Ötən gecə ərzində Ukrayna Rusiyanın bir neçə əyalətinə kütləvi dron və raket hücumu təşkil edib.
Saratovda Ozon riteylerinin logistik mərkəzi, həmçinin yerli neft emalı zavodunda zərbələrdən sonra güclü yanğın başlayıb.
Bundan əlavə, Volqoqradda da neft emalı zavoduna zərbə endirilib. Rusiya rəsmi qurumları hər 3 obyektə hücumları təsdiqləyiblər.
Ukrayna həmçinin Kaspiysk limanına zərbə endirib, liman infrastrukturunda dağıntı və yanğın qeydə alınıb.
Ötən gecə həmçinin Samarada yerli neft emalı zavodu, Engels hərbi aerodromu da hücuma məruz qalıb.