• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Daha 4 kəndimiz qaytarılır

hadise

14-05-2026, 09:00

Daha 4 kəndimiz qaytarılır


Azərbaycan-Ermənistan münasibətlərində delimitasiya və sərhədlərin dəqiqləşdirilməsi prosesi yeni mərhələyə daxil olduqca illərdir mübahisə mövzusu olan anklav kəndlərin taleyi də yenidən gündəmə gəlir. Xüsusilə Qazaxın işğal altında qalan kəndləri və Sədərəkin Kərki kəndi ilə bağlı son illərdə artan müzakirələr göstərir ki, Bakı bu məsələni artıq növbəti mərhələnin əsas mövzularından biri kimi nəzərdən keçirir.

Politoloq Fərhad Məmmədovun səsləndirdiyi fikirlər də onu göstərir ki, anklavlarla bağlı həll variantları masadadır və proses tədricən praktiki mərhələyə yaxınlaşır. “Bizim Ermənistan tərəfində qalan 4, onların bizim ərazimizdə olan 1 anklavı və eyni zamanda, sərhədin böyük bir hissəsinin müəyyən olunması böyük prosesin tərkib hissəsidir. Hazırda prioritet qaydada iki hissədə iş gedir. Razılaşdırılmış məsələ ondan ibarətdir ki, delimitasiya prosesi şimaldan cənuba doğru, yəni Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin toqquşduğu yerdən üzüaşağı olacaq. İkinci məqam isə TRIPP layihəsi ilə bağlıdır. O reallaşmağa başlayanda kommunikasiyaların giriş və çıxışları delimitasiya olunmalıdır ki, orada tikinti işləri aparılsın. Sonrakı məqamda isə artıq bu kəndlər məsələsi öz həllini tapmalıdır. Burada da bir neçə variant nəzərdən keçirilir. Vaxtı gələndə razılaşmalar həyata keçiriləcək”, - F. Məmmədov Modern.az-a açıqlamasında deyib.

Hazırda Ermənistan ərazisində qalan Azərbaycan anklavları – Kərki, Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndləri uzun illərdir hüquqi baxımdan Azərbaycanın suveren əraziləri hesab olunsa da, faktiki nəzarət Ermənistanın əlindədir. Bunun müqabilində Ermənistanın Azərbaycanın nəzarətində olan bir anklav kəndi mövcuddur. Məhz bu səbəbdən məsələ yalnız siyasi deyil, həm də hüquqi və təhlükəsizlik aspektləri baxımından olduqca həssas sayılır. Hesab olunur ki, anklav kəndlərin qaytarılması birbaşa geniş sülh paketinin tərkib hissəsi olacaq.

Mövzunun ən mürəkkəb tərəfi isə anklavların coğrafi vəziyyətidir. Xüsusilə Kərki kəndi strateji yolların yaxınlığında yerləşdiyi üçün onun statusu təhlükəsizlik baxımından xüsusi həssaslıq yaradır. Ermənistan tərəfi də məhz bu səbəbdən məsələyə ehtiyatla yanaşır. Eyni vəziyyət Qazaxın işğal altında qalan kəndləri üçün də keçərlidir. Həmin kəndlərin qaytarılması bölgədə yeni logistika və nəqliyyat reallıqları formalaşdıra bilər.

Burada diqqət çəkən əsas məqamlardan biri də TRIPP layihəsi ilə bağlıdır. Kommunikasiya xətlərinin açılması, yeni nəqliyyat marşrutlarının formalaşması və regional inteqrasiya planları sərhədlərin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Bu isə avtomatik olaraq anklav məsələsinin də həllini qaçılmaz edir. Çünki hüquqi statusu qeyri-müəyyən qalan ərazilərlə uzunmüddətli regional layihələrin həyata keçirilməsi praktiki baxımdan mümkün görünmür.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Vətən müharibəsindən sonra bəzi ərazilərin Azərbaycana qaytarılması ilə bağlı anlaşma var idi:

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Kəlbəcər, Laçın və Ağdam döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Yəni, Ermənistan bizə konkret tarixlər təqdim etdikdən sonra müharibə dayandırıldı. Bu da keçmiş Qarabağ münaqişəsinin həllində olduqca unikal məqamlardan biri idi.

Çünki dünyada müharibə yolu ilə həll olunan bir çox münaqişələrdə tərəflər əraziləri könüllü şəkildə təhvil vermirlər. Amma Azərbaycan müharibəni 10 noyabr tarixinə qədər davam etdirdi və Ermənistan tərəfi Kəlbəcərin, Ağdamın və Laçının müəyyən tarixlərdə boşaldılacağı ilə bağlı öhdəlik götürdü. Hətta Laçının da maksimum dekabr ayının sonuna qədər boşaldılması ilə bağlı söz verilmişdi. Bundan sonra Ermənistanla digər mühüm məsələlər də gündəmdə idi. Həmin kəndlərdən başqa Qazaxın işğal altında qalan kəndləri məsələsi vardı. Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və digər kəndlərin qaytarılması ilə bağlı Ermənistan müəyyən öhdəliklər götürmüşdü. Bu kəndlərin bir qisminin Azərbaycana qaytarılmasına nail olundu.

Hazırda isə Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvandakı Kərki kəndi ilə bağlı Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. Düzdür, Ermənistanın da Azərbaycanın nəzarətində olan anklav kəndi var. Amma bu anklav kəndlərin qaytarılması məsələsi əvvəlki ərazilərdən fərqli və daha mürəkkəbdir. Çünki həm Azərbaycanın Ermənistan ərazisində qalan kəndləri, həm də Ermənistanın Azərbaycandakı anklavı digər dövlətin ərazisi ilə əhatə olunub. Bu o deməkdir ki, həmin kəndlərlə əlaqənin qurulması üçün mütləq şəkildə Ermənistan tərəfindən yol verilməlidir. Yəni, Azərbaycan öz kəndləri ilə əlaqəni Ermənistan ərazisindən keçməklə təmin etməlidir. Məhz bu məsələ danışıqları çətinləşdirən və prosesi uzadan əsas amillərdəndir”.

Politoloqa görə, hər bir halda Azərbaycan bu tələblərindən geri çəkilməyib və həmin əraziləri öz suveren torpaqları hesab edir: “Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfinin Azərbaycanla bu məsələ üzrə razılığa gəlməsi artıq gündəmdə olan məsələdir. Ermənistan tərəfindən bəzi siyasi şərhçilər bildirirlər ki, həmin kəndlərdə ermənilər vaxtilə ev tikiblər, əmlak əldə ediblər və indi o evləri tərk etməli olacaqlar. Onlar daha çox bu məqamı qabartmağa çalışırlar. Ancaq məsələnin əsas tərəfi bu deyil. Əsas məsələ odur ki, həmin kəndlər 30 ildən artıq müddətdə Ermənistanın işğalı altında qalıb. O kəndlər Azərbaycana məxsusdur və həmin torpaqların sahibləri olan azərbaycanlılar illərlə öz evlərindən, mülklərindən istifadə edə bilməyiblər. İnsanlarımız doğma torpaqlarından didərgin düşüb. Bu qədər ziyanın və dağıntının fonunda hansısa tikililərin taleyini əsas arqument kimi təqdim etmək doğru yanaşma deyil”.

X.Bəşirovun qənaətincə, Ermənistan tərəfi həqiqətən Azərbaycanla sülh istəyirsə, münaqişənin tam şəkildə yekunlaşmasını və gələcəkdə yenidən alovlanmamasını istəyirsə, o zaman qalan problemlər də həll olunmalıdır: “Əslində, bunları kiçik problem hesab etmək olmaz. Burada söhbət ərazilərdən və dövlət suverenliyindən gedir. Azərbaycan artıq sübut edib ki, öz torpağının bir qarışının belə başqa dövlətin nəzarətində qalmasını qəbul etmir. Çünki gələcəkdə məhz bu cür yarımçıq qalan məsələlər yeni qarşıdurma riskləri yarada bilər.

Məsələn, Ermənistanla Azərbaycan arasında münaqişənin 1980-ci illərin sonlarında yenidən alovlanmasının səbəblərindən biri də müxtəlif mübahisəli məsələlərin şişirdilməsi olmuşdu. Həmin problemlərdən istifadə edilərək tərəflər arasında qarşıdurma yaradıldı və Ermənistan bundan istifadə edib Azərbaycan torpaqlarına hücum etdi. Bu gün də anklav kəndlərin açıq qalması gələcək risk mənbəyi hesab oluna bilər. Amma dünya praktikasında bunun həlli yolları var. Məsələn, Rusiyanın Kalininqrad vilayəti əsas ərazidən ayrı düşsə də, digər dövlətlərin ərazisindən keçməklə həmin bölgə ilə əlaqə saxlanılır.

Azərbaycanın Ermənistan ərazisində qalan kəndləri isə tarixi və hüquqi baxımdan bizim torpaqlarımızdır. Həmin kəndlərlə əlaqənin qurulması üçün şərait yaratmaq öhdəliyi də Ermənistanın üzərinə düşür. Düşünürəm ki, nəticə etibarilə bu məsələ həllini tapacaq. Əgər sülh sazişinin imzalanmasına mane olan digər məsələlər, o cümlədən Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı referendum məsələsi də həll olunsa, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunması mümkündür. Bunun üçün Nikol Paşinyan hakimiyyəti siyasi iradə nümayiş etdirməli, cəsarətli qərarlar verməli və bu məsələlərin həllində qətiyyət ortaya qoymalıdır”.

Oxunub: 740
Paylaş:
Digər xəbərlər

siyaset

12-01-2026, 11:09

İrəvandan SENSASİON etiraf – Bu ərazilərimiz qaytarılacaq

siyaset

3-05-2024, 16:00

Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?

siyaset

27-03-2024, 15:30

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

siyaset

13-03-2024, 15:30

Paşinyan Qazaxa gəlir: Delimitasiya baş tutacaq? - İNCƏLƏMƏ

siyaset

12-02-2024, 11:25

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək...

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Dünən, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Dünən, 13:11
Onlar belə maaş alacaqlar
Dünən, 11:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Dünən, 11:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Dünən, 11:13
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Dünən, 09:00
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 20:17
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dünən, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dünən, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dünən, 15:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dünən, 15:23
    Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
  • Dünən, 14:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dünən, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dünən, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dünən, 12:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 11:36
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dünən, 11:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dünən, 11:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dünən, 11:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dünən, 10:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dünən, 10:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dünən, 10:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dünən, 10:07
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dünən, 09:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dünən, 09:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dünən, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • Dünən, 08:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dünən, 08:48
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dünən, 08:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dünən, 08:35
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dünən, 08:28
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • 4-06-2026, 14:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • 4-06-2026, 12:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • 4-06-2026, 12:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • 4-06-2026, 12:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • 4-06-2026, 10:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • 4-06-2026, 10:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • 4-06-2026, 10:46
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
1-06-2026, 07:03
Cgg
2-06-2026, 16:00
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
3-06-2026, 16:00
Sabah 31 dərəcə isti olacaq
1-06-2026, 20:47
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
30-05-2026, 10:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə