• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyan Rusiyaya qarşı “sensasion plan”ın icrasına başlayıb: İrəvan niyə məhz indi Bakıdan təhlükəsizlik təminatı gözləyir

dunya

7-04-2026, 16:00



Ermənistan üçün Cənubi Qafqaz regionu daxilində, xüsusilə də, Azərbaycanla münasibətlərin normallaşdırılması üzərindən yeni təhlükəsizlik modeli qurmağa çalışmaq kimi, üçüncü və daha perspektivli seçim variantı da qətiyyən istisna deyil... Ona görə də, rəsmi İrəvan hazırda olduqca taleyüklü geopolitik seçimi qarşısında qalmış kimi görünür və bu istiqamətdə atılacaq prinsipial addımlar isə yalnız Ermənistanın deyil, hətta bütövlükdə Cənubi Qafqazın gələcək güc balansını formalaşdıracaq əsas faktorların sırasına daxil ola bilər...
Ermənistanda sürətlə yaxınlaşan parlament seçkiləri ətrafında baş verənlər yalnız ölkədaxili siyasi mübarizə ilə məhdudlaşmır. Eyni zamanda, bu, Cənubi Qafqazda geopolitik balansın gələcək istiqamətini müəyyən edə biləcək mühüm “dönüş nöqtəsi”nə də çevrilə bilər. Hər halda, Kremldən verilən son açıqlamalar onu göstərir ki, bu proses Rusiya tərəfindən diqqətlə izlənilir və hətta müəyyən mənada, yönləndirilməyə də çalışılır.

Nə qədər qəribə də olsa, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistan rəhbərliyinin seçkilər kontekstində planlarını “aydınlaşdırmaq” istəyində özünü haqqlı hesab edir. Halbuki, Kreml təmsilçisinin bu bəyanatı siyasi-diplomatik çərçivədən kənara çıxaraq, Rusiyanın Ermənistanın daxili siyasi kursunu məhz öz milli maraqları prizmasından qiymətləndirdiyini açıq şəkildə biruzə verir. Belə ki, Dmitri Peskovun vurğuladığı “dərin tarixi köklər” və Rusiyada yaşayan milyonlarla üzvü olan erməni diasporu arqumenti isə Kremlin bu marağını legitimləşdirməyə yönəlmiş siyasi ritorikadan başqa bir şey deyil.

Düzdür, eyni mövzu ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan tərəfinin Kremlin narahatlıqlarını “anladığını” bəyan edib. Ancaq bu ifadə daha çox siyasi-diplomatik balansın nisbətən qorunmasına xidmət edir və iki ölkə arasında real strateji razılaşmanın mövcudluğunu təsdiqləmir. Əksinə, tərəflər arasında etimad böhranının hələ də eynilə davam etdiyini açıq şəkildə biruzə verən kifayət qədər ciddi əlamətlər də müşahidə olunur.

Onu da qeyd etmək lazımdır ki, bu prosesə paralel olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi, Rusiyanın patronajlığı altında olan strukturların gələcək taleyi də hazırda ciddi suallar altına düşüb. Hər halda, Ermənistan parlamentinin spikeri Alen Simonyan açıq şəkildə bəyan edib ki, əgər, Rusiya enerji resurslarının qiymətlərini artırarsa, rəsmi İrəvan həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından çıxa bilər. Və bu açıqlama onu göstərir ki, enerji fakroru artıq sadəcə, iqtisadi məsələ deyil, həm siyasi təzyiq, həm də qarşılıqlı şərtləndirmə alətinə çevrilməyə başlayıb.

Digər tərəfdən, Ermənistanın müttəfiqləri sırasına daxil olan Belarusun prezidenti Aleksandr Lukaşenko KTMT çərçivəsində rəsmi İrəvanla münasibətlərdə “daha ehtiyatlı və korrekt davranmağın” vacibliyini vurğulayıb. Belarus prezidentinin bu “həssas yanaşma”sı KTMT daxilində Ermənistanın itirilməsi riskinin artıq real təhlükə kimi qəbul edildiyini açıq-aşkar göstərmiş olur. Və bu baxımdan, KTMT-nın gələcək taleyində Ermənistanın atacağı addımların həlledici təsirinin ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Ermənistanın təhlükəsizlik konsepsiyasında artıq daha radikal dəyişikliklərə üstünlük verildiyi müşahidə olunur. Belə ki, parlamentin spikeri Alen Simonyanın səsləndirdiyi Ermənistan və Azərbaycanın bir-birinin təhlükəsizlik zəmanətçisi olması barədə gözlənilməz tezis Cənubi Qafqaz regionunda uzun illərdən bəri mövcud olmuş təhlükəsizlik modelinin artıq faktiki olaraq, dəyişməkdə olduğunu açıq şəkildə göstərir. Və bu yanaşma tərzi, xüsusilə də, İkinci Qarabağ müharibəsindən sonra formalaşan reallıqlara paralel olaraq, qarşılıqlı nəzarət prinsipinə əsaslanan yeni regional geopolitik balansın konturlarını cızır.

Digər tərəfdən, Alen Simonyan eyni zamanda, onu da vurğulayıb ki, müəyyən xarici qüvvələr Ermənistan və Azərbaycanı yenidən müharibəyə sürükləməyə çalışırlar. Ancaq erməni spiker bu iddiasını konkret hər hansı dövləti ünvan göstərmədən dilə gətirib. Bu isə Cənubi Qafqaz regionunda hətta bəzi hallarda qarşıdurma keyfiyyəti qazanan geopolitik rəqabətin istiqamətlərinin, həm çoxşaxəli və həm də hələlik qeyri-müəyyən xarakter daşıdığını növbəti dəfə təsdiqləyir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti üçün ölkədaxili siyasi müstəvidə isə mövcud vəziyyət daha da gərgin və mürəkkəb məzmun daşıyır. Belə ki, müxalif düşərgənin aparıcı təmsilçiləri qarşıdan gələn növbəti parlament seçkilərini Ermənistan üçün hətta “dövlətçiliyin qorunma məsələsi” kimi qiymətləndirməyə çalışırlar və bu ölkənin tədricən Azərbaycan və Türkiyənin təsiri altına düşdüyünü iddia edirlər. Rusiyanın agentura şəbəkəsinə daxil olan erməni müxalifəti iddia edir ki, baş nazir Nikol Paşinyan tərəfindən yürüdülən Qərbyönümlü xarici siyasət həm Rusiyanın təzyiqlərini artırır, həm də Ermənistanı iqtisadi və logistik baxımdan, təcrid olunma riski ilə üz-üzə qoyur.

Eyni zamanda, Kremlin təlimatları ilə fəaliyyət göstərən erməni müxalifəti ABŞ-ın Cənubi Qafqaz regionunda Rusiya əleyhinə geopolitik blok formalaşdırmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu da iddia edirlər. Bu radikal-revanşist düşərgədə hesab edirlər ki, Rusiyanın geopolitik və geoiqtisadi maraqlarına qarşı yönəlmiş TRIPP kimi layihələrin gözlənilən formatda reallaşması qətiyyən mümkün olmayacaq. Və bu isə növbəti parlament seçkilərinin nəticəsində hakimiyyət dəyişərsə, onda Ermənistanın geoiqtisadi perspektivlərinin də qeyri-müəyyən xarakter ala biləcəyini göstərir.

Ona görə də, bütün bu faktorlara paralel olaraq, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin sadəcə, hakimiyyət uğrunda siyasi mübarizə prosesi olmadığı qənaətinə də gəlmək olar. Belə ki, bu seçkilərin yekun nəticələri həm də Ermənistanın gələcək geopolitik kursunun yenidən müəyyənləşdirilməsi baxımından, həlledici mərhələnin başlanmasına yol aça bilər. Və ona görə də, parlament seçkilərindən sonra Ermənistanın ya Rusiya ilə ənənəvi “ittifaq modeli”nə qayıdacağını, ya Qərbə yaxınlaşma siyasətini intensivləşdirəcəyini ehtimal etmək mümkündür.

Halbuki, Ermənistan üçün Cənubi Qafqaz regionu daxilində, xüsusilə də, Azərbaycanla münasibətlərin normallaşdırılması üzərindən yeni təhlükəsizlik modeli qurmağa çalışmaq kimi, üçüncü və daha perspektivli seçim variantı da qətiyyən istisna deyil. Ona görə də, “sensasion plan” üzrə hərəkət edən rəsmi İrəvan hazırda olduqca taleyüklü geopolitik seçim qarşısında qalmış kimi görünür. Və bu seçim isə yalnız Ermənistanın deyil, hətta bütövlükdə Cənubi Qafqazın gələcək güc balansını formalaşdıracaq əsas faktorların sırasına daxil ola bilər.musavat.com

Oxunub: 920
Paylaş:
Digər xəbərlər

dunya

20-02-2026, 09:00

Paşinyan erməni toplumunun “rus gözü”nü bağlayır: Ermənistan Rusiya üçün “geopolitik bataqlığa” çevrilir

siyaset

16-02-2026, 09:16

İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır

siyaset

12-09-2025, 08:36

İrəvandan Bakıya SENSASİON MESAJLAR verildi: Azərbaycan-Türkiyə-Ermənistan üçbucağı ilə bağlı ehtimal Rusiyanı hərəkətə keçirdi

siyaset

1-02-2025, 09:00

Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəhlizinin önü açılır

siyaset

22-10-2024, 09:00

İrəvan yeni savaşın vaxtını təyin edib: ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Cəmiyyət
Bu gün, 15:30
İyunda 10 gün iş olmayacaq
Bu gün, 09:49
DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
Bu gün, 09:26
Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
Bu gün, 09:00
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 09:00
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
Bu gün, 08:37
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 15:30
    İyunda 10 gün iş olmayacaq
  • Bu gün, 14:30
    Çindən dünyanı şoka salan möcüzə: İki ilə tikilən nəhəng stansiya kosmik mərkəzə bənzəyir
  • Bu gün, 14:22
    İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı
  • Bu gün, 09:49
    DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
  • Bu gün, 09:26
    Şəhid övladlarının iştirakı ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib
  • Bu gün, 09:15
    ABŞ İrana zərbələr endirdi, SEPAH isə “cavabsız qoymayacağıq” dedi
  • Bu gün, 09:06
    İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir
  • Bu gün, 09:00
    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • Bu gün, 09:00
    Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO
  • Bu gün, 08:55
    Su axtarırdı, neft tapdı: fermer sərvət əvəzinə böyük problemlərlə üzləşdi
  • Bu gün, 08:37
    Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 08:28
    İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
  • Bu gün, 08:16
    Bələdiyyə sədri və onlarla insan saxlanılıb
  • Bu gün, 08:11
    BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
  • Bu gün, 08:07
    Sabah 28 dərəcə isti olacaq
  • Bu gün, 07:23
    Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
  • Bu gün, 07:03
    Cgg
  • Bu gün, 06:58
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və buğda göndəriləcək
  • Bu gün, 06:53
    Pezeşkianın istefa xəbərinə CAVAB
  • Bu gün, 06:46
    İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir
  • Bu gün, 06:26
    İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
  • 30-05-2026, 12:11
    Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
  • 30-05-2026, 10:29
    Prezident xorvatiyalı həmkarını təbrik etdi
  • 30-05-2026, 10:13
    Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
  • 30-05-2026, 10:08
    Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
  • 30-05-2026, 10:04
    Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
  • 30-05-2026, 09:03
    1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
  • 30-05-2026, 08:54
    Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
  • 30-05-2026, 08:23
    Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
  • 30-05-2026, 08:14
    Bu gün ÇL-nin qalibi bilinəcək
  • 30-05-2026, 08:08
    Ərdoğan Ayasofyada Quran oxudu - Video
  • 30-05-2026, 08:03
    Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
  • 29-05-2026, 22:07
    Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
  • 28-05-2026, 14:00
    İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
  • 28-05-2026, 13:14
    Prezident Şuşadadır
Daha çox
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
27-05-2026, 09:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
26-05-2026, 18:02
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
28-05-2026, 14:00
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
29-05-2026, 22:07
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
25-05-2026, 19:36
Prezident: Azərbaycan ət, süd, quş əti ilə 100 % özünü təmin etməlidir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə