Hörmüz boğazında biri neft tankeri olan iki ticarət gəmisinin İran tərəfindən vurulması bölgədə yenidən gərginləşmə ehtimalı yaradıb.
ABŞ-ın İrana cavab zərbəsi endirməsi gözləntiləri dünya neft bazarında qiymətlərin artmasına səbəb olub.
Londonun ICE birjasında Brent neftinin sentyabr fyuçersləri 0,54 dollar bahalaşmaqla 72,53 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin avqust fyuçersləri isə 0,50 dollar artmaqla 69,20 dollara ticarət olunub.