• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi

dunya

Bu gün, 09:00

Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi


Almaniya ordusunun yenidən qurulması Avropanın hərbi-strateji muxtariyyəti ilə bağlı ideyanın tərkib hissəsi hesab olunur, rəsmi Berlin əmindir ki, gələcək müdafiə böhranlarında “qoca qitə” ölkələri yalnız ABŞ-ın hərbi dəstəyinə arxalanmaq məcburiyyətindən mütləq xilas olmalıdır... Halbuki, Avropa məkanında yeni silahlanma mərhələsinin başlanması və NATO-nun şərq cinahında hərbi infrastrukturun daha da güclənməsi Rusiyanın buna aqressiv cavab reaksiyası verməsinə də səbəb ola bilər...

Avropa ölkələri arasında hərbi təhlükəsizlik narahatlıqları artıq böhranlı həddə çatmağa başlayıb. Belə ki, ABŞ-ın Ukrayna savaşının dayandırılması üzrə prosesi iflasa uğratdıqdan sonra “qoca qitə” Rusiya faktorunu daha çox ciddiy6ə almaq məcburiyyətində qalıblar. Xüsusilə də, bəzi aparıcı Avropa ölkələri Rusiya ilə yaxın gələcəkdə birbaşa hərbi toqquşmaların baş vermə ehtimalını qaçılmaz hesab edirlər. Və ona görə də, hazırda “qoca qitə” ölkələrini bəziləri elə indidən Rusiya ilə gələcək müharibəyə hazırlaşmağa başlayıblar.


Onu da qeyd etmək lazımdır ki, Rusiya faktoruna qarşı hərbi hazırlıq prosesini intensivləşdirmiş ölkələr arasında Almaniya ön planda yer alır. Belə ki, rəsmi Berlin Rusiyanın hərbi müdaxilə ehtimalına qarşı Avropa məkanında ABŞ-ın iştirakı nəzərdə tutulmayan yeni “təhlükəsizlik qalxanı”nın qurulmasına yönəlik addımlarını sürətləndirib. Və Almaniyanın yaxınlaşan təhlükəyə belə radikal hazırlıq qərarı digər Avropa ölkələrinin hərbi prioritetlərinə də birbaşa təsir göstərir.

Məsələ ondadır ki, Avropa məkanında təhlükəsizlik arxitekturası son onilliklərin ən ciddi transformasiya mərhələsini yaşayır. Çünki Rusiya və NATO arasında Ukrayna müharibəsi üzərindən yaranan hərbi-siyasi qarşıdurma hazırda yalnız Şərqi Avropadakı güc balansını deyil, bütövlükdə “qoca qitə”nin geopolitik və geostrateji gələcəyini dəyişdirir. Və bu prosesdə ən diqqətçəkən dəyişikliklərdən biri də məhz Almaniyanın Avrasiya üzərində hərbi-siyasi rolunun yenidən formalaşmağa başlamasıdır.


Halbuki, Almaniya uzun illər ərzində Avropanın əsas iqtisadi-siyasi güc mərkəzi kimi çıxış etsə də, bu dövlət hərbi sektora bağlı məsələlərdə daha ehtiyatlı mövqe nümayiş etdirməyə çalışırdı. Belə ki, İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal siyasi sistemdə Almaniyanın hərbi güc potensialının məhdud çərçivədə saxlanmasına üstünlük verilirdi. Bu isə rəsmi Berlinin əsas diqqətini məhz Almaniyanın iqtisadi inkişafına, siyasi-diplomatik mövqeyinin gücləndirilməsinə və Avropa ölkələri ilə qarşılıqlı inteqrasiyaya yönəltməsinə səbəb olmuşdu. Ancaq Rusiya-Ukrayna müharibəsinin mövcud nəticələri və yaratdığı yeni qlobal situasiya Qərb siyasi dairələrində bu yanaşmanın köklü şəkildə dəyişməsinə yol açdı.

Maraqlıdır ki, mövcud situasiyadan yaralanmağa başlayan Almaniya artıq Avropa məkanında yalnız iqtisadi lider deyil, həm də təhlükəsizlik sahəsində əsas aktorlardan birinə çevrilməyə çalışır. Rəsmi Berlin hazırda böyük sürətlə Almaniya ordusunun hərbi potensialını genişləndirir, ölkənin müdafiə büdcəsini artırır, yeni nəsil silah sistemlərinə sərmayə yatırır. Və buna paralel olaraq, həm də NATO daxilində öz üzərinə daha böyük hərbhi-siyasi məsuliyyət götürməyə çalışır.

Bu baxımdan, Almaniya Müdafiə Nazirliyindən verilən son açıqlamalar da rəsmi Berlinin hərbi-siyasi prioritetlərində müşahidə olunan ciddi dəyişimin artıq yeni mərhələyə keçdiyini göstərir. Belə ki, həmin açıqlamalarda NATO və Rusiya arasında mümkün birbaşa silahlı qarşıdurma ssenarisində bu alyansın Rusiyanın strateji hərbi obyektlərinə zərbə imkanlarını nəzərdən keçirə biləcəyi vurğulanıb. Üstəlik, bu çərçivədə Rusiyanın Kalininqrad bölgəsi, Kola yarımadası, Sankt-Peterburq istiqaməti və Qara dəniz akvatoriyası kimi strateji ərazilərinin xüsusi diqqət mərkəzində olduğu bildirilib.

Təbii ki, Almaniya Müdafiə Nazirliyinin NATO-nun hədəfləri barədə bu bəyanatları yalnız gələcəyə yönəlik hərbi planlaşdırma deyil, həm də Rusiyaya qarşı xəbərdarlıq mesajı xarakteri daşıyır. Yəni, rəsmi Berlin NATO üzərindən Kremlə göstərmək istəyir ki, bu alyanasa üzv olan Avropa ölkələri artıq təhlükəsizlik məsələlərində əvvəlki dövrdə olduğu kimi passiv mövqedə deyillər. Əksinə, Almaniya başda olmaqla, əksər Avropa dövlətləri Rusiyanın mümkün hərbi aqressiya ssenarilərinə qarşı daha sərt və hazırlıqlı cavab reaksiyası verməkdən çəkinməyəcəklər.



Ona görə də, Almaniyanın yeni hərbi strategiyasının əsas prioritetləri məhz Rusiyadan gözlənilən potensial təhlükə ehtimalının ciddi çəkildə qiymətləndirilməsindən qaynaqlanır. Çünki Ukrayna müharibəsi Avropa məkanında belə bir qənaəti gücləndirdi ki, “qoca qitə”nin təhlükəsizlik sistemi yalnız siyasi-diplomatik mexanizmlərlə qurula bilməz. Və ona görə də, rəsmi Berlin İkinci Dünya müharibəsindən sonra ötən uzun illər ərzində ciddi şəkildə zəiflədilmiş hərbi müdafiə strukturlarını yenidən qurmağa başlayıb.

Eyni zamanda, bu sürətli silahlanma prosesi, həm də Avropa məkanının təhlükəsizlik sisteminin məhz ABŞ-ın hərbi potensialından birbaşa asılı vəziyyətə düşməsi ilə də bağlıdır. Çünki ABŞ-ın hərbi potensialı hələ də NATO-nun əsas hərbi dayağı olaraq, qalmaqda davam edir. Ancaq Ağ Evin qlobal prioritetlərinin tədricən dəyişməsi, Asiya-Sakit okean regionunda ABŞ-Çin rəqabətinin getdikcə güclənməsi və Avropa ölkələrinin “qoca qitə”nin təhlükəsizliyi üçün öz üzərlərinə daha çox məsuliyyət götürmək məcburiyyətində qalması Almaniyanı da hərbi sahəyə maliyyə yatırımlarını artırmağa sövq edir.

Bəzi iddialara görə, rəsmi Berlinin hazırda məqsədi yalnız Almaniya ordusunu gücləndirməklə məhdudlaşmır. Belə ki, rəsmi Berlin indi Almaniyanın Avropa məkanının əsas hərbi müdafiə sütunlarından birinə çevrilməsinə də çalışır. Bu baxımdan, Almaniya ordusunun yenidən qurulması Avropanın hərbi-strateji muxtariyyəti ilə bağlı ideyanın tərkib hissəsi hesab olunur. Və rəsmi Berlin əmindir ki, gələcək müdafiə böhranlarında Avropa ölkələri yalnız ABŞ-ın hərbi dəstəyinə arxalanmaq məcburiyyətindən xilas olmalıdır.

Ancaq Rusiya siyasi dairələri isə Almaniya və digər Avropa ölkələrinin silahlanması ilə bağlı prosesi fərqli istiqamərdən qiymətləndirir. Belə ki, Kreml NATO-nun hərbi imkanlarının genişlənməsini və Almaniyanın yenidən böyük hərbi gücə çevrilməsini Rusiyanın təhlükəsizlik maraqlarına qarşı yönəlmiş addım kimi görür. Xüsusilə də, Kalininqrad bölgəsi və Baltikyanı region istiqaməti Rusiya üçün strateji cəhətdən olduqca həssas zonalardır. Və ona görə də, məhz Almaniyanın hərbi cəhətdən güclənməyə başlaması Kreml tərəfindən çox diqqətlə izlənilir.


Təbii ki, bu proses həm də daha genişmiqyaslı geopolitik dəyişikliklərin müşahidə olunmasına yol açır. Belə ki, “soyuq müharibə”dən sonra yaranmış qlobal sistemdə Avropanın təhlükəsizliyi əsasən ABŞ-Rusiya güc balansı üzərində qurulmuşdu. Ancaq indi isə Almaniya, Fransa və digər Avropa ölkələri öz hərbi potensiallarını artırmaqla, yeni qlobal güc balansının formalaşma prosesinə birbaşa təsir göstərməyə çalışırlar.

Göründüyü kimi, mövcud hərbi-siyasi vəziyyət Avropa məkanında yeni silahlanma mərhələsinin başlanma ehtimalını ciddi şəkildə artırır. Halbuki, NATO-nun şərq cinahında hərbi infrastrukturun daha da güclənməsi Rusiyanın buna cavab reaksiyası verməsinə də səbəb ola bilər. Və bu baxımdan hesab etmək olar ki, qarşıduran tərəflər arasında mövcud “hərbi çəkindirmə mexanizmləri” yenidən Avropa ölkələrinin təhlükəsizlik siyasətinin əsas təməl faktoruna çevrilməyə başlayıb.

Belə anlaşılır ki, Avropa məkanında artıq tədricən yeni dövr başlanmaq üzrədir. Çünki “qoca qitə” ölkələrinin öz prioritet hədəflərini, iqtisadi imkanların hərbi-siyasi potensiala çevrilməsinə yönəlik prosesə uyğunlaşdırmasına bağlı proses daha da sürətlənir. Bu isə Rusiya ilə Qərb arasındakı mövcud hərbi-siyasi rəqabətin yaxın gələcəkdə daha mürəkkəb və çoxvektorlu xarakter ala biləcəyini göstərir.(musavat.com)

Oxunub: 390
Paylaş:
Digər xəbərlər

dunya

12-12-2025, 09:11

Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı

dunya

1-12-2025, 09:00

Kreml NATO ilə "böyük savaşı" rəsmən anons etdi: Qərbdə dərhal Rusiya ilə qaçılmaz müharibənin gerisayımı başladı

dunya

22-11-2025, 08:22

Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq

dunya

28-03-2025, 09:00

Avropa Birliyi Kremldən "təhlükəsizlik təminatı" gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

dunya

11-03-2025, 08:16

Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Bu gün, 10:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Bu gün, 09:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Bu gün, 09:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Bu gün, 08:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 12:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Dünən, 12:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 12:21
    Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
  • Bu gün, 12:11
    Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
  • Bu gün, 11:26
    Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
  • Bu gün, 11:21
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Bu gün, 11:16
    Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
  • Bu gün, 10:53
    Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
  • Bu gün, 10:48
    Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
  • Bu gün, 10:44
    I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
  • Bu gün, 10:40
    Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
  • Bu gün, 09:43
    “Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
  • Bu gün, 09:39
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Bu gün, 09:35
    Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
  • Bu gün, 09:00
    Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
  • Bu gün, 08:53
    17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
  • Bu gün, 08:48
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
  • Bu gün, 08:41
    Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
  • Bu gün, 08:34
    Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
  • Bu gün, 08:28
    Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
  • Dünən, 16:00
    Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
  • Dünən, 15:30
    Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
  • Dünən, 12:17
    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
  • Dünən, 12:13
    Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
  • Dünən, 12:07
    Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
  • Dünən, 12:02
    Müəllimlər də forma geyinəcək
  • Dünən, 11:58
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
  • Dünən, 10:56
    TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
  • Dünən, 10:39
    SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
  • Dünən, 09:51
    “İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
  • Dünən, 09:47
    Prezident qəbul keçirdi - Foto
  • Dünən, 09:34
    Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
  • Dünən, 09:30
    Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
  • Dünən, 09:14
    Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
  • Dünən, 09:11
    "Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama
  • Dünən, 09:00
    Bu gündən Məhərrəm ayı BAŞLAYIR
  • Dünən, 08:52
    “Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Daha çox
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
15-06-2026, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
Dünən, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
13-06-2026, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
15-06-2026, 09:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə