• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Əli Əsədovun biznes və tikinti imperiyası...

siyaset

17-04-2026, 18:10

Əli Əsədovun biznes və tikinti imperiyası...


Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.

Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət “JEK müdiri”, yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.





Elə “Manqal” restoranının yanındakı “Beer Hall” da “Manqal”dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.




Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər “Manqal” restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir.


Bibiheybətdə, məscidin arxasındakı küçədə yerləşən “Narşərab” restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, hotel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin Baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir.


Eyni zamanda, “Narşərab” restoranının yanında “Sapphire” hotelinin, Bayılda, “Manqal” restoranı ilə bir sırada olan “Ocaqbaşı” restoranının da Baş nazirə məxsus olduğu deyilir.


Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əməkhaqqısı, təbii ki, yetməz.

Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:

1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası;

2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası;
3. Yasamal rayonunda sifarişçisi “Alyans Devolopment” MTK olan yaşayış binası;

4. Səbail rayonunda sifarişçisi “Rahat Həyat” MTK olan yaşayış binası;

5. Sabunçu rayonunda sifarişçisi “Çay Çəkici” ASC olan yaşayış kompleksi;

6. Qaradağ rayonunda Renta-servis;

7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.

Bəzi hallarda belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir.İctimaiyyət belə siyahılara bir növ alışıqdır, bundan əvvəl də bir çox məmurların qeyri-qanuni yollarla topladığı sərvət barədə kifayət qədər məlumat verilib. Əsəsən bu xəbərlər həmin məmurlar vəzifələrindən kənarlaşdırıldıqdan sonra ictimailəşdirilib. Ancaq Baş nazir ölkədə ən önəmli postlardan biridir, ən azından bu vəzifənin ardınca heç bir pis iz buraxmayan Artur Rasi-zadə nümunəsi var. Hansı ki, 2025-ci il fevralın 26-da Prezident tərəfindən “İstiqlal” ordeni ilə təltif edildi. Bəli, sabiq Baş nazirin ardınca onun da sərvətinin siyahısı dərc oluna bilərdi, amma olmadı. Yəqin ki, deyiləsi söz, göstəriləsi fakt yoxdur.
Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun “sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.

Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüat bəlli olduğuna görə məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxardığını söyləmək çətindir.
Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.

Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamamı araşdırıldıqdan sonra daha geniş material veriləcək.

Ardı var...

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

12-11-2025, 14:00

İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ - “Dərhal mənə məlumat verin”

siyaset

30-10-2025, 13:30

“Bəzən məmurların xəyanət yoluna düşdüyünü də görürük”

gundem / hadise

16-03-2019, 18:07

Azərbaycanda məmur vəfat etdi

gundem / Maraqlı

20-12-2018, 12:59

“Facebook”dan şəxsən özü istifadə edən məmur və nazirlər – SİYAHI

gundem / cemiyyet

16-10-2018, 13:25

Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

Şou Biznes
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Cəmiyyət
Bu gün, 08:44
Quzu əti niyə fərqli qiymətlərə satılır?
Dünən, 16:00
KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
Dünən, 12:31
Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
15-07-2026, 11:52
Qarabağ Universitetində YENİLİK
15-07-2026, 10:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
15-07-2026, 09:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Bu gün, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Bu gün, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Bu gün, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • Dünən, 16:00
    KOLBASA həvəskarları oxusun! – QİDA mütəxəssisindən SOS
  • Dünən, 15:30
    Məşhur şəhərdə su tükənir: Yeni qadağalar qüvvəyə mindi
  • Dünən, 14:22
    Qaqauziya Türkiyədən dəstək istədi
  • Dünən, 13:33
    Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
  • Dünən, 12:47
    Kiyevdə tarixi RAZILAŞMA: Türkiyə Ukrayna üçün o kritik missiyanı öz üzərinə götürdü
  • Dünən, 12:31
    Deputatdan AÇIQLAMA - "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var"
  • Dünən, 12:05
    "Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
  • Dünən, 12:02
    İrəvan Zəngəzur dəhlizi ilə bağlı sazişi təsdiqlədi
  • Dünən, 11:57
    Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
  • Dünən, 11:51
    Fələstinin Baş naziri Bakıda Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:24
    Azərbaycanda 37 fələstinli tələbə təhsil alır
  • Dünən, 11:20
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
  • Dünən, 11:14
    İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO
  • Dünən, 09:18
    Neft bazarında SON DURUM – Qiymətlər belə dəyişdi
  • Dünən, 09:09
    Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
  • Dünən, 09:00
    Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salındı
  • Dünən, 09:00
    DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub
  • Dünən, 08:56
    Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
  • Dünən, 08:53
    Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir
  • Dünən, 08:45
    NBC News: İranla müharibə ABŞ-yə 100 milyard dollara başa gələ bilər
  • Dünən, 08:42
    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşdü
  • 15-07-2026, 16:00
    Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
  • 15-07-2026, 15:30
    Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
  • 15-07-2026, 13:12
    İran itkilərinin sayını açıqladı
  • 15-07-2026, 13:08
    Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
  • 15-07-2026, 13:02
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 12:59
    Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
  • 15-07-2026, 11:52
    Qarabağ Universitetində YENİLİK
  • 15-07-2026, 11:46
    Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
  • 15-07-2026, 10:26
    Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
  • 15-07-2026, 10:21
    İlham Əliyev Ərdoğana başsağlığı verdi
Daha çox
11-07-2026, 22:02
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə