• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”

cemiyyet

Bu gün, 13:38

Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”


Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov - Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan 15 İyun Milli Qurtuluş Günü ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişaf kursunun müəyyənləşdirilməsi baxımından taleyüklü hadisə kimi qiymətləndirilir. Bu tarix təkcə hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi mərhələsinə qədəm qoymasının başlanğıcı kimi xarakterizə olunur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb siyasi, hərbi və iqtisadi şəraitlə üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqların işğalı, ölkə daxilində siyasi qeyri-sabitlik, idarəetmə böhranı və müxtəlif silahlı qruplaşmaların fəaliyyəti dövlətçiliyin gələcəyini ciddi təhlükə altında qoyurdu. 1991-1993-cü illər ərzində baş verən proseslər göstərirdi ki, yeni müstəqillik qazanmış ölkənin qarşısında duran əsas vəzifə yalnız dövlət atributlarını formalaşdırmaq deyil, eyni zamanda həmin dövlətin mövcudluğunu qorumaq idi. Həmin dövrdə siyasi qarşıdurmaların dərinləşməsi, separatizm meyillərinin güclənməsi və iqtisadi tənəzzül Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin yayında vəziyyət kulminasiya nöqtəsinə çatmış, ölkədə idarəetmə sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Dövlət müstəqilliyinin taleyi sual altında idi və cəmiyyət ölkəni böhrandan çıxara biləcək güclü siyasi liderə ehtiyac duyurdu. Məhz belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqı ümidini böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Xalqın və siyasi dairələrin təkidli çağırışlarına cavab verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və qısa müddət ərzində ölkədə sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atdı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Sonralar Milli Məclisin qərarı ilə həmin günün Milli Qurtuluş Günü kimi təsis edilməsi bu hadisənin dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətinin rəsmi təsdiqinə çevrildi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində nizam-intizamın yaradılması, qanunçuluğun bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və ölkənin parçalanma təhlükəsindən xilas edilməsi istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi məhz həmin dövrdə strateji prioritetə çevrildi. Milli Qurtuluşdan sonra Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədi dövlət müstəqilliyinin dönməzliyini təmin etmək idi. Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik yaradıldı, idarəetmə sistemi formalaşdırıldı və dövlət institutlarının fəaliyyəti gücləndirildi. 1994-cü ildə əldə edilən atəşkəs qərarı ölkənin iqtisadi və siyasi inkişafı üçün əlverişli şərait yaratdı. Eyni zamanda, Azərbaycanın enerji strategiyasının əsasını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və gələcək iqtisadi yüksəlişin təməlini qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyanın qəbul edilməsi, ilk parlament seçkilərinin keçirilməsi və çoxpartiyalı siyasi sistemin formalaşdırılması müstəqil dövlət quruculuğunun mühüm mərhələləri kimi tarixə düşdü. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı. Ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndi, regional və qlobal layihələrdə rolu artdı. Müstəqil xarici siyasət kursu Azərbaycanın milli maraqlarının müdafiəsini təmin etməklə yanaşı, ölkənin geosiyasi əhəmiyyətini də artırdı. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi məhz həmin dövrdə formalaşdı.

Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında 1993-cü ildən etibarən formalaşdırılmış dövlətçilik modeli dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu müasir çağırışlara uyğun şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldilib. Azərbaycan son illərdə iqtisadi inkişaf, regional əməkdaşlıq, enerji təhlükəsizliyi və beynəlxalq nüfuz sahəsində mühüm uğurlar qazanıb. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyinin tam bərpa olunması müasir Azərbaycan dövlətinin gücünü və siyasi iradəsini nümayiş etdirdi. Bu nailiyyətlər eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və milli inkişaf konsepsiyasının uğurlu nəticələri kimi qiymətləndirilir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətçilik iradəsinin və müstəqilliyə sadiqliyinin rəmzidir. Bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, dövlət institutlarının formalaşmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində həlledici rol oynayıb.

Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və hərbi gücünü daha da artırır, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir, Böyük Qayıdış proqramını uğurla reallaşdırır. Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram deyil, həm də dövlətçilik ənənələrinin, milli birliyin və müstəqillik ideallarının gələcək nəsillərə ötürülməsinin simvoludur. Azərbaycan xalqı bu tarixi günü müasir dövlətçiliyin xilası, sabit inkişafın başlanğıcı və müstəqil Azərbaycanın gələcək uğurlarının əsasını qoyan dönüş nöqtəsi kimi qeyd edir.

Oxunub: 450
Paylaş:
Digər xəbərlər

cemiyyet

15-06-2025, 07:07

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

gundem / siyaset

15-06-2025, 06:54

Azərbaycanda Milli Qurtuluş Günüdür

gundem / siyaset

15-06-2024, 08:34

Azərbaycanda Milli Qurtuluş Günüdür

gundem / siyaset

15-06-2022, 09:00

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

gundem / siyaset

15-06-2021, 09:42

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Bu gün, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Bu gün, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Bu gün, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Bu gün, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Bu gün, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Bu gün, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Bu gün, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Bu gün, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Bu gün, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Bu gün, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Bu gün, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Bu gün, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Bu gün, 09:19
    Polis əməliyyat keçirdi
  • Bu gün, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Bu gün, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • Dünən, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • Dünən, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • Dünən, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • Dünən, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • Dünən, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • Dünən, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • Dünən, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • Dünən, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • Dünən, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • Dünən, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • Dünən, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • Dünən, 10:25
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • Dünən, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • Dünən, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • Dünən, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • Dünən, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • Dünən, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • Dünən, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • Dünən, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • Dünən, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • Dünən, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • Dünən, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Dünən, 13:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Dünən, 15:04
Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə