• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?

dunya

Bu gün, 15:30

Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?


Rusiya prezidenti Ermənistandakı 7 iyun seçkilərinə hələ də münasibət bildirməyib, Nikol Paşinyanı təbrik eləməyib. Lakin Putinin susqunluğu “qızıl razılıq” anlamına gəlməz. Ola bilsin, Kreml başçısı Konstitusiya Məhkəməsinin (KM) iyunun 28-də verəcəyi yekun qərarı gözləyir.

Bəllidir ki, Moskvaya bağlı radikal-revanşist qüvvələr seçkilərin nəticələrinin ləğvi üçün KM-yə müraciət edib. Ancaq tələb yüzdə-yüz rədd ediləcək. Bunu radikalların özləri də yaxşı bilir.

Yəqin ki, Nikol Paşinyanın seçkilərdən sonra xaricə ilk səfərini Rusiyaya eləməsi ilə bağlı gözləntiyə də məhz KM-nin qərarından sonra qəti aydınlıq gələcək. Hələ seçkilərdən aylar öncə Paşinyan iyunun ikinci yarısında Moskvaya gedəcəyini bildirmişdi. Lakin Rusiyanın seçkilərlə bağlı mövqeyini biləndən, Putindən təbrik gəlməyəndən sonra o, vədinə düzəliş edərək deyib ki, əgər rəsmi dəvət olarsa, Rusiyaya gedəcək. Putinin dəvəti isə elə seçkilərin nəticələrini tanımaq anlamına gələcək...

Bu arada “Rusiya Seqodnya” media qrupunun baş redaktoru, bədnam Marqarita Simonyan son seçkilərdə Paşinyana səs verən Ermənistan vətəndaşlarının Rusiyaya girişini qadağan etməyə çağırıb. Üstəlik, “yolunu” da təklif edib.

Sitat: “Onları sosial şəbəkələr vasitəsilə müəyyən etməyi təklif edirəm. İndi bunu etmək çox asandır. Sərhədçilər sərhəddə bunu rahat və asan şəkildə həyata keçirirlər. Həm burada, həm də Gürcüstanda. Gürcüstana getməyə çalışın, əgər Abxaziya və Osetiyaya dair bir mövqeyiniz varsa, sizi buraxmayacaqlar, elə deyilmi? Sosial mediadan istifadə edərək Paşinyanı dəstəkləyən erməniləri müəyyənləşdirib, onların Rusiyaya girişini qadağan edin. Birdəfəlik. Çünki Paşinyanı dəstəkləyirsinizsə, deməli, rusofobiyanı dəstəkləyirsiniz. Əgər rusofobiyanı dəstəkləyirsinizsə, deməli, Rusiyaya nifrət edirsiniz”.

Əcəb məntiqdir, deyilmi? Belə çıxır, Paşinyanı, spiker Alen Simonyanı da Rusiyaya buraxmaq lazım deyil. Axı, ən böyük rusufoblar elə onların özləridir.

Konkret Gürcüstana gəlincə, Tiflisin haqqı var ki, Abxaziya və Cənubi Osetiya məsələsində “qara siyahı” tərtib eləsin, çünki Rusiya onun torpaqlarını işğal edib. Vaxtilə Bakı da belə bir siyahı tutmuşdu. Amma Rusiyanın hansı ərazisi işğal olunub? Bildiyimiz qədər tam əksidir. Ukrayna nümunəsi də var.

Məsələ də ondadır ki, bir var, suveren bir dövlətin ərazisinə qanunsuz, vizasız-filansız səfərlər edəsən, bir də var, sırf seçki hüququndan istifadə edib məqbul bildiyin qüvvəyə səs verəsən. Buna görə cəza veriləcəksə, onda seçkilər nə üçündür? Hamı eyni namizədi dəstəkləməz ki? Bunlar fərqli şeylər. Yəni, cin ayrı şeytan ayrı...

Əlbəttə, Simonyanın çağırışı suda batmaq üzrə olanın saman çöpünü də xilas saymasına bənzəyir. Söhbət təkcə Ermənistandan da getmir. Moskva öncə güzgüyə baxıb öz eybini görməli onu düzəltməyə çalışmalıdır. Özü üçün aydınlaşdırmalıdır ki, nədən nəinki Şərqi Avropada, heç postsovet məkanında Rusiyanı sevmirlər.

Kəsəsi, Kreml, səbəbi qoyub nəticələrlə mübarizə aparmağa son qoymalıdır. Suveren dövlətləri hədələməkdən əl çəkməlidir. Onlara yuxarıdan-aşağı baxmamalıdır. Yoxsa postsovet ölkələrində Moskvaya olan-qalan inam da ölüb gedəcək.

Şantaj, təhdid yolu ilə, zorla özünə qarşı sevgi-rəğbət yaratmaq cəhdləri iflasa məhkumdur...

Oxunub: 210
Paylaş:
Digər xəbərlər

siyaset

27-06-2024, 12:06

Seçkilərlə bağlı qərar verildi - YENİLƏNİB

dunya

4-05-2024, 09:00

Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...

dunya

5-05-2023, 09:32

Paşinyan Moskvaya gedir

dunya

29-10-2019, 10:39

Paşinyan Rusiyaya getməyi planlaşdırır

gundem / dunya

24-12-2018, 19:42

Düşmən ölkə üçün kritik gün - Paşinyan son dəfə “xalça üzərinə” çağırıldı

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Bu gün, 10:41
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Bu gün, 09:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 12:31
Bəzi çimərliklərə giriş qadağan olundu - NAZİRLİKDƏN AÇIQLAMA
Dünən, 09:44
Qaradağda tarixi karvansaraya ziyan vurulub
Dünən, 09:32
Bu həftə 4 gün işləyəcəyik
Dünən, 09:00
Torpağı işğal et, sonra da özünü qurban göstər – köhnə taktika iş başında
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 16:00
    Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
  • Bu gün, 15:30
    Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
  • Bu gün, 14:33
    Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
  • Bu gün, 13:16
    Həmin ordeni Polşaya qaytardı
  • Bu gün, 12:25
    Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
  • Bu gün, 11:44
    Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
  • Bu gün, 11:39
    Daşaltı kəndinin fonunda - Fotolar
  • Bu gün, 11:34
    Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
  • Bu gün, 10:46
    Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
  • Bu gün, 10:41
    Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
  • Bu gün, 10:16
    Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
  • Bu gün, 10:09
    Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
  • Bu gün, 10:05
    Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
  • Bu gün, 09:59
    Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
  • Bu gün, 09:55
    “Dörd ay keçib, küçələr hələ də su altındadır”
  • Bu gün, 09:51
    Daha bir gəncin meyiti kanaldan tapıldı
  • Bu gün, 09:09
    Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
  • Bu gün, 09:00
    İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
  • Bu gün, 08:53
    İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
  • Bu gün, 08:47
    ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
  • Bu gün, 08:40
    Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
  • Bu gün, 08:36
    Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
  • Bu gün, 08:31
    Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
  • Bu gün, 08:23
    XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
  • Dünən, 16:00
    Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
  • Dünən, 15:30
    Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
  • Dünən, 12:58
    Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
  • Dünən, 12:52
    Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Dünən, 12:47
    Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib - YENİLƏNİB
  • Dünən, 12:31
    Bəzi çimərliklərə giriş qadağan olundu - NAZİRLİKDƏN AÇIQLAMA
  • Dünən, 12:24
    Xameneinin vida mərasimində Azərbaycanı bu şəxs təmsil edəcək
  • Dünən, 12:19
    Bu ölkənin Baş naziri istefa verdi
  • Dünən, 12:15
    Azərbaycan Türkmənistana tanker hədiyyə edib
  • Dünən, 12:05
    İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • Dünən, 10:20
    Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Daha çox
20-06-2026, 11:04
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
18-06-2026, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
17-06-2026, 17:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
19-06-2026, 16:00
Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...
Dünən, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
20-06-2026, 09:00
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə