Rusiyanın Nijni-Novqorod şəhərində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək üçün istifadə olunan pişik təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.
“Bu barədə Rusiya Federal Penitensiar Xidməti (FSIN) məlumat yayıb.
Bildirilib ki, “tüklü kuryer”in boynuna əl işi olan iki parça boyunbağı bağlanıb. Məhbuslar üçün nəzərdə tutulduğu bildirilən qadağan olunmuş maddələr həmin boyunbağıların içərisində gizlədilib.
Həbsxana əməkdaşları pişiyi müəssisənin ərazisinə daxil olmamışdan əvvəl aşkar ediblər. Hadisə yerinə çağırılan təhlükəsizlik əməkdaşları və xidməti it boyunbağılara baxış keçirib və onların içərisində narkotik maddələrin olduğunu müəyyən ediblər.
Rəsmi qurumun məlumatına görə, pişik müayinədən keçirildikdən sonra ona heç bir zərər dəymədən sərbəst buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.