• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu

gundem / bolge

14-01-2025, 15:03



Bakının Suraxanı rayon Hərbi Komissarlığı deyəsən, "əhd" edib ki, sağlam olmayan şəxsi əsgərliyə göndərəcək. Bu qərəzin və hikkənin səbəbi məlum olmasa da, fakt budur ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. Söhbət Talıbov Turan Azər oğlundan gedir. Bu barədə Anaxeber.info-ya Talıbov Turanın atası danışıb, övladının başına gələn son məsələləri açıqlayıb. Saytın baş redaktoru olan Azər Talıbov bildirib ki, oğlunun üzləşdiyi problemi ictimailəşdirdikdən sonra Suraxanı rayon Hərbi Komissarlığı əlaqə saxlayıb və övladı Turan Talıbovu çağırıb. "Mən Prezidentə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova müraciətimdə bu məsələnin həllini xahiş etmişdim. Bildirmişdim ki, oğluma " B 14" diaqnozu qoyulub, üstəlik, yanaşı ürək problemi də var. Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir?
Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. "Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar.

Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Dediyim bu məsələlər ötən həftə mediada yayıldı, sosial şəbəkələrdə paylaşıldı, şikayətimi çatdırdım. Ondan sonra Suraxanı hərbi komissarlığı mənimlə əlaqə saxladı və deyildi ki, uşağı göndərin. Mən də həmin saat özüm vaxt edə bilmədim deyə uşağı dayısı ilə komissarlığa yolladım".
Azər Talıbovun sözlərinə görə, Suraxanı hərbi komissarı ilə görüş olub və deyib ki, bir anlaşılmazlıq yaranıb, göndəriş verəcək: "Onun yanından çıxandan sonra şöbənin Zahir adlı əməkdaşı, özü mülki formada olan şəxs yaxınlaşıb və məsələni öyrənib. Məlum olub ki, həmin Zahir adlı şəxsdən şikayət etdiyimə görə acığa düşüb, prinsip aparmağa başlayıb, Turanın işini yenə dolaşığa salıb. Halbuki şöbənin komissarı anlaşılmazlıq olduğunu deyərək göndəriş verəcəyini bildirmişdi. Ancaq Zahir komissarın otağına girib, çıxdıqdan sonra Turana və dayısına deyib ki, sizə göndəriş verilməlidir, həm 2 saylı psixiatriya xəstəxanasından, həm Sabunçu xəstəxanasından keçəsən. Sonra deyib ki, biz psixiatriya xəstəxanasına çağırışçının yanında öz əməkdaşımızı göndəririk, amma hazırda getməyə adamımız yoxdur".
Azər Talıbov şikayətində qeyd edir ki, Zahir adlı şəxsin dediyi qanunsuzdur və komissarlıq komissiyadan keçməli olan hər çağırışçıya heç də öz əməkdaşını qoşmur: "Gün ərzində onlarla insan müayinədən keçir. Onlara bu qədər əməkdaş tapıb göndərmək olar? Əlbəttə ki, Zahirin qərəzi, hikkəsi obyektiv olmağa imkan verməyib. Onun məqsədi bu idi ki, kimisə Turanla göndərsin, 2 saylı psixiatriya xəstəxanasında sağlam olduğu haqda yalan rəy yazdırsın. Çünki Sabunçu xəstəxanasında ürəklə bağlı müayinəyə komissarlıq işçisi göndərmək lazım gəldiyini deməyib. Çünki ürək problemi yandaş xəstəlikdir, əsas Turanın "B 14" diaqnozudur ki, komissiya bu rəyi birinci götürür. Qanunla bizə göndəriş verməliydi, biz də gedib 2 saylı psixiatriyada keçməliydik. Ancaq Turanla guya əməkdaşlıq getməli imiş və guya işçi tapılmayıb. Yenə deyirəm, qanunsuz məsələdir, göndərişi verməliydi ki, gedək. Sadəcə, adının hallanması, ondan şikayət etməyimə görə acığa düşüb və komissarın yanına gedərək işimizə əngəl olub".
Azər Talıbov bildirir ki, bundan sonra oğlu və onun dayısı komissarlıqdan evə qayıdıb: "Mən bu məsələni ictimailəşdirmək məcburiyyətində qaldım. Çünki oğlum hərbi xidmətə yararsız, sağlam olmadığı halda, bu cür süründürməçiliyə yol verirlər, keçdiyimiz müayinənin nəticələrini tanımırlar ki, komissarlığın rəhmətə gedən işçisi Namiq Orucovun vaxtında olubmuş. Yəni ilk gündən bəhanələr, əsassız tələblər irəli sürülür. Ona görə də mən bir daha dövlət rəhbərliyindən və Mürsəl İbrahimovdan xahiş edirəm ki, bu iş nəzarətə götürülsün. Artıq başqa yol qoymurlar və hər dəfə problem yaradırlar. O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri də hazırdır, ümumiyyətlə, təkrar müayinə tələbi qanunsuzdur.
mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün, bizə mane olan komissarlıq işçiləri ilə bağlı məsələ araşdırılsın".
Onu da qeyd edək ki, bu Xidmətdə belə əməkdaşların sayı az deyil. Bunu qurumun açıqladığı rəqəmlər sübut edir. Təkcə 2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə SHÇDX-nin yaydığı məlumatda bildirilir. Vurğulanır ki, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
Anaxeber.info

Oxunub: 1 320
Paylaş:
Digər xəbərlər

cemiyyet

1-07-2020, 07:16

Əsgərliyə yolasalma başladı

siyaset

23-08-2024, 07:16

Mürsəl İbrahimov onu rəis təyin etdi

gundem / cemiyyet

12-08-2024, 10:08

Mürsəl İbrahimovun şəffaflıq görüntüsü yaratdığı Dövlət Xidmətində korrupsiya izi - İTTİHAM VAR...

gundem / bolge

23-09-2024, 09:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə rüşvət ittihamı:PREZİDENTƏ MÜRACİƏT!

Şou Biznes
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Cəmiyyət
16-10-2026, 12:15
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
16-10-2026, 11:41
Evlənənlər də, boşananlar da azalıb
16-10-2026, 11:38
Hərbçilərin pensiya təyinatında - Yenilik!
16-10-2026, 11:34
Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
16-10-2026, 11:01
Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
16-10-2026, 09:51
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Dünən, 10:13
    Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma
  • Dünən, 09:47
    Zəngəzura görə İran hərəkətə keçdi - ABŞ hərbçiləri ilə bağlı İrəvandan açıqlama
  • Dünən, 09:31
    İrəvandan Kərki və Başkənd gedişi – "Bakı ilə razılaşma yoxdur, danışıqlar gedir"
  • Dünən, 09:17
    Türk dünyasından Azərbaycana növbəti dəstək
  • Dünən, 09:11
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Dünən, 09:00
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 16-10-2026, 16:00
    Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
  • 16-10-2026, 15:30
    Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
  • 16-10-2026, 14:22
    Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
  • 16-10-2026, 14:22
    Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay...
  • 16-10-2026, 13:13
    Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
  • 16-10-2026, 13:09
    Prezident onları təltif etdi - Adlar
  • 16-10-2026, 12:15
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 11:41
    Evlənənlər də, boşananlar da azalıb
  • 16-10-2026, 11:38
    Hərbçilərin pensiya təyinatında - Yenilik!
  • 16-10-2026, 11:34
    Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
  • 16-10-2026, 11:22
    Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
  • 16-10-2026, 11:18
    15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
  • 16-10-2026, 11:12
    “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
  • 16-10-2026, 11:01
    Mətbuat Şurasına dörd il ərzində nə qədər şikayət daxil olub?
  • 16-10-2026, 10:58
    Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
  • 16-10-2026, 10:54
    Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
  • 16-10-2026, 10:38
    Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
  • 16-10-2026, 10:34
    Hesablama Palatasının strukturu dəyişir
  • 16-10-2026, 09:57
    Məsud Pezeşkian İrəvanda səfərdədir
  • 16-10-2026, 09:54
    Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
  • 16-10-2026, 09:51
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • 16-10-2026, 09:48
    Azərbaycan XİN Pakistana başsağlığı verdi
  • 16-10-2026, 09:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • 16-10-2026, 09:39
    Pedro Sançezə qarşı istintaq başladı
  • 16-10-2026, 09:35
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • 16-10-2026, 09:32
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • 16-10-2026, 09:12
    İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
  • 16-10-2026, 09:00
    Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?
  • 15-10-2026, 16:00
    "20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Daha çox
13-10-2026, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
14-10-2026, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
16-10-2026, 14:22
Xırdalanda Nurlan Həsənovun "mansard izi" - 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir
12-10-2026, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
13-10-2026, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
13-10-2026, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə