• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?

cemiyyet

27-04-2026, 14:22



Aprelin 24-də Avropa Parlamenti “Ermənistanın Demokratik Davamlılığına Dəstək” adlı qətnamə layihəsi qəbul edib. Bu qətnamə layihəsinin Avropa İttifaqı Şurasının aprelin 21-də Ermənistana yeni mülki missiya (EUPM Armenia) göndərməsi qərarından sonra gündəmə gəlməsi Brüsselin 7 iyun parlament seçkilərində Rusiyanın xarici müdaxilə riskinə qarşı İrəvana dəstək siyasətinin məntiqi davamı kimi görünür. Aİ Şurasının qərarında bildirilir ki, “missiya xarici müdaxilə və informasiya manipulyasiyası, kiberhücumlar və qanunsuz maliyyə axınları kimi çoxqatlı təhdidlərlə üzləşən Ermənistanı dəstəkləyəcək, təhdidlərin aradan qaldırılması siyasətinin hazırlanması ilə bağlı müxtəlif nazirliklərə və milli qurumlara strateji məsləhətləşmələr verəcək”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bildirib ki, Ermənistan kütləvi dezinformasiya kampaniyaları və kiberhücumlarla üzləşir: “Ermənilər iyun ayında seçkilərə gedəndə ölkələrinin gələcəyini yalnız özləri seçməlidirlər. Aİ Ermənistanın dayanıqlığını qorumağa kömək edir”.

Aİ “xarici müdaxilə, kiberhücumlar, informasiya manipulyasiyası və qanunsuz maliyyə axını” dedikdə Rusiyanın Ermənistana müdaxiləsini nəzərdə tutur. Kaya Kallas daha öncə bunu açıq şəkildə dilə gətirmiş, “Rusiya və onun təmsilçiləri parlament seçkilərindən əvvəl Ermənistanda dezinformasiya kampaniyalarını gücləndirir” deyə bildirmişdi. Aprelin 16-da isə Kallas açıqladı ki, Ermənistan 2026-cı il parlament seçkilərindən əvvəl Avropa İttifaqından zərərli təsirlərlə mübarizə üçün Moldovaya verdiyimiz oxşar dəstək istəyib. Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya”nın məqsədi də Rusiyanın seçkiyə müdaxiləsinə qarşı Ermənistan hakimiyyətini dəstəkləməkdir. Bu kontekstdə Avropa Parlamentində irəli sürülən “Ermənistanın Demokratik Davamlılığına Dəstək” adlı qətnamə layihəsinin eyni motivli olduğunu hesab etmək olardı.

Hərçənd, qətnamə layihəsinin mətni fərqli mənzərəni ortaya çıxır: bu, Avropa Parlamentinin birbaşa Azərbaycana və rəsmi Bakının iradəsi ilə inşa olunan regional sülhə qarşı hücumudur;

Layihənin detallarına nəzər yetirdikdə bunu aydın görmək olur. 24 bənddən ibarət olan qətnamə layihəsinin 7 bəndi – 14, 15, 16, 18, 19, 20 və 21-ci bəndləri Azərbaycana qarşı qondarma ittihamlardan ibarətdir.

14-cü bənddə qeyd olunur: “Hibrid müharibə, dezinformasiya və xarici müdaxilə, xüsusilə Rusiya və Azərbaycandan artan təhlükə fonunda maraqlı tərəflərin diqqətini bu prosesin vacibliyinə cəlb edir”.

Ermənistan hakimiyyətinin qərbyönümlü siyasi oriyentasiyası fonunda Rusiyanın seçkiyə müdaxilə riski sirr deyil, Moskvadan verilən açıqlamalar, eləcə də informasiya müstəvisində baş verənlər bunu deməyə əsas verir. Rəsmi İrəvan da Aİ-dən dəstəyi məhz Rusiyanın müdaxiləsi riskinə görə istəyib. Bəs, Avropa Parlamentinin qətnamə layihəsində Azərbaycan niyə Rusiya ilə “tərəzinin eyni gözünə” qoyulur? Axı Azərbaycan üçün Ermənistanda sabitlik daha sərfəlidir, nəinki əksi.

Birincisi, rəsmi Bakı Ermənistanın mövcud hakimiyyətinin imza atdığı paraflanmış sülh sazişi layihəsinin məntiqi sonluğa çatdırılması, regionda davamlı sülhün əldə edilməsini dəstəkləyir. Hakimiyyətə gəlmək istəyən revanşistlər isə sülh razılaşmalarını yenidən nəzərdən keçirəcəklərini gizlətmirlər.

İkincisi, yekun sülh müqaviləsinin önündə əsas əngəl olan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsini hazırki hakimiyyət dəstəkləyir və bunun seçkidən sonra keçiriləcək referendumla reallaşacağı gözlənilir. Paşinyanın opponentləri isə konstitusiya dəyişikliyinə qarşı çıxır.

Bu iki amil fonunda Azərbaycanın “Rusiya ilə birlikdə Ermənistan seçkilərinə təhlükə yaratdığı” iddiası ya məntiqsizliyin məhsuludur, ya da qərəzli mövqeyin təzahürü.

15-ci bənddə iddia olunur: “Ermənistana qarşı əsassız ərazi iddiaları irəli sürməklə və Cənubi Qafqazda sülhü, sabitliyi və dialoqu pozmaqla hibrid təhdid forması təşkil edən “Qərbi Azərbaycan” və Zəngəzur dəhlizi” ritorikasını qətiyyətlə pisləyirik”.

Burada Azərbaycan Ermənistana qarşı “ərazi iddiaçısı” kimi təqdim olunur, halbuki, Qərbi Azərbaycan məsələsi ərazi iddiası yox, humanitar problemdir. Öz tarixi yurdlarından deportasiya olunmuş azərbaycanlıların evlərinə qayıdış haqqı beynəlxalq hüquqda təsbit olunub. Cenevrə Konvensiyası “irqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”ləri qaçqın statusunda qəbul edir. Azərbaycanlılar da məhz irqi, dini və milli mənsubiyyətində görə vətəndaşı olduqları Ermənistan SSR-dən qovulub və təqib olunmaq qorxusuna görə geri qayıda bilmirlər. Onların evlərinə qayıdışı Ermənistana qarşı ərazi iddiası yox, beynəlxalq hüququn tələbidir. Zəngəzur dəhlizi də avroparlamentarilərin məntiqsiz iddiasından fərqli olaraq, ərazi iddiası yox, Azərbaycan və Ermənistan arasında razılaşmanın bir hissəsidir. Vaşinqtonda əldə olunan razılaşmaya görə, bu “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılır. Avropa Parlamenti faktiki olaraq, TRİPP layihəsini “Ermənistana qarşı ərazi iddiası” kimi təqdim edir.

16-cı bənddə də eyni motivlər yer alır. “Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə Azərbaycanla razılaşmanın Ermənistandan keçən marşrutlarla əlaqələndirilməsini təmin etməyə, bununla regional sabitliyə, sülhə və qarşılıqlı etimada töhfə verməyə dəvət olunur, eləcə də, regional kommunikasiyanın suverenliyə, ərazi bütövlüyünə əsasən bərpa edilməsini, bu məsələdə Ermənistanın “sülhsevər yanaşması”nı dəstəkləməyə çağırılır”.

Vaşinqton razılaşmasına əsasən Naxçıvana maneəsiz keçid təmin olunmalıdır. TRİPP də məhz Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək layihədir. Artıq razılaşmanı praktiki müstəvidə icrası ilə bağlı işlərə strat verilib. Avropa Parlamenti isə bu mövqeyi ilə Azərbaycan və Ermənistan arasında ABŞ-ın dəstəyi ilə əldə olunmuş Vaşinqton razılaşmalarını görməzdən gəlir və təkcə regional kommunikasiyanın bərpasına qarşı çıxmır, eyni zamanda, sülhün təməllərini də sarsıtmağa cəhd edir.

18-ci bənd bildirilir: “Vaşinqton sammitinin nəticələrini və Ermənistanın razılaşdırılmış sülh mətnini imzalamağa hazırlığı alqışlanır, Azərbaycanı xoş niyyətlə qarşılamağa, təhdidlərdən çəkinməyə, sülhün regionda demokratik sabitlik üçün vacib olduğunu qəbul etməyə çağırırıq”.

Avropa Parlamenti ənənəvi ikilistandart yanaşmasını ortaya qoyur və məsələyə bitrəfli yanaşma sərgiləyir. Cənubi Qafqazda sülhün əsas təşəbbüskarı Azərbaycandır. 44 günlük müharibədən sonra sülh danışıqları ilə bağlı ilk addımı da məhz rəsmi Bakı atıb. Bununla yanaşı, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında razılaşmalar əldə olunub, paraflanan sülh sazişi layihəsinə də iki ölkənin xarici işlər nazirləri imza atıb. Ermənistanı “sülhpərvər”, Azərbaycanı “sülhə maneə” kimi təqdim edən Avropa Parlamenti qərəzli yanaşmasını da açıq şəkildə nümayiş etdirir.

19-cu bənd: “Avropa Komissiyasının Azərbaycan tərəfindən qanunsuz saxlanılan erməni girovların dərhal və qeyd-şərtsiz azad edilməsində daha çox iştirakını tələb edir, bunu sülhün bərqərar olmasına maneə hesab edirik”.

Söhbət Qarabağda separatçı fəaliyyətlə məşğul olmuş və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxslərdən gedir. Bu şəxslərin Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquqa əsasən cinayət xarakterli əməlləri aparılan istintaqda və açıq keçirilən məhkəmə prosesində ispatlanıb. Avropa Parlamenti onları “girov” adlandırmaqla məsələni siyasiləşdirməyə və manipulyasiya etməyə çalışır.

20-ci bənddə qeyd olunur ki, “Ermənistan hökumətinin etnik təmizləməyə məruz qalan Dağlıq Qarabağ ermənilərinə yardım göstərmək səylərini dəstəkləyir, bu dəstəyin effektivliyini təmin etmək üçün kifayət qədər maliyyə resurslarının ayrılmasını tələb edir, bir daha vurğulayır ki, zorla köçürülmüş şəxslərin hüquqlarına beynəlxalq zəmanətlər altında təhlükəsiz və maneəsiz qayıtma imkanı daxildir”.

Bu iddia Avropa Parlamentinin yalana xidmət edən struktur olduğunu bir daha aydınlaşdırır.

Birincisi, “etnik təmizləmə” ifadəsi siyasi maraqlara xidmət edən iddiadır. Ermənilər Qarabağı könüllü şəkildə tərk edib, bununla bağlı vizual faktlar da daxil olmaqla, kifayət qədər sübut var. Azərbaycan 44 günlük müharibədən sonra Qarabağda qalan ermənilərin reinteqrasiyası proqramlarını hazırlayıb və onların təhlükəsizliyini təmin edib. Lakin separatçı rejim erməni əhalisinin reinteqrasiyasına imkan vermədi. 2023-cü ilin 20 sentyabrında Qarabağda suverenliyimiz bərpa olunandan sonra isə yenə separatçılar erməni əhalisini bölgəni tərk etməyə sövq etdi. Azərbaycan sona qədər erməni əhalisinin seçimlərinə hörmətlə yanaşıb. Təsadüfi deyil ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdikdən sonra “etnik təmizləmə” iddiaları nə Beynəlxalq Cinayət Məhkəməsi, nə Avropa Şurasının apardığı istintaq, nə də hər-hansı beynəlxalq instansiya tərəfindən təsdiq olunmayıb. Avropa Parlamenti “etnik təmizləmə” ifadəsi ilə qeyri-adekvat olduğunu nümayiş etdirir.

İkincisi, “ermənilərin beynəlxalq zəmanətlər altında Qarabağa qayıdışı” istəyi keçmiş münaqişəni yenidən körükləmək cəhdidir. Çünki ermənilər Qarabağda yalnız Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər və daha öncə bununla bağlı yaradılmış şəraitdən könüllü şəkildə imtina etdilər. Bundan sonra “beynəlxalq zəmanət altında qayıtmaq” məsələsi keçmiş münaqişənin əsas motivlərindən olan separatizmin körüklənməsi deməkdir. Ki, Ermənistan dövləti belə bunu dəstəkləmir. Göründüyü kimi, Avropa Parlamenti bununla regionda sülh gündəliyini baltalamağa çalışır.

Qətnamə layihəsinin 21-ci bəndində iddia olunur: “Dağlıq Qarabağda erməni mədəni, tarixi və dini irsinin məhv edilməsi və dəyişdirilməsinə görə məsuliyyət daşımağa çağırır, müvafiq yerləri qiymətləndirmək məqsədilə UNESCO missiyasının göndərilməsi üçün beynəlxalq təzyiqin artırılmasını dəstəkləyirik”.

30 ilə yaxın işğal dövründə bütün maddi-mədəni irsi məhv edilən, şəhərləri Yer üzündən silinən, tarixi-dini abidələri, qəbiristanlıqları dağıdılan, mədəni təmizləməyə məruz qalan Azərbaycan, bütün bunları törədən Ermənistandır. Bu mənzərə qarşısında “üç meymunu” (görmürəm, eşitmirəm, bilmirəm) oynayan Avropa Parlamenti Azərbaycanı ittiham edir. Və öz sənədi ilə özünün ifşasına imza atmış olur.

Avropa Parlamentinin “Ermənistana dəstək” adı altında təqdim etdiyi qətnamə layihəsi Azərbaycana növbəti hücum cəhdi və Cənubi Qafqazda mövcud sülh gündəliyinə qarşı təxribat planıdır. Eyni zamanda, bu qətnamə rəsmi Bakını Brüssellə münasibətlərə şübhə ilə yanaşmağa sövq edir.

Avropa İttifaqı Azərbaycanla münasibətlərdə səmimidir, yoxsa Brüssel siyasi maraqların əsirinə çevrilib?

Hadisələrin inkişafı bu sualın cavab axtarışını zəruri edir.

Aprelin 16-da Brüsseldə Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirildi. Tərəflər ikitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzərində müzakirələr apardı, Bakıda yenidən bir araya gəlməklə bağlı qərar qəbul olundu. Azərbaycanla münasibətlər Avropa İttifaqının strateji maraqlarına uyğundur:

- Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır;
- Azərbaycan Aİ-nin maraq göstərdiyi və investisiya yatırdığı Orta dəhliz marşrutunun əsas halqasıdır;
- Azərbaycanla münasibətlər Aİ üçün Cənubi Qafqaz, ümumilikdə Orta dəhliz marşrutunun keçdiyi coğrafiyada mövcudluq imkanı deməkdir;

Maraqlıdır, Aİ-nin Azərbaycanla ikitərəfli sazişi müzakirə etməsi və tərəfdaşlıq münasibətlərini genişləndirmək istəyinə paralel şəkildə Avropadan Bakıya qarşı siyasi hücumlar genişlənir. Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı əsassız qətnamələr irəli sürüldü, ardınca Avropa Parlamenti “Ermənistana dəstək” adlı qətnamə layihəsində Bakını hədəfə aldı. Aİ-nin siyasəti ilə Avropadakı siyasi dalğa arasında açıq ziddiyyətlər mövcuddur. Və belə görünür ki, ya Avropa İttifaqı daxilində Azərbaycanla bağlı mövqelər uyğunlaşdırılmır və vahid siyasi xətt əldə edə bilmirlər, ya da rəsmi mövqe ilə praktiki addımlar fərqlidir, yəni yumşaq desək, qeyri-səmimilik var.

Bu situasiya Bakıda Brüssellə münasibətlərə dair qeyri-müəyyənlik yaradır və etimadın zədələnməsi ilə nəticələnir. Qeyir-müəyyənliyin aradan qalxmasının yeganə yolu Avropa İttifaqının vahid siyasi xətt müəyyən etməsi, qurumlarının siyasi və lobbi maraqları naminə Azərbaycanla münasibətlərdə etimadsızlıq yaratmasına son qoymasıdır. Əks təqdirdə, Bakı-Brüssel münasibətlərinə mənfi təsirlərin olacağı qaçılmazdır. Bu perspektiv Avropa İttifaqı üçün etibarlı tərəfdaşın itirilməsi, Cənubi Qafqaz və Orta dəhliz coğrafiyasında mövqelərinin sual altına düşməsi deməkdir.

Oxunub: 640
Paylaş:
Digər xəbərlər

dunya

5-12-2025, 09:19

Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”

dunya

17-12-2021, 09:20

Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul etdi

siyaset

1-02-2023, 09:30

Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır

dunya

7-05-2025, 09:02

Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı

siyaset

15-05-2020, 10:55

Deputat: “Azərbaycanın hücum diplomatiyası Ermənistana növbəti ciddi zərbə vurdu”

Şou Biznes
Elektromobillərin şarjında inqilab yaxınlaşır
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
“Bu xəstəlik onu da apardı”
Milli Qəhrəman Şükür Həmidovun qızının toyu oldu
Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Burak Özçivit “Quruluş Osman”la vidalaşdı - hər bölümə 4 milyon istəyirmiş!
Cəmiyyət
Bu gün, 11:05
Azərbaycanda yeni təhlükə: Bu şəxslər öncədən müəyyən edilməlidir
Bu gün, 10:49
Azərbaycanın bütün qızları adından danışmaq səlahiyyətini sizə kim verib? - VİDEO
Bu gün, 10:16
Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ
Bu gün, 09:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bu gün, 08:40
Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş
Dünən, 11:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 11:18
    Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü
  • Bu gün, 11:14
    Elektromobillərin şarjında inqilab yaxınlaşır
  • Bu gün, 11:05
    Azərbaycanda yeni təhlükə: Bu şəxslər öncədən müəyyən edilməlidir
  • Bu gün, 10:49
    Azərbaycanın bütün qızları adından danışmaq səlahiyyətini sizə kim verib? - VİDEO
  • Bu gün, 10:16
    Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ
  • Bu gün, 10:04
    İlham Əliyev "Sabah"ı təbrik etdi
  • Bu gün, 10:01
    DİN-dən əməliyyat - Borcunu qaytarmayan 101 nəfər tutuldu
  • Bu gün, 09:49
    Pakistanda xəstəxanada 14 körpə həlak oldu
  • Bu gün, 09:36
    Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi
  • Bu gün, 09:33
    “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
  • Bu gün, 09:28
    Azərbaycan UEFA reytinqində irəlilədi
  • Bu gün, 09:11
    Bu gün Laçın Şəhəri Günüdür
  • Bu gün, 09:00
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • Bu gün, 08:47
    Azərbaycanın əhalisi qocalır
  • Bu gün, 08:40
    Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş
  • Bu gün, 08:24
    Bu günün valyuta məzənnələri
  • Bu gün, 08:18
    ABŞ-də ailə faciəsi - 8 nəfər öldü, 4-ü uşaqdır
  • Dünən, 16:00
    Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA
  • Dünən, 14:22
    Ağdamda iş adamları həbs edildi
  • Dünən, 14:00
    Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü
  • Dünən, 12:42
    Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
  • Dünən, 12:35
    Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
  • Dünən, 12:17
    Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
  • Dünən, 11:32
    Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
  • Dünən, 11:06
    “Hadrut fatehi”nin xanımı da tələbə oldu
  • Dünən, 11:01
    Bu xəstəxanaya yeni direktor təyin olundu
  • Dünən, 10:55
    Bu gecə metro 1 saat artıq işləyəcək
  • Dünən, 10:51
    9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
  • Dünən, 10:41
    İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
  • Dünən, 10:23
    Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
  • Dünən, 09:58
    Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
  • Dünən, 09:53
    Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
  • Dünən, 09:48
    Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
  • Dünən, 09:22
    Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
  • Dünən, 09:05
    Şəhid anası da tələbə adını qazandı - Foto
Daha çox
21-08-2026, 10:05
Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar
20-08-2026, 14:22
Ermənistanın yeni silah baronu- Kumarın İrəvan səfərinin pərdəarxası
21-08-2026, 13:18
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?
21-08-2026, 13:42
Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var
21-08-2026, 13:45
İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
21-08-2026, 13:49
Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə