• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ-ın Ukraynanı Rusiyaya təhvil verəcək gizli planı: Ağ Evdən Kiyevə “sülh istəyirsənsə, rusca danış” mesajı göndərildi

dunya

21-11-2025, 06:00

ABŞ-ın Ukraynanı Rusiyaya təhvil verəcək gizli planı: Ağ Evdən Kiyevə “sülh istəyirsənsə, rusca danış” mesajı göndərildi


ABŞ-ın yeni planı Qərbdə ciddi narahatlıq doğurub və bu, transatlantik məkan üzrə münasibətlərdə çatların daha da dərinləşdiyinin növbəti göstəricisi hesab olunur… Avropa Birliyi sülh prosesindən yenə kənarda saxlanmasına kəskin etiraz edir və Ukrayna savaşının məhz “qoca qitə” ərazisində baş verdiyini xatırladaraq, ABŞ-a müqavimət göstərir…
ABŞ və Rusiya arasında gizli müzakirələrin aparılması barədə məlumatlar Qərb siyasi dairələrində olduqca ciddi narahatlıq doğurub. Belə ki, həmin məlumatlara görə, Ukrayna savaşının dayandırılması istiqamətində fəaliyyət göstərməkdə israrlı olan ABŞ prezidenti Donald Tramp yeni “sülh planı” da hazırlayıb. Üstəlik, Ağ Ev sahibinin “sülh planı”nın məzmunu Qərb mətbuatına sızdırıldığı üçün hazırda bu məsələ beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Bəzi iddialara görə, 28 maddədən ibarət yeni “sülh planı reallaşarsa, Ukrayna savaşının dayandırılması ilə yanaşı, Avropanın təhlükəsizlik arxitekturasının dəyişikliyə uğraması qaçılmaz olacaq. Və Qərb mətbuatına sızdırılan bəzi detallar onu göstərir ki, ABŞ bu dəfə savaşın nəticəsini dəyişməkdən çox, onun “idarəolunan model”də sonlandırılmasına fokuslanıb.

Məsələ ondadır ki, Qərb mətbuatı Tramp administrasiyasının Rusiya ilə gizli siyasi-diplomatik kanallar vasitəsilə intensiv təmas vəziyyətindədir. Bu önəmli məqam Ağ Evin Ukrayna savaşının uzunmüddətli davamını strateji baxımdan, artıq effektiv saymadığını da göstərir. ABŞ-ın daxilində siyasi ziddiyyətlərin kəskinləşməsi, Avropa məkanında hərbi-siyasi və iqtisadi yorğunluq, eləcə də, Ukraynanın döyüş meydanında nisbətən geriləməsi Ağ Evi alternativ ssenarilər üzərində işləməyə vadar edir. Buna paralel olaraq isə Rusiya tərəfi açıq şəkildə sülh danışıqlarına hazır olduğunu bildirir. Kremlin sözçüsü Dmitri Peskov sülh prosesində pauzanın rəsmi Kiyevin günahı ucbatından yarandığını vurğulayaraq, Rusiyanın siyasi-diplomatik masaya qayıtmaq istəyini biruzə verib. Və bu, Rusiyanın öz şərtlərinin sülh danışıqlarında yenidən əsas baza kimi qəbul etdirmək cəhdidir.

Onu da qeyd etmək lazımdır ki, Qərb mətbuatının məlumatlarına görə, ABŞ-ın təklif etdiyi “sülh paketi” Ukraynanın gələcək təhlükəsizliyini təmin etməyi hədəfləsə də, əslində, şərtlərin bir çoxu Rusiyanın tələb etdiyi modellə üst-üstə düşür. Belə ki, Kreml Krım və Donbasın faktiki olaraq, Rusiyanın tərkib hissəsi kimi tanınmasını, Donetsk və Luqanskın tam nəzarətinin Rusiyaya verilməsini, Xerson və Zaporojye üzrə xəritənin mövcud cəbhə xəttinə əsaslanmasını, Ukraynanın bəzi müasir silahlardan və hərbi imkanlardan imtina etməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını tələb edir.

Eyni zamanda, Kremlin tələb-şərtləri sırasında Ukraynada rus dilinə dövlət dili statusu verilməsi, Moskva Patriarxiyasına bağlı Ukrayna Pravoslav Kilsəsinə qoyulan məhdudiyyətlərin ləğvi də yer alır. Əslində, bu şərtlər qətiyyən yeni olmayıb, Rusiyanın hələ 2022-ci ilin əvvəlindən irəli sürdüyü “təhlükəsizlik tələbləri”nin böyük bir hissəsini özündə ehtiva edir. Və yeni “Tramp planı” Ukraynanın formal kapitulyasiyasını nəzərdə tutmasa da, rəsmi Kiyevin strateji geri çəkilməsini praktik olaraq, legitimləşdirmiş olur.

Maraqlıdır ki, Ağ Evin yeni Ukrayna planında yer alan əsas məqamlardan biri də sülh danışıqlarına Türkiyə və Qətəri cəlb edilmək niyyəti ilə bağlıdır. Bu iki ölkə həm Rusiya ilə dialoq kanallarına, həm də ABŞ-la strateji əməkdaşlığa malikdir. Belə ki, rəsmi Ankara son illərdə Ukrayna-Rusiya savaş xəttində yeganə real vasitəçi kimi çıxış edir. Qətərin isə ABŞ diplomatiyasına inteqrasiya olunmuş xüsusi vasitəçilik rolu mövcuddur. Və ona görə də, “yeni plan” Ağ Evin münaqişəni Qərbin klassik diplomatiyası ilə deyil, daha çevik “hibrid vasitəçilərlə” idarə etmək cəhdini nümayiş etdirir.

Ancaq artıq qətiyyən şübhə doğurmur ki, təklif olunan şərtlər rəsmi Kiyev üçün həm siyasi, həm də ideoloji baxımdan, təhlükəli presedent yaradır. Belə ki, ərazi itkilərinin rəsmiləşdirilməsi Zelenski hakimiyyətini ölkədaxili legitimlik böhranı ilə qarşı-qarşıya qoya bilər. Rus dili və kilsə mövzuları Ukraynada son on ildə formalaşmış milliləşmə siyasətinə tamamilə ziddir. Ukrayna ordusunun sayının azaldılması isə ölkənin gələcək müdafiə imkanlarını məhdudlaşdıra bilər. Və nə qədər qəribə də olsa, rəsmi Kiyev hələlik yeni “Tramp planı”nı açıq şəkildə rədd etməyə çətinlik çəkir, çünki hazırda Ukraynanın əsas hərbi, maliyyə və siyasi dəstəyi məhz ABŞ-ın mövqeyinə bağlıdır.

Digər tərəfdən, yeni “Tramp planı”nın məzmunu Avropa paytaxtlarında ciddi narahatlıq doğurub. Almaniya Xarici İşlər Nazirliyinin bəyanatına görə, ABŞ bu plan barədə rəsmi Berlinə əvvəlcədən heç bir məlumat verməyib. Avropa Birliyinin yüksək rütbəli nümayəndəsi Kaya Kallas isə “qoca qitə” ölkələrinin xarici işlər nazirlərinin bu planı müzakirə edəcəyini bildirərək, Avropanın sülh danışıqları prosesindən kənarda saxlanmasından ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətməyib. Bu, transatlantik münasibətlərdə çatların dərinləşdiyinin növbəti göstəricisi hesab olunur. Çünki Avropa Birliyi Ukrayna savaşının məhz “qoca qitə” ərazisində baş verdiyini xatırladır və sülh modelinin yalnız ABŞ-Rusiya xəttində ikitərəfli şəkildə hazırlanmasını riskli sayır.

Maraqlıdır ki, Kremlin bütün bunlara ilkin reaksiyası “Tramp planı”nın Rusiyanın minimum tələblərinə tamamilə uyğun olduğunu göstərir. Ən əsasısa, ABŞ-ın hazırladığı yeni sülh modeli Ukrayna savaşının yalnız hərbi deyil, həm də siyasi mərhələsinin sonuna yaxınlaşdığını biruzə verir. Bununla belə, Ukrayna savaşının tam olaraq, bitmə ehtimalı qətiyyən real görünmür. Çünki ABŞ yeni “Tramp planı”yla, Rusiyanın başlatdığı bu savaşının beynəlxalq hüquqa zidd nəticələrini aradan qaldırmaqdan daha çox, Ukraynaya “sülh istəyirsənsə, rus dilində danışmalı olacaqsan” mesajı verir. Və rəsmi Kiyevin Ağ Ev tərəfindən diqtə olunan analoji şərtləri qəbul edib-etməyəcəyi çox tezliklə aydınlaşmağa başlayacaq. (musavat.com)

Oxunub: 1 310
Paylaş:
Digər xəbərlər

siyaset

9-07-2024, 06:17

Qərbdəki "savaş mafiyası"na sarsıdıcı zərbə vuruldu: Ukraynanın taleyi indi Orban-Tramp sülh planından asılıdır

dunya

30-09-2025, 08:30

"Trampın Qəzza planı Ukrayna münaqişəsinə də şamil oluna bilər"

siyaset

17-02-2025, 06:00

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb

dunya

7-02-2025, 05:15

“Trampın sülh planı yoxdur” - Zelenski

dunya

9-08-2025, 06:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
19-09-2026, 10:28
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    “Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
  • Bu gün, 15:30
    İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
  • Bu gün, 14:22
    İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
  • Bu gün, 13:39
    Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
  • Bu gün, 13:16
    Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
  • Bu gün, 11:53
    ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
  • Bu gün, 11:43
    Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
  • Bu gün, 11:10
    Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
  • Bu gün, 11:05
    Yenidən Çeçenistanın rəhbəri seçildi
  • Bu gün, 10:59
    Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
  • Bu gün, 10:54
    Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
  • Bu gün, 10:47
    “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • Bu gün, 10:29
    Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
  • Bu gün, 09:54
    Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
  • Bu gün, 09:39
    Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
  • Bu gün, 09:35
    Bilgəhdə batanlar tələbə imiş - Video
  • Bu gün, 09:31
    Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
  • Bu gün, 09:27
    İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
  • Bu gün, 09:11
    Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
  • Bu gün, 09:00
    Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
  • Dünən, 09:38
    Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • Dünən, 09:32
    “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
  • Dünən, 09:24
    Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
  • Dünən, 09:00
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • 19-09-2026, 16:07
    Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
  • 19-09-2026, 12:00
    Hansı temperaturda çay içmək xərçəng yaradır?
  • 19-09-2026, 10:28
    DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
  • 19-09-2026, 10:18
    “Bitcoin”in yenidən bahalaşdı
  • 19-09-2026, 10:12
    Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
  • 19-09-2026, 09:50
    Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
  • 19-09-2026, 09:44
    Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
  • 19-09-2026, 09:32
    Dünya bazarında neft ucuzlaşdı
  • 19-09-2026, 09:21
    Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
  • 19-09-2026, 09:17
    “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
  • 19-09-2026, 09:00
    Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Daha çox
16-09-2026, 12:30
Trampın sərvəti 7 milyard dollara çatdı
16-09-2026, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
16-09-2026, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
16-09-2026, 11:13
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - VİDEO
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
16-09-2026, 11:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə