Ağ Evin respublikaçı rəhbəri Donald Tramp prezidentlik müddəti bitdikdən sonra ölkəni idarə etmək üçün ideal komandasını açıqlayıb.
O, Vens və Rubionu 2028-ci ildə keçiriləcək növbəti ABŞ seçkiləri üçün əla namizədlər adlandırıb:
"Bülleten üçün əla səslənir: J.D. və Marko. Mükəmməl namizədlər. Yeri gəlmişkən, inanıram ki, bu, arzuların komandasıdır, amma bəzi kiçik detallar var".
Amerika lideri “kiçik detallar” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.