• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? Revanşizmin Hollivud versiyası

cemiyyet

21-04-2026, 10:11




Dünən təqdim etdiyimiz “Amerikadakı erməni mafiyası Qarabağı geri istəyir?” yazısı gözlənildiyindən daha böyük rezonans doğurdu.

Oxucuların reaksiyası və müzakirələrin istiqaməti göstərdi ki, məsələ təkcə bir serial səhnəsi ilə məhdudlaşmır, daha geniş və sistemli yanaşmanın tərkib hissəsidir.

Səslənən fikirlər, xüsusilə diaspor mühitində formalaşan narrativlər və onların mədəni platformalarda təzahürü əlavə suallar doğurdu. Məhz bu səbəbdən mövzunu daha dərindən araşdırmaq zərurəti yarandı. Təqdim olunan bu yazı da həmin ehtiyacdan irəli gəlir.

Bir daha qeyd edək: ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu səhnədə mafiya başçısı qızının toy məclisində çıxış edərkən açıq şəkildə belə deyir:

“I am proud to announce that I will be sending my son Tarik to join the Armenian military, to help reclaim our land from Azerbaijan. I am sure he will make us all proud”.

Tərcüməsi isə aydındır: oğlunu Ermənistan ordusuna göndərəcəyini və Azərbaycanın əlində olan torpaqları “geri almağa” kömək edəcəyini bildirir.

Maraqlıdır ki, Tarik atasının bu bəyanatından heyrətlənir. Sanki özü belə bir qərardan xəbərsizdir və bu çıxış onun üçün də gözlənilməz olur.

Üstəlik, serialda Arman Morales obrazının cinayət yolu ilə qazandığı pulları Ermənistan ordusuna yönəltməsi kimi xətt də təqdim olunur. Bu isə narrativi daha da sərtləşdirir. Başqa sözlə, kriminal fəaliyyət nəticəsində əldə olunan vəsaitlərin hərbi məqsədlərə yönəldilməsi ideyası açıq şəkildə romantikləşdirilir.

“The Cleaning Lady” — Miranda Kvok tərəfindən hazırlanmış və 2017-ci ildə Argentinanın “La chica que limpia” serialı əsasında çəkilmiş Amerika kriminal dramıdır. Serialın premyerası 3 yanvar 2022-ci ildə Fox kanalında baş tutub. Bu dövr regionda hərbi-siyasi reallıqların dəyişdiyi mərhələyə təsadüf edirdi. Bu kontekstdə serialda səslənən mesajların təsadüfi olmadığı qənaəti güclənir. O vaxt keçmiş Dağlıq Qarabağın ətrafındakı beş rayon Azərbaycan Ordusu tərəfindən geri qaytarılmışdı. Belə çıxır ki, bu filmdə söhbət həmin beş rayondan gedir. Çünki o vaxt ermənilər hələ Qarabağda yaşayırdı.

Aydındır ki, “The Cleaning Lady” serialındakı səhnə təsadüfi deyil. Bu, illərlə formalaşmış ideoloji və emosional xəttin ekrandakı əksidir. Kino burada sadəcə əyləncə vasitəsi deyil. O, yaddaşı formalaşdırır, mövqeləri möhkəmləndirir və bəzən reallıqdan daha güclü təsir göstərir. Özü də bu xətti təkcə “The Cleaning Lady”də yox, digər filmlərdə də görmək mümkündür.

Məsələn, “Gates of Heaven”də (2016) Qarabağ ermənilərin “müdafiə etdiyi torpaq” kimi təqdim olunur, “The Last Inhabitant”də (2016) ermənilərin faciəsi ön plana çıxarılır, “Spitak” (2018) filmində zəlzələ fonunda milli travma ilə yanaşı siyasi yaddaş da gücləndirilir, “Songs of Solomon”da (2020) tarixi və dini motivlər üzərindən milli kimlik və iddia narrativi qurulur.

Bu filmlərdə açıq şəkildə siyasi şüar səslənməsə də, ümumi fon dəyişmir: Qarabağ erməni yaddaşına “öz torpağı” kimi təqdim olunur.

Kino həm də düşüncə formalaşdırır. Xüsusilə münaqişə bölgələrində kino çox vaxt siyasi və ideoloji funksiyanı da öz üzərinə götürür.

Erməni kino mühitində Qarabağ mövzusu uzun illərdir müəyyən çərçivədən yaddaşlara ötürülür: Qarabağ “itirilmiş vətən”, “ədalətsiz müharibə”, “geri qaytarılmalı torpaqlar” kimi tamaşaçıya təqdim olunur.

Bu narrativlər təsadüfi deyil. Onlar milli kimliyin və siyasi baxışların formalaşdırılmasında istifadə olunur.

Bu ideoloji xəttin əsas daşıyıcısı isə diaspor mühitidir.

Erməni İnqilabi Federasiyası - Daşnaksütyun kimi tanınan siyasi xətt uzun illərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını, “geri almaq” ideyasını, milli travma üzərindən siyasət qurmağı təbliğ edir.

Diaspor bu ideologiyanı media vasitəsilə, mədəni layihələrlə, kino və seriallarla qoruyur və yayır.

Problem ondadır ki, bu ideologiya reallıqla toqquşur. Bu gün Ermənistanın rəsmi hakimiyyəti, baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Qarabağ məsələsinin bağlandığını qəbul edir, Azərbaycanla sülhə çalışır və yeni müharibənin qarşısını almağa yönəlmiş siyasət aparır. Türkiyə ilə sərhədlərin açılması istiqamətində davamlı iş görür. Yəni Ermənistan dövləti artıq revanşizmdən imtina edir. Amma diaspor hələ də keçmişlə yaşayır.

Tarix göstərir ki, münaqişələr çox vaxt silahla yox, əvvəlcə ideologiya ilə başlayır. Əgər kino, media və mədəniyyət revanşist düşüncəni normallaşdırırsa, “geri almaq” ideyasını romantikləşdirirsə, bu, gələcək üçün təhlükəli zəmin yaradır.

Reallıq dəyişib.

Sərhədlər dəyişib.

Siyasi xətt dəyişib.

Amma bəzi dairələrdə düşüncə dəyişməyib. Və problem də məhz bundadır.

Eyni xətt Türkiyədən “tarixi torpaqların geri alınması”, Ağrı dağı - Ararat simvolunun siyasi anlamda təqdim olunması və “Böyük Ermənistan” ideyasının mədəni formada yaşadılması kimi məsələlərdə də özünü aydın şəkildə göstərir. Digər əsas xətt isə 1915 hadisələrinin təqdimatı ilə bağlıdır. Bu mövzuda çəkilən filmlərdə hadisələr tək tərəfli təqdim olunur, siyasi kontekst arxa plana keçir, emosional təsir ön plana çıxarılır. Bu filmlər yalnız tarix danışmır, onlar müasir siyasi mövqe formalaşdırır.

Burada bir reallıq da var: bu tip layihələr üçün maliyyə tapmaq, tutaq ki, 5-10 milyon ortaya qoymaq erməni diasporu üçün heç vaxt problem olmayıb. ABŞ-da güclü diaspor şəbəkəsi, mədəni fondlar və geniş lobbi imkanları bu kimi narrativlərin kino və media vasitəsilə davamlı şəkildə gündəmdə saxlanmasına şərait yaradır.

Ortada iki fərqli dünya var: rəsmi İrəvan praqmatik siyasət yürüdür, diaspora isə emosional və revanşist yanaşma sərgiləyir.

Bu proseslərin fonunda Ermənistanı yaxın perspektivdə daha bir ciddi sınaq gözləyir — mümkün seçkilər.

Bu seçkilər sadəcə hakimiyyət uğrunda mübarizə olmayacaq. Bu, faktiki olaraq iki fərqli yolun qarşıdurması kimi tarixə keçəcək: bir tərəfdə reallığı qəbul edən, sülhə yönələn xətt, digər tərəfdə isə keçmiş iddialarla yaşayan revanşist düşüncə.

Sual isə çox sadədir, amma cavabı region üçün həyati əhəmiyyət daşıyır: Ermənistan hansı yolu seçəcək? Əgər praqmatik xətt qalib gələrsə, regionda sabitlik şansı artacaq, münaqişə səhifəsi bağlanacaq. Əgər revanşist qüvvələr güclənərsə, kino və diaspor mühitində səslənən şüarlar real siyasətə çevrilə bilər.

Məhz buna görə Ermənistan daxilində hansı xəttin qalib gələcəyi təkcə bu ölkə üçün yox, bütün region üçün son dərəcə önəmlidir.

Oxunub: 470
Paylaş:
Digər xəbərlər

siyaset

31-05-2024, 15:30

Rusiya Güney Qafqazda erməni kilsəsinin əli ilə qalmaq istəyir... - Zatulin deyir ki...

gundem / dunya

25-12-2018, 12:28

Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı

gundem / cemiyyet

3-09-2018, 12:39

Küçədə boru partladı, “Azərsu” işçilərinin reaksiyası qəzəb doğurdu – “Vaxtımız olsa…”

gundem / medeniyyet

6-05-2018, 12:43

Azərbaycanlı diaspor sədri: Öz həyat yoldaşım da ermənidir

gundem / medeniyyet

1-05-2018, 12:14

Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toy Moskvada olub – FOTO

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Bu gün, 08:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dünən, 14:22
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Dünən, 13:11
Onlar belə maaş alacaqlar
Dünən, 11:36
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Dünən, 11:21
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Dünən, 11:13
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 08:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Bu gün, 08:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Bu gün, 08:37
    Tesla xidmətə cəlb olundu
  • Bu gün, 08:33
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Bu gün, 08:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Bu gün, 08:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Bu gün, 08:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dünən, 20:17
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dünən, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dünən, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dünən, 15:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dünən, 15:23
    Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
  • Dünən, 14:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dünən, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dünən, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dünən, 12:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 11:36
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dünən, 11:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dünən, 11:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dünən, 11:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dünən, 10:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dünən, 10:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dünən, 10:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dünən, 10:07
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dünən, 09:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dünən, 09:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dünən, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • Dünən, 08:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dünən, 08:48
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dünən, 08:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dünən, 08:35
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dünən, 08:28
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • 4-06-2026, 14:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
1-06-2026, 07:03
Cgg
2-06-2026, 16:00
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
3-06-2026, 16:00
Sabah 31 dərəcə isti olacaq
1-06-2026, 20:47
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
30-05-2026, 10:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə