• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

“6 aylıq körpədən tutmuş 100 yaşa qədər hər kəsi qətlə yetirdilər” – TARİXİ MƏHKƏMƏ

hadise

20-08-2025, 09:14



Sabah, avqustun 21-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdiriləcək.

proses 8 aydır ki, davam edir. Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Ötən prosesdə zərərçəkmiş şəxs Eldar Həsənovun hüquqi varisi - oğlu Namiq Həsənov ifadəsində atasının 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində şəhid olduğunu söyləyib. “Atam həmin vaxt Ağdamdan Xocalıya köməyə getmişdi. Mən və doğmalarım isə Ağdam rayonundan məcburi köçkün düşmüşük”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs Pənah Məmmədovun hüquqi varisi Məzahir Məmmədov ifadəsində Laçın rayonunun Oğuldərə kəndinin sakini olduğunu, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadıqları yerdən məcburi köçkün düşdüyünü bildirib. Onun qardaşı Pənah Məmmədov 1993-cü ildə Ağdamda döyüşlər zamanı itkin düşüb. Zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadəsində Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun suallarını cavablandıran Ç.Alməmmədov həlak olan doğmalarının Ağcabədi rayonunda dəfn edildiyini deyib. Zərərçəkmiş şəxs Nuran Qasımov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 günlük Vətən müharibəsində və 2021-ci ildə Laçında şərti sərhədin yaxınlığında yaralanıb. Onun qardaşı Teymur Qasımov isə 2016-cı ilin Aprel döyüşləri zamanı, aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində şəhid olub. Hidayət Cahangirov ifadəsində Vətən müharibəsi zamanı - 2020-ci il oktyabrın 12-də yaralandığını söyləyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında yaralanması ilə əlaqədar 2021-ci ilin may ayına qədər müalicə olunduğunu deyib. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Sərvin Cavadzadə 2020-ci ilin Vətən müharibəsi zamanı, oktyabrın 15-də Cəbrayıl istiqamətində yaralandığını deyib. Vüqar Fərəcov ifadəsində Xankəndidə yaşadığı evin 1988-ci ildə ermənilər tərəfindən talan olunduğunu, nəticədə doğmaları ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. O, məcburi köçkün düşənə qədər Xankəndidə Nizami Gəncəvi adında 4 nömrəli məktəbdə təhsil aldığını deyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında zərərçəkmiş şəxs Xankəndidə bütün azərbaycanlılara qarşı təzyiqlər olduğunu, evlərin talan edildiyini və yandırıldığını söyləyib.

V.Fərəcov məcburi köçkün olarkən ailə üzvləri ilə birlikdə Qubadlı rayonunda məskunlaşıb. 1993-cü ildə isə Qubadlıya Ermənistan silahlı qüvvələri tərəfindən hücumlar edilməsi səbəbindən məcburi köçkün düşüblər. Şakir Orucov ifadəsində 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaşadığı Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün düşdüyünü bildirib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında evlərinin talan edilərək yandırıldığını bildirib. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində qardaşı oğlu Bərdədə şəhid olub. Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Səmədov qardaşının 1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri ilə döyüşlər zamanı itkin düşdüyünü bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Ramin Xəlilov Xocavənd rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində 2005-ci və 2007-ci illərdə yaralandığını söyləyib. Bəhruz Qurbanov ifadəsində deyib ki, 2016-cı il aprelin 3-də (Aprel döyüşləri zamanı – red.) Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində Tərtərdə yaşadığı evə və sahibkarlıq təsərrüfatına zərər dəyib, özü isə yaralanıb. Fehruz Bayramov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonundan məcburi köçkün düşdüyünü deyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Taleh Əliyev Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Füzuli rayonunun Zərgər kəndindən məcburi köçkün düşdüyünü bildirib. Əmisinin iki oğlu öldürülüb. Əli Cəfərov Xankəndidə anadan olduğunu, 1991-ci ildə məcburi köçkün düşdüyünü, həmin il sentyabrın 25-də atası Şərif Cəfərovun Kərkicahanda düşmənin hücumu nəticəsində xəsarət aldığını söyləyib. Mayıl Şirinov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumu zamanı - 1993-cü il oktyabrın 24-də atası, iki qardaşı və dayısı Cəbrayıl rayonunda itkin düşüb. Qardaşlarının və dayısının nəşrləri ötən il tapılıb. Atasının nəşi indiyədək tapılmayıb. Bəsti Hacıyeva ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Dağ Tumas kəndindən, Sücahət Həziyeva isə həmin gün rayonun Xələfli kəndindən məcburi köçkün düşdüyünü deyiblər. Rüxsarə Piriyeva və Vüqar Hacıyev də 1993-cü ildə Cəbrayıldan məcburi köçkün düşdüklərini söyləyiblər. Sürəyya Niftəliyeva Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 1993-cü ildə ailə üzvləri, o cümlədən iki körpə uşağı ilə birlikdə yaşadığı Zəngilan rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Xuraman Muradova 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Laçın rayonuna hücumları nəticəsində məcburi köçkün düşdüyünü söyləyib. Yaşadığı ev yandırılıb. Bundan sonra Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində məskunlaşıb. O bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il avqustun 28-də həmin kəndə hücum edərək qətliam törədib. Bu zaman 24 nəfər azərbaycanlı, o cümlədən 6 aylıq körpə və yaşı 100-dən yuxarı olan şəxs qətlə yetirilib. Kifayət Quliyeva ifadəsində 1990-cı illərdə yaşadığı Ağdərə rayonunun Vəngli kəndində azərbaycanlıların ermənilər tərəfindən sıxışdırılmasından danışıb. “Məqsəd azərbaycanlıların evlərindən çıxaraq getməsinə nail olmaq idi”, - deyə zərərçəkmiş söyləyib. O bildirib ki, nəticədə özü, doğmaları və digər azərbaycanlılar yaşadığı yurd-yuvalarından məcburi köçkün düşüblər. Nailə Hüseynova ifadəsində həyat yoldaşının 1991-ci il mayın 20-də qətlə yetirildiyini, özünün isə Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün düşdüyünü deyib. Oktay Əmirov, Dilafət Rəsulov, Qoşqar Rəsulov, Səlim Mehdiyev, Pərviz Paşayev Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçın rayonundan, Məhəmməd Ağamalıyev 1992-ci ildə Kəlbəcər rayonundan, Niyazi Məmmədov, Mahir Aslanov 1992-ci ildə Ağdərə rayonundan, Təranə Yusifova 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüklərini bildiriblər. Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən Levon Mnatsakanyanın, David Babayanın, təqsirləndirilənlərin müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir. Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Oxunub: 1 070
Paylaş:
Digər xəbərlər

hadise

7-07-2025, 08:08

Araikdən şok etiraflar, Qarabağda törədilən müharibə caniləri ifşa olunur – TARİXİ MƏHKƏMƏ

hadise

3-03-2025, 08:13

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

hadise

24-02-2025, 08:04

Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb

hadise

6-03-2025, 08:29

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

hadise

24-04-2025, 06:56

Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir

Şou Biznes
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
Cəmiyyət
1-10-2026, 13:11
Sabah YAP-ın tarixində mühüm hadisə olacaq
1-10-2026, 12:38
ŞAD XƏBƏR: Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
1-10-2026, 12:23
Bu yolda qaydalar dəyişdi — Artıq cərimələnməyəcəksiniz
1-10-2026, 11:44
Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
1-10-2026, 11:40
Hərbçilərimiz Gürcüstandakı təlimdə
1-10-2026, 09:38
"Birliyin Gücü – 2026"-da iştirak edən hərbçilərin sayı açıqlandı
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
  • Dünən, 15:30
    Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
  • Dünən, 14:26
    DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
  • Dünən, 14:20
    Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
  • Dünən, 14:15
    Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
  • Dünən, 12:26
    Qaxda 7 kq narkotik vasitə aşkarlandı
  • Dünən, 12:21
    Prezident xoş xəbəri ELAN ETDİ
  • Dünən, 12:02
    Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
  • Dünən, 11:57
    Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
  • Dünən, 11:54
    Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
  • Dünən, 11:49
    İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
  • Dünən, 11:44
    İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
  • Dünən, 11:38
    Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
  • Dünən, 11:21
    Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
  • Dünən, 11:14
    Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
  • Dünən, 11:07
    Prezident: Heydər Əliyev buna imkan verməzdi
  • Dünən, 11:03
    Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
  • Dünən, 10:51
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • Dünən, 10:44
    YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
  • Dünən, 10:41
    YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edib - YENİLƏNDİ
  • Dünən, 09:57
    Ronaldoya görə 500 min izləyici itirdilər
  • Dünən, 09:52
    Türkiyə futbolunda qalmaqal: Məşhur hakim oyundan sonra saxlanıldı
  • Dünən, 09:49
    Azərbaycan bunu dəstəkləyir - Putin
  • Dünən, 09:13
    “Burda hava pis keçir...” – İrəvandan Bakıya 1254 məktub
  • Dünən, 09:00
    Putindən Bakı ilə bağlı mühüm açıqlama – “Əliyevlə təmasdayıq, heç bir problem yoxdur”
  • 1-10-2026, 16:00
    Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldı
  • 1-10-2026, 15:30
    ABŞ-nin bu ştatında Ramazan və Qurban bayramı rəsmiləşdi – Tarixi qərar
  • 1-10-2026, 14:45
    KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxladı
  • 1-10-2026, 14:22
    ABŞ Ermənistanda “yerin altına” enir – Böyük planı işə düşür
  • 1-10-2026, 13:11
    Sabah YAP-ın tarixində mühüm hadisə olacaq
  • 1-10-2026, 13:07
    Türkiyənin hərbi rəhbərliyi Şuşada - FOTO
  • 1-10-2026, 12:48
    Prezidentin geri qaytardığı qanunda nə dəyişir?
  • 1-10-2026, 12:38
    ŞAD XƏBƏR: Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
  • 1-10-2026, 12:23
    Bu yolda qaydalar dəyişdi — Artıq cərimələnməyəcəksiniz
  • 1-10-2026, 12:05
    Azərbaycan-Qazaxıstan Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlandı
Daha çox
26-09-2026, 12:31
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
29-09-2026, 12:11
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
26-09-2026, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
26-09-2026, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
28-09-2026, 09:38
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
28-09-2026, 14:22
Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə