Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 751 yanğına çıxış olub.
Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 28 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, yanğınlar zamanı 9 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 3 nəfərin meyiti təhvil verilib.