Ağ Ev İrana qarşı hərbi əməliyyatların bərpasını müzakirə edib.
“axios” xəbər verir ki, görüşdə Prezident Donald Tramp, vitse-prezident C.D. Vens, Müdafiə naziri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Ağ Evin Baş Qərargah rəisi Suzi Uayls iştirak edib.
Görüşün yekunu olaraq yekun qərar qəbul edilməsə də, ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri zərbələrin mümkün bərpası üçün fəal şəkildə hazırlıqlara başlayıblar.
Ağ Ev rəsmi olaraq görüşü təkzib etməyib. "Prezident həmişə bütün mümkün variantları müzakirə edir və Pentaqonun işi Baş Komandanın verə biləcəyi istənilən qərarı həyata keçirməyə hazır olmaqdır", - deyə Ağ Evin mətbuat katibi Anna Kelli bildirib.