaşlıq üçün qapını açıq saxlayıb. Türkiyə şirkətləri TRIPP-ın tikintisinə qoşularsa, bu, faktiki olaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının artıq praktik mərhələyə qədəm qoyması demək olacaq.

Ekspertlərə görə, Türkiyənin rəsmi olaraq “Tramp yoluna” qoşulması reallaşırsa, bu Rusiyada ciddi narahatlıq yarada bilər. Xüsusilə də, Türk Dövlətləri Təşkilatının Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq Şərq-Qərb xətti rəsmi Ankara üçün yalnız Azərbaycanla bağlantını gücləndirmir, həm də Orta Asiyaya birbaşa çıxış imkanlarını maksimum səviyyədə genişləndirir. Bu isə nə İranın, nə də Rusiyanın geosiyasi maraqlarına uyğundur.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, həmçinin kommunikasiyaların açılması Rəsmi Ankaranın maraqlarına daxildir. Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda cari beynəlxalq hadisələr barədə danışarkən demişdi ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir. Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və ABŞ lideri Donald Trampa təşəkkür edib. Fidan hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir: “Ermənistanla Azərbaycan arasında müqavilə yekunlaşan kimi biz Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq”.

Fakt budur ki, rəsmi İrəvan Ankara ilə münasibətləri normallaşdırmağa çalışsa da, buna Azərbaycanı kənarda qoymaqla nail olmaq arzusunda idi, lakin Türkiyə Ermənistana yerini göstərdi. Təbii, əgər Paşinyan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə əməl edəcəksə, həm Azərbaycan, həm də Türkiyə tərəfdən qarşılıqlı addımlar atılacaq. Xüsusilə də Zəngəzur dəhlizinin tikilməsi ilə bağlı Ermənistanın sürətli şəkildə hərəkətə keçməsi lazımdır. Paşinyanın Türkiyə və Azərbaycana Marqara - Gorus yolunu təklif etməsinə ciddi reaksiyanın verilməməsi o deməkdir ki, İrəvan “ev tapşırığı”nı gecikdirməməlidir, əks halda, fürsət əldən çıxa bilər. Normal addımların atılması halında Türkiyənin Zəngəzur dəhlizi - Tramp marşrutunda daha yaxından iştirakı reallaşa bilər. Düzdür, Kremldən də davamlı şəkildə Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verilir və Rusiya dəhlizdə “varlığını” nümayiş etdirməyə çalışır.

Deputat Sahib Alıyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Hukerin Azərbaycan və Ermənistana səfəri göstərdi ki, Vaşinqton Zəngəzur dəhlizindən keçəcək kommunikasiya xətlərinin tikintisi üçün ciddi hazırlıq işləri görür: “Sözügedən dəhliz əslində təkcə Ermənistandan keçən 42 kilometrilik ərazidən ibarət olmadığından və onun Şərqi Zəngəzurdan keçən hissəsində gedən tikinti prosesində Türkiyə şirkətləri də fəal yer aldığından Qərbi Zəngəzurdan keçəcək dəmir yolu və digər kommunikasiya xətlərinin inşasına da cəlb olunacaqları istisna deyil”. S.Alıyev davamında mühüm qeydlərini də “Yeni Müsavat”la bölüşdü: “Sadəcə, bugünlərdə Ermənistanın elektrik şəbəkəsi qarışıq bir sıra strateji obyektlərin, o cümlədən Zəngəzur Mis-Molibden Kombinatının da guya Türkiyənin idarəçiliyinə veriləcəyi haqda xəbərlər yayılır ki, məncə, bu, səbəbsiz deyil. Əlbəttə, burada söhbət ondan getmir ki, yayılan informasiyalar tam doğrudur. Xatırladım ki, Nikol Paşinyanın yayda Türkiyəyə səfəri öncəsi də Rusiyadan bu qəbildən olan informasiya və şərhlər verilirdi. Bəlkə də ona görə ki, belə bir plan varsa, onun baş tutmaması üçün ictimai narazılıq yaradılsın. Amma istənilən halda hər iki ölkə arasında yaxınlarda hansısa bir diqqətçəkəcək razılaşmanın olacağının bəzi əlamətləri var ki, onlardan da biri, fikrimcə, iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında "Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrdə əldə olunan müsbət nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları"ndan bəhs edilməsi idi".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bu fikirdədir ki, əgər Zəngəzur dəhlizi bir sıra dövlətlərin geosiyasi maraqlarına zidd olmasaydı, məsələ çoxdan həll olunmuşdu və həm dəmir yolu, həm də avtomobil yolu artıq istismara hazır olardı: “Amma Azərbaycanın indiyədək hansı beynəlxalq kommunikasiya vasitələrinin tikintisi asan olub ki? Bakı-Tiflis-Ceyhan əleyhinə beynəlxalq kampaniyanı unutmamışıq. TAP, TANAP, Bakı-Tiflis-Qars və s. hamısına maksimum mane olmağa çalışıblar. Amma sonda Azərbaycan istədiyinə nail olub. Bu məsələ də həllini tapacaq. O ki qaldı yolun kimin tikib, kimin istismar edəcəyinə, fikrimcə, bizim üçün bu, prinsipial məsələ deyil. İstənilən halda biz yollar üzərində Ermənistanın suveren hüquqların tanımağa hazırıq. Əlbəttə, bizim qoyduğumuz şərtlər çərçivəsində: bizim yüklər, nəqliyyat vasitələri Naxçıvana və geriyə maneəsiz, yoxlanılmadan və təhlükəsiz gedib-gəlməlidir”. Safaryanın “Ermənistan və ABŞ birlikdə qərar verə bilər” fikrinə gəldikdə, S.Məmmədov dedi ki, bu məsələ də Vaşinqtonda Azərbaycanın iştirakı və razılığı ilə həll olunub, daha doğrusu, razılıq əldə edilib: “Əgər bu yolların çəkilməsi və istismarı ilə bağlı ABŞ Ermənistan birgə şirkəti yaradılacaqsa, o zaman onlar tikinti üçün tender elan edə bilər və bu zaman tenderdə Türkiyə şirkətləri və ya digər ölkələrin şirkətləri də iştirak edə bilər. Prinsipcə, bunun nə Ermənistan, nə də digər maraqlı tərəflər üçün fərqi olmamalıdır. Bu, bir kommersiya layihəsidir. Kim daha ucuz, daha keyfiyyətli tikəcəksə, onu da cəlb edə bilərlər. Yolun istismarını isə razılaşmaya görə ABŞ şirkəti və ya ABŞ və Ermənistana məxsus birgə yaradılacaq şirkət həyata keçirə bilər”. STM təmsilçisi vurğuladı ki, bu məsələnin ətrafında yaradılmış ajiotaj məqsədlidir: “Yuxarıda qeyd etdiyim kimi, bəhanə axtarırlar deyə, hər kiçik məsələni də şişirdirlər. Yol isə nə qədər tez hazır olsa, bir o qədər yaxşıdır, həm də Ermənistanın özü üçün”.

Oxunub: 2 160
Paylaş:
Digər xəbərlər

dunya

11-08-2025, 05:43

Pezeşkian Zəngəzura görə SEPAH-ın hədəfinə tuş gəldi: İrana səfər gözlənilir

siyaset

10-02-2022, 12:00

Azərbaycan XİN Paşinyanın açıqlamasına münasibət bildirib

siyaset

9-09-2024, 06:00

İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”

gundem / dunya

3-01-2019, 12:15

Erməni nazir rayonların qaytarılacağını istisna etmir — AÇIQLAMA

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
Bu gün, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Bu gün, 12:16
Keçmiş deputatlar indi nə iş görürlər?
Bu gün, 10:47
Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
Bu gün, 10:36
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Bu gün, 09:00
Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
Dünən, 15:30
Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Bu gün, 16:00
    44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
  • Bu gün, 15:30
    Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
  • Bu gün, 14:22
    Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
  • Bu gün, 13:29
    ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
  • Bu gün, 13:04
    Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
  • Bu gün, 13:00
    Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
  • Bu gün, 12:43
    Bu şəxslərə pulsuz torpaq veriləcək
  • Bu gün, 12:16
    Keçmiş deputatlar indi nə iş görürlər?
  • Bu gün, 12:00
    Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
  • Bu gün, 11:55
    Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
  • Bu gün, 10:54
    Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
  • Bu gün, 10:51
    Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
  • Bu gün, 10:47
    Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
  • Bu gün, 10:36
    Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
  • Bu gün, 10:09
    Ebola bu ölkəyə də sıçradı
  • Bu gün, 10:05
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
  • Bu gün, 10:02
    Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
  • Bu gün, 09:57
    Bakının mərkəzində restoranda yanğın - VİDEO
  • Bu gün, 09:53
    UEFA Çempionlar Liqası: Bavariya" "Arsenal"a, "Qalatasaray" "Lill"ə qarşı
  • Bu gün, 09:50
    Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
  • Bu gün, 09:46
    Zelenski razılaşmaya getməli olacaq - Tramp
  • Bu gün, 09:00
    Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
  • Dünən, 16:45
    Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:00
    Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur
  • Dünən, 15:30
    Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
  • Dünən, 14:22
    Parisdəki etirazlar İrəvanda da olmalı - Çağırış
  • Dünən, 13:39
    Zəngəzur dəhlizindən Rusiyaya pay?!
  • Dünən, 13:06
    Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
  • Dünən, 12:29
    Bank kartları ilə bağlı komissiyalar azaldılsın - DEPUTATDAN TƏKLİF
  • Dünən, 12:26
    Onlayn alış-veriş edənlərin nəzərinə: Qaydalar dəyişir
  • Dünən, 12:22
    Prokurorlara yeni səlahiyyət verilir
  • Dünən, 12:19
    Azərbaycanda bu hərbçilər cərimələnəcək - MƏBLƏĞLƏR
  • Dünən, 10:55
    Bakıda bağçada təhlükəli vəziyyət - Araşdırma başladı
  • Dünən, 10:32
    Gələn il elektrikin 33%-i bu mənbədən olacaq - Nazir açıqladı
  • Dünən, 10:21
    Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə
Daha çox
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
18-10-2026, 09:00
Müstəqilliyimizin bərpasından 35 il keçir
Dünən, 09:12
Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
15-10-2026, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
15-10-2026, 09:34
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
15-10-2026, 09:38
Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə