Kərim Tahirov yola salınır – 75 yaşlı direktor yorulub
cemiyyet
19-02-2026, 14:20
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun vəzifəsi ilə vidalaşır. Bu barədə Patriot.az-a daxil olan məlumata görə 75 yaşlı direktor özünü yorğun hiss edir və artıq yerini gənclərə ötürmək qərarına gəlib.
Bildirək ki, 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsini tutan Kərim Tahirov yaradıcılıq sahəsində tanınmış şəxslərdəndi.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası mətbuatda tez-tez yüksək miqdarlı tenderləri ilə hədəfə gələn qurumlardan biridir. Məlumata görə kitabxananın bəzi tenderləri sadəcə pul silinməsi üçün keçirilir.