• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları!

gundem / cemiyyet

22-10-2025, 10:28



Haqqında danışacağımız şəxs “urada mən Bağdadda kor xəlifə” misalı ilə özünü göylərə qaldırıb yerə enməyən və apardığı qeyri-adi və qəribə idarəçiliklə on minlərlə insanın diqqətini cəlb edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Məhəmməd Musayevdir...


Keçən dəfəki yazımızda Musayevin bu gücü kimdən aldığıni bildiyimiz halda ad çəkmək istəmədik. Düşünürdük ki, rəhbərlik bu barədə ciddi tədbir görəcək və bütün bu özbaşınalıqların qarşısı alınacaq. Amma nədənsə ümid etdiyimiz kimi heç nə olmadı. Əksinə, Musayev daha da şiddətlənərək “mənə kimsə nə isə edə bilməz” deyimi ilə rəhbərliyin ondan qorxub çəkindiyini getdiyi hər yerdə təkrar etməyə başladı.

Yazılanların doğru olduğu artıq demək olar ki, öz təsdiqini tapır. Çünki redaksiyamıza xeyli sayda şikayətlər gəlir və gəlməyə də davam edir. Verilən məlumatlara görə, haqqında yazılanların yüz minlərlə izləyici tərəfindən oxunmasına baxmayaraq, yenə də 7 saylı idarədə loru dildə desək köhnə “hamam, köhnə daş” idarəçiliyi davam edir. Çünki heç bir yazılı və şifahi töhmət almayan bu şəxs bütün bunlardan qürurlanmış olmalı ki, yenə də “heç kim mənə heç nə edə bilməz” sözləri ilə özünü göylərlə aparır.

İndi keçək şikayətlərə; ən sonda isə Musayevin bu gücü hardan aldığına toxunacağıq.

İdarəyə yaxın mənbələrdən aldığımız məlumatlara görə, yazılan xəbərlərdən xəbərdar olan kimi Karl Marks adlı ərazidəki idarəyə məxsus yeraltı anbarı bağlayıb təcili iclas elan edib və iclasdan əvvəl yaxın adamı Nazir Nəhmətov iclasda iştirak edəcək hər kəsin telefonlarını alaraq, üstlərini yoxlayaraq iclasa elə buraxıb. İclas vaxtı belə qürurundan əl çəkməyən Musayev təbii ki, özünü doğru çıxararaq yazılanların yalan olduğunu desə də sonradan özü-özünü yalançı çıxarıb. Necə? İçəridə olanları hədələyərək, “bu məlumatları sizdən içinizdən biri ya da biriləri verib, çünki bu yazılanlar barədə sizlərdən başqa kimsə bilmirdi” deyib.

Bəs indi ortaya bir sual çıxır: yazılanların yalan olduğunu dediyi halda, öz sözləri hara doğru olur?

İclas vaxtı yenə də qürurlanmaqdan əl çəkməyən Musayev hər zaman olduğu kimi rəhbərlikdə olanlar haqqında xoşagəlməz ifadələr işlədərək AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflı barədə xoşagəlməz ifadələr işlətdi. İclasda olan işçilərə deyib ki, “Anar Nəcəfliyə zəng edib möhkəm danladım və dedim ki, sən hara baxırsan? Mənim barədə yazılar yazıblar, tez onları sildir.” Anar Nəcəflidə baş üstə deyib, məndən üzrxahlıq edib telefonu söndürdü.

Bu necə ola bilər ki, adi bir idarə rəisi Agentliyin mətbuat xidmətinin rəhbərinin üstünə qışqırsın və ağzına gələni desin? Çox maraqlıdır.

Məsələ bununla da bitmir. Hətta keçidlərdə olan problemlərə görə özünü Bakı şəhər icra hakimiyyətini və onun başçısı Eldar Əzizovu günahkar elan edib.

Deyilənə görə, keçidlərin işıqlandırılmasına Bakı şəhər icra hakimiyyəti baxır. Dedikləri bununla da bitməyib və deyib ki, “kaş mən Bakının icra başçısı olardım, o zaman görərdiniz Bakımızı necə gözəlləşdirərdim.” Hələ bütün bunlar azmış kimi il sonuna qədər AAYDA-ya idarə sədri olacağını da bildirib.

İşlədiyi 2 il ərzində 7 saylı idarəni bərbad hala salan, yalnız öz şəxsi mənafeyini güdürək, bununla dövlətdən yüz minlərlə zərər vuran biri hələ icra başçısı, idarə sədri olmaq istəyir. Həmişə özündə qüsur görməyib, başqalarına şər yaxmaqla, şantajla bütün AAYDA-da tanınan bu şəxsi niyə heç kəs cəzalandırıb şiddətli töhmətlə işdən azad edib cinayət məsuliyyətinə cəlb etmir? Maraqlıdır…

Hələki redaksiyamıza edilən şikayətlərə davam edək. Ən sonda yazacaqlarımızdan sonra çox güman ki, Qalib, Qüdrətli Azərbaycan dövləti onun vətəndaşlarına yuxarıdan aşağı baxan, onları incidən, bezdirərək işdən çıxmalarına zəmin yaradan, işə ehtiyacı olduğu halda şantaj edərək işdən çıxmalarını istəyən, “gedin, bir az da dövlət sizə baxsın” deyərək öz pis niyyətlərini gizlətməyən, öz vəzifəsindən həya­sızcasına sui-istifadə edərək harınlayan və buna verilən vəzifədən sui-istifadə edən idarə direktoru Məhəmməd Musayev və yüzlərlə işçini incidən xidmət rəisi Nazir Nəhmətov barədə tədbir görəcəkdir. Biz buna inanırıq.

Çünki onların hərəkətləri heç də Ata Abdullayevin hərəkətlərindən geri qalmır; əksinə, 10 qat üstünədirlar, çünki dedikləri sözlə əməlləri düz gəlmir. İşçilər problemləri dilə gətirə bilmirlər. Çünki dərhal mövzunu dəyişib Ulu Öndərdən, ölkə başçısından danışıblar və bununla işçiləri susdurmağa çalışırlar. Amma Məhəmməd Musayev sözlə desə də, öz əməlləri ilə dövlətə sədaqətli biri deyil. Çünki dövlətin bunlara ayırdığı idarədən öz müavinini, nəzarət şöbəsinin rəisini, baş mühəndisi və bir çox işçini uzaqlaşdıraraq idarədən uzaqda olan yeraltı anbara göndərmişdir. Necə ola bilər ki, idarənin əsas aparıcı kadrları idarədən uzaqlaşdırılsın və yeraltı anbara göndərilsin? Müavinin otağı özü üçün istirahət, digərin isə şəxsi mətbəxi edilib. Çünki özünü hamıdan üstün görür və şah hesab edir. Bütün bunlar dövlətə qarşı müxaliflikdən başqa bir şey deyildir. Deməli, Məhəmməd Musayev özünü dövlətə belə üstün biri hesab edir. Yeraltı, yerüstü keçidlərdəki xidmət otaqlarına ölkə başçısının şəkillərini belə asmağı işçilərə qadağan edib. Dilindən “qurban olum” sözü düşmür, amma əməldə fərqlidir. Hətta idarədə olan Ulu Öndərə məxsus bəzi köhnəlmiş şəkilləri belə gündə yüz dəfə görsə də yenilətmir. Məsələn, kadrlar şöbəsinin otağında divardan asılmış Ulu Öndərimizin şəkli solmuş haldadır. Amma Musayev pula qarşı həddən artıq meyilli bir insan olduğundan yalnız pul və özünü düşünür. İdarənin koridorunun divarında olan özünə məxsus şəkilləri isə hər gün təmizlətdirir.

Verilən məlumatlarda dəhşətli məqamlara da rast gəlmişik.

Belə ki, xidmət rəisi Nəhmətov Nazirin sən demə ali təhsili belə yox imiş və hal-hazırda qiyabi şəkildə Dağıstanda yerləşən ali məktəblərdən birində qiyabi təhsil alsa da heç bir zaman təhsil aldığı universitetdə dərslərdə iştirak etməyib. Əvvəl işlədiyi idarədə isə kamaz sürücüsü, maşın ustası kimi fəaliyyət göstərib və hal-hazırda Musayevin sehrli toxunuşu ilə təkcə xidmət rəisi kimi yox, demək olar ki, 7 saylı idarənin “vaziri” kimi idarəni özü idarə edir. Niyə olmasın? Məhəmməd Musayev özünü şah elan edəndən sonra buna bir vəzir lazımdı, yoxsa yox. Nəhmətov Nazirinin ən əsas işlərindən birincisi Musayevin celladlığını etməkdir. İdarədə işləyən zavallı xadimələrə hər zaman yuxarıdan aşağı baxır, yeri gələndə səbəbsiz yerə ağır şəkildə danlayır. Amma nə çarə ki, yazıq xadimələr dərdlərini kiməsə deyə bilmir, nə isə çarə tapa bilirlər. Çünki dillənən kimi izahatları alınıb və ay sonu maaşlarından 30 manat kəsilir. Bəli, 30 manat. Bütün işçilərə tapşırılıb ki, “Məhəmməd müəllim nə zaman sizin əraziyə gəlsə, nə problem var desə, çox sağ ol deyib dua edin və deyin ki, siz gələndən sonra heç bir problemimiz qalmayıb.” Halbuki işçilər son dərəcə narazıdırlar. Verilən məlumat və faktlardan biri də Nazir Nəhmətov adlı şəxsin yaxın ətrafının və dostlarının qatı müxalifət üzvləri olduğudur.

Redaksiyamıza daxil olan başqa bir məlumatda isə həmin idarədə əvvəllər anbardar işləyən şəxs bildirir ki, idarə rəisi Məhəmməd Musayev mənə anbarda olmayan mallar barədə sənədə imza atmağımı istədi, amma mən etirazımı bildirərək dedim ki, olmayan mallar barədə mən necə imza ata bilərəm — anbar boşdu və bunun mənim üçün ağır nəticələri olar, məsuliyyət daşıyıram, mən bunu edə bilmərəm. Belə olan halda mənə dedi ki, ya imzala, ya da səni tunelə çilingər fəhlə kimi göndərib işini dəyişdirəcəyəm. Mən də razı olmayaraq öz istəyimlə işdən çıxdım. Çünki məndən əvvəl bir neçə şəxsi şər ataraq “benzin oğurlayırsız” deyə işdən çıxarmışdı. Halbuki benzini özü satırdı. Anbardarın dediyinə görə, əvvəllər işlədiyi 18 saylı idarədən gələrkən işlənmiş yüzlərlə təkəri gətirib anbara yığmışdı və yeni təkər adı ilə maşınlara vurdurmuşdu. Halbuki baş idarədən texnikalar üçün yeni təkərlər alınsın deyə 7 saylı idarəyə pul ayrılsa da həmin pulları Məhəmməd Musayev öz şəxsi məqsədləri üçün mənimsəmişdir.

Ən biabırçı hadisələrdən biri də Məhəmməd Musayevin 18 saylı idarədən ayrılarkən öz otağında olan bütün stul, stol və başqa mebelləri özü ilə evinə aparmasıdır. 18 saylı idarənin yeni təyin olunan direktoru otağına girən zaman otağın bomboş olduğunu görüb elə zənn edib ki, idarəyə oğru girib və tez polisdən xəbər vermişdir. Amma daha sonra eşitdiklərindən dəhşətə gəlib. Orada olan işçilər bildiriblər ki, əvvəlki direktor gedərkən stul və stolları da özü ilə aparıb. Baş idarəyə zəng edib olanları bildirən yeni direktor məcbur bir neçə gün otağında otura bilməyib. Baş idarədən Musayevə zəng edib “niyə belə etdin?” soruşduqda isə o, “onları mən özüm almışdım və gedərkən apardım” demişdir. Bu biabırçılıqdan başqa bir şey deyil.

Ən aktual məsələlərdən biri də 2 il ərzində işçilərin hər ay fərqli məbləğdə maaş almasıdır.

Çünki heç bir işçi standart maaş almır; hər ay fərqli formada maaş alırlar. Ən çox kəsinti isə pensiya yaşını keçmiş, müqavilə ilə işləyən işçilərdə olur. Onların hər ay 50–110 manat arası maaşlarında kəsintilər olur. Dildəndiyi kimi müqavilələrinə vaxtından əvvəl xitam veriləcəkləri ilə şantaj edirlər. Kəsilən pullar isə başqa kartlara mükafat kimi yazıldığı bildirilir.

Şikayətlər tək idarə ilə bitmir. Vətəndaşlardan da xeyli sayda redaksiyamıza şikayətlər daxil olub. Vətəndaşların bildirdiyinə görə onsuz da işləməyən eskalatorlardan bezməklə yanaşı, keçidlərə qoyulan səsgücləndiricilərin səsindən əsasən Sahil metrosunun yanında yerləşən yeraltı keçidə girmək olmur. Yüksək səslə çalınan musiqilər insanlarda ciddi narahatlıq yaradır. Kimlərsə pul qazanır deyə vətəndaşlar niyə narahat olmalı, əziyyət çəkməlidir? Vətəndaşlar bildirir ki, gül satanların əlindən keçiddən keçənlər yoldaşı, nişanlısı ilə keçə bilmir. Məhəmməd Musayev keçidlərdə belə öz adamları vasitəsilə insanların pulunu mənimsəməkdən doymur. 2 manata olan gülü Musayevin adamları zorla, məcburən insanları bezdirərək, həya­sızlıqla 10–15 manata satır. Ailəsində problem olmasın deyə insanların çoxu əsasən yanında xanım olan bəylər məcburi, solğun, dəyərsiz güllərə 10–15 manat verməli olurlar. İnsanların rahatlığı üçün tikilən bu keçidlər indi Musayevin sayəsində insanların əsəbini pozan, cibinə girən, bir yerə ticarət obyekti çevrilib. Ümid edirik ki, bütün bu qanunauyğunluqlar aradan qaldırılacaqdır.

Keçidlərdə olan xidmət otaqları belə yarıya bölünərək başqa şəxslərə kirayə verilib. Bunlarla da gözü doymayan Musayev zavallı xadimələrin paltar dəyişmək otaqlarını belə kirayə verib, öz sərvətinə sərvət qatır — aylıq 1500 manat kira haqqı alır. Məsəl olaraq, “5 mərtəbəli” adlanan yeraltı keçiddə xadimələrin və nəzarətçilərin xidmət otağını başqa bir şəxsə kirayə verib. Biabırçılıqlar bununla da bitmir. Bir neçə ay əvvəl Məhəmməd Musayev özü şəxsən Atatürk 47 ünvanında yerləşən yerüstü keçidin qarşısında olan “Go Kafe” adlı obyektə gələrək obyekti rəhbərliyindən aylıq 300 manat tələb etmişdir. Bəli, 300 manat. Səbəb isə kafenin keçidə aid olmayan arxa hissədə bir neçə stol- masa olması imiş. Musayev demişdir: “Buradan mənim keçidim keçir, ya 300 manatı verin, ya stolları yığışdırın” deyərək kafedə səs-küy salıb problem yaratmışdır. İstədiyi vəzifəyə uyğun olmayan hərəkətlər sərgiləyərək kimdənsə aylıq pul tələb etmək idarəyə və idarəçiliyə qarşı böyük ləkədir — cinayətdir!

İlk yazıda Azneft dairəsində olan yeraltı keçiddə iki yanlı eskalatorun işləmir demişdik. Həmin gün gecə o eskalatorlar işə salındı. Həm də işçilərin 20 saatdan çox aç-susuz işləməsi hesabına.

Azərbaycan–Türkiyə qardaşlığının ilk simvollarından olan Nərimanov rayonu, Gənclik ərazisində yerləşən Mustafa Kamal Atatürkün adını daşıyan Atatürk parkında orta hissədə yerləşən yeraltı keçiddə işlək halda olan 2 saylı eskalatoru yerli, dibli sökərək Azneftə aparıb oradakı eskalatoru bərpa etdilər. İdarəçilikdən xəbəri olmayan birinin görə biləcəyi iş təbii ki bundan artıq ola bilməzdi. İşləməyən eskalatoru işlək eskalatorun detalları ilə təmir edib işləyişi yararsız hala salmaq təbii ki heç bir ali təhsili olmayan Nazir Nəhmətovun yüksək peşəkarsızlığının bariz nümunəsidir.

İndi isə Gənclik sakinləri əsasən parka gələn yaşlılar eskalatorun xarab olduğunu görüb öz haqlı narazılıqlarını bildirirlər.

Gənclik ərazisində olan 3 keçidə gecələr yalnız 1 nəzarətçinin baxdığını, bunun vətəndaşlar üçün problemlər yarada biləcəyini qeyd etmişdik. Çünki həmin keçidlərdə işlək vəziyyətdə olan eskalatorlar var və bir nəzarətçi üç keçidə birdən baxa bilməz, deyə bildirmişdik. Artıq gecə nəzarətçilərinin sayı birdən ikiyə çatdırılıb. Amma bütün bunlar problemlərin həlli demək deyil. 8 saat işləməli olan işçilər əsasən gecə nəzarətçiləri gündüz saat 17:00-dan səhər saat 08:00-dək on beş saat işləyirlər. Və bir həftə əvvəl gecə nəzarətçilərinə səhər ərazini xadimələrə təmiz şəkildə yeni keçidi süpürüb təhvil vermələri — əks halda maaşlarından kəsinti olacağı barədə Məhəmməd Musayev özü şəxsən tapşırıq verib. 15 saat oyaq qalan şəxətlər, bu azmış kimi bir də keçidi təmizləmək məcburiyyətində qalırlar.

Bu ölkənin vətəndaşına qarşı nə qədər düşmən mövqedə olasan ki, onların sağlamlığına belə zərər verməkdən çəkinməyəsən, əksinə zövq alasın?

Bəli, insanlara zülm verməkdən zövq alan Musayev bütün bunlarla yetinməyərək insanların sağlamlığı ilə də oynayıb. Yardım üçün həmkarlara ayrılan pulları mənimsəyərək, az bir məbləğlə tanışı vasitəsilə vaxtı keçmiş, istifadə müddəti bir neçə il ötmüş, qapalı anbarda saxlanılan ərzaq mallarını — toz halına düşmüş köhnəlmiş çaylar, xarab yağlar, konfetlər, qurdlu makaronlar — paylayaraq insanların sağlamlığı ilə oynamış, canlarına qənim kəsilmişdir. Hətta bir neçə işçi xarab ərzaqlardan ailə üzvlərinin zəhərləndiyini, narahatlıq keçirdiyini bildirmişdir. Bütün bunlara baxmayaraq insanların sağlamlığı ilə oynadıqları kifayət etmirmiş kimi, yardım payladıqları şəxslərdən utanmadan təşəkkür etmələrini istəmişlər. Ərzaqların xarab, biabırçı halda olduğunu bildirdikləri üçün bir neçə işçini də öz işlə­dikləri ərazidən çıxarıb ən uzaq keçidlərə göndərmişdir. Yerüstü keçidlər yay vaxtı möhkəm isti olduğundan yeraltı keçidlərdə olan bəzi işçiləri razı salmamaq üçün yerüstü keçidlərdən birinə sürgün edirlər.

Ərazidə olmalı xadimələrin idarədə Musayevə xidmət etdiyi barədə də bildirmişdik. Yazılanlardan sonra idarədə “qul kimi” işlədilən xadimələr təələm-tələsik öz ərazilərinə göndərildilər. Eşitdiyimizə görə həmin xadimələr ərazidə olmaları barədə qeydiyyat dəftərlərinə saatlarla oturub qeyd aparmalı, imza atmalı olublar.

Bundan əlavə, keçidlərin çoxunda illərdir xadimə çatışmazlığı var. Keçidləri məcburi formada tunel işçiləri olan çilingərlərə təmizlətdirirlər. İşin ağırlığından indiyədək xeyli sayda çilingər öz ərizəsi ilə işdən çıxmışdır. Çünki çilingərlər həm tunel, həm keçid təmizləmək məcburiyyətindədirlər. Keçən il tunelləri kimyəvi məhlulla yuyan zaman qoruyucu maskaları olmadığından xeyli sayda işçinin — əsasən də çilingərlərin — üzlərində yanıqlar əmələ gəlmiş, bir çoxu isə zəhərlənmişdir. Baş mühəndis Ehliyar Haqverdiyev qoruyucu maskaların alınması barədə xidmət rəisinə bildirsə də nə xidmət rəisi, nə də idarə rəhbəri razı olmamışdır.

Bütün bunlar əmək qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.

Hətta rəhbər işçilərə verilməli olan benzin talonları belə artıq bir ilə yaxındır ki, Musayev tərəfindən verilmir. Baş mühəndis belə xidməti maşınına benzini öz pulu ilə alır. Səhərdən axşamadək ərazidə olan Baş mühəndis Ehliyar Haqverdiyev barədə işçilər müsbət fikir bildirmişlər. Belə ki, xidmət otaqlarının xarab lampalarını dəfələrlə Baş mühəndis öz vəsaiti hesabına yeniləmiş, bir çox yerlərdəki keçidlərin təmizlik vasitələrini özü almışdır. İnsanlara qarşı hər zaman mehribanlığı ilə seçilən Ehliyar Haqverdiyev işçilərin sevimlisinə çevrilmişdir.

İki il ərzində xeyli sayda xadimə, usta-fəhlə işə götürülsə də ərazidə onları görmək mümkün olmayıb. Bütün bu faktlar ciddi formada yoxlanmalı, həmin işçilərin hansı ərazidə işlədiyi-keçidlərdəki kameralar vasitəsilə dəqiqləşdirilməlidir.

Diqqət çəkən məqamlardan bəlkə də ən maraqlısı budur ki, keçən il həmin idarənin kadrlar şöbəsinin rəisi Lətəfət Piriyevanın qardaşı Vüqar Piriyev Məhəmməd Musayev tərəfindən öz qəbuluna çağırılmışdı. Səbəb isə Vüqar Piriyevin oğlu Hüseyn Piriyev işdən çıxmaq istəyirdi və xahişləri də bu idi ki, Hüseynin yerinə atası Vüqar keçib işləsin. Çünki Vüqar illər əvvəl də həmin idarədə işləyib. Amma deyilənə görə Musayevin tarixi filmlərə olan marağından gələn şahlıq qüruru yüksəlmiş, içəridə olanları təhqir etmiş — “sizlər kimi yüzlərlə mənim qapımda yatır, məndən iş istəyir” deyərək və başqa sözlərlə həmin iki şəxsi təhqir etmişdir. Oğlunun yanında təhqirlərə dözməyən Vüqar Piriyev Musayevin qalstukundan yapışaraq onu çox ağır sözlərlə təhqir etmişdir. Otaqda yüksələn səslərdən qorxan katibə 102 xidmətinə zəng etmiş, tezliklə polis gəlmiş və ata-öğlünü aparmışdılar. Amma hər kəsə qan udduran Azərbaycan vətəndaşlarına həmişə yuxarıdan aşağı baxan, yetə bildiyinə, yetə bilmədiyinə şantaj edən Musayev hər iki şəxsdən nədənsə şikayətçi olmamışdır. Bunun isə yalnız bir səbəbi ola bilər: kadrlar rəisinin Musayevin bəzi əməllərindən xəbərdar olması! Çünki sahə rəislərinin maaş kartından əlavə hər birinin əlavə maaş kartları var — bəli, iki maaş kartı. Bu necə ola bilər, deməyin. Bu yazılar dərci olduqdan sonra bilirik ki, həmin kartlar sahə rəislərindən alınıb, həmin adiləri olub, özü olmayan işçilər işdən azad ediləcəkdir. Çünki illər əvvəl də bu hadisə baş vermiş və ört-basdır edilmiş, lakin 1 ay sonra yenidən həmin kartlar yenilənərək sahə rəislərinə geri verilmişdir.

Mövzumuzun başlığında “bağban” sözünün yazılmamış olması isə heç də təsadüfi deyildir. Bunu yazmağımızın səbəbi Məhəmməd Musayevin ilk işinin bağban olmasıdır. Belə ki, illər boyu bağban işləyən, işlədiyi evin bazarlığını edən, hər bir işinə baxan Musayevin bağban olmasından irəli gəlmiş olmalı ki, 7 saylı idarəyə gəldiyi ilk gün tarixə yüz illəri ötmüş tut ağacının budaqlarını ağacın sahibindən və Ekologiya Nazirliyindən icazə almadan səbəbsiz yerə kəsdirmişdir.

“Ulu Öndərimiz Heydər Əliyevin bir ağacı böyütmək bir övladı böyütməyə bərabərdir; onu kəsən elə bil ki, mənim övladlarımın başını kəsmişdir; o ağacları kəsənlər bu Vətənə xəyanət etmişdir” sözünü Məhəmməd Musayev unutmamış, əksinə görməzdən gəlmişdir!

Keçidlərin işıqlandırılması və eskalatorların hərəkəti üçün nəzərdə tutulan və aylıq ödənilən elektrik enerjisini Azərişıqdan icazəsiz, qeyri-qanuni şəkildə yeraltı keçidlərin içində olan ticarət obyektlərinə və çölə qoyulan kiosklara satır. Aylıq bu obyektlərdən elektrik pulu yığır. Sərf olunan elektrik enerjisinin pulu dövlət büdcəsindən ödənildiyi halda həmin obyektlərdən toplanan pullar Musayevin şəxsi büdcəsinə — yeni cibinə — gedir. Bütün bu özbaşınalıqların nəticəsidir ki, artıq tam rahat şəkildə istədiyini edən, keçidləri ticarət mərkəzinə çevirən keçidlərdə olan popkorn, su, oyun, dondurma, milyon-emanat və başqa aparatların, musiqiçilərin və gülsatanların reklam yazılarından və qeyri-qanuni şəkildə topladığı işıq pulundan ayda nə az, nə çox — 20.840 manatdan çox pul qazanır və bu pulları toplamaq işini xüsusi adamı və yaxını keçidləri, popkorn aparatlarının əlindən çıxarmayan Nazir Nəhmətova tapşırıb. Amma bu toplanan puldan bir qəpik belə idarə üçün xərcləməyib. Çünki bir-neçə aydan bir bu pullar hesabına səyahətlərə çıxır, özü üçün villalar və obyektlər tikdirir. Yay vaxtı hansısa bir ölkədən səyahətdən qayıdıb müqəddəs Həcc ziyarətindən gəlmişəm deyib özünü insanlara müqəddəs biri kimi göstərməkdən də zövq alır.

İndi isə qeyri-qanuni şəkildə birləşmə verilərək satılan elektrik enerjisi üzrə siyahını sizə təqdim edirik:

“7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından idarənin direktoru Məhəmməd Musayevin icazəsi ilə qanunsuz şəkildə mağaza, köşk və qeyri-iaşə obyektlərinə verilən elektrik birləşmələrinin siyahısı:

Beş mərtəbə yeraltı keçid — 37 mağaza

Milli Bank yeraltı keçid — 12 mağaza

Nizami yeraltı keçid — 1 mağaza

Targovu yeraltı keçid — 1 mağaza

Ağ şəhər yeraltı keçid — 1 köşk

Luna park yerüstü keçid — 1 köşk

Ağa Nəmetulla yeraltı keçid — 1 mağaza

Heydər Əliyev asan xidmət yerüstü keçid — 1 köşk

Babək Azneft yeraltı keçid — 1 köşk

Babək Monte Karlo yeraltı keçid — 1 köşk

Olimp yeraltı keçid — 3 mağaza

Azadlıq 189 — 1 mağaza

Z. Bünyadov 11 yerüstü keçid — 1 mağaza

Aviasiya keçidi yeraltı keçid — 1 köşk

Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid — 1 mağaza

Atatürk 47 yerüstü keçid — 1 köşk

Sabunçu yerüstü keçid — 2 köşk

Salyan avtovağzal yeraltı keçid — 1 köşk

Ulu Öndər Heydər Əliyev demişdir: “Vəzifəsindən sui-istifadə edən, başqasının malını mənimsəyən, cinayət yolu ilə özünə sərvət toplayan adamlara nifrət etmişəm, həmişə onlarla mübarizə aparmışam!”

Biz əminik ki, bütün bu əməllərə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Əmək Müfəttişliyi qısa zamanda tədbir görəcək, bu işlərdə əli olan — başda idarə direktoru Məhəmməd Musayev olmaqla — hər kəs layiqli cəzasını alacaqdır.

Və təbii ki, Məhəmməd Musayevi bu idarəyə təyin edənlər bundan sonra mütləq şəkildə tədbir görəcəkdir. Çünki idarəyə rəhbər olmaq — ora çapıb talamaq, insanlara zülm edib bu ölkənin vətəndaşlarını dövlətdən narazı salmaq deyil; əksinə, dövlətə və onun vətəndaşlarına xidmət etməkdir. AAYDA-nın rəhbəri Saleh Məmmədov öz qohumu (bacısının qudası) olsa belə inanırıq ki, Məhəmməd Musayev barədə lazımi tədbirləri görəcək, insanları onun zülmündən azad edəcəkdir. Çünki Saleh Məmmədov dövlətə və dövlətçiliyə son dərəcə sədaqətli bir insandır.heqiqixeber

Gələcək sayımızda Məhəmməd Musayev barədə bundan da dəhşətli faktlar ortaya qoyulacaqdır.

Oxunub: 740
Paylaş:
Digər xəbərlər

hadise

5-06-2025, 09:54

“Məni tanıyan kimsə bu yalana inanmır”

gundem / cemiyyet

26-09-2024, 16:36

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır - Fazil Musayev niyə cərimələnmir?

cemiyyet

21-09-2021, 10:53

AAYDA açıqlama yayıb

cemiyyet

17-09-2020, 10:19

AAYDA vətəndaşlara zor tətbiq edilməsi iddialarına cavab verdi — VİDEO

gundem / siyaset

9-07-2020, 14:59

Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı — FƏRMAN

Şou Biznes
Qumrala 50 min manatlıq maşın hədiyyə etdilər - Tanınmış iş adamı
Rəşad Dağlı vaxtından əvvəl azadlığa çıxa bilər
“Real Madrid”in oyunçusu azərbaycanlı ilə qohum oldu - Toydan FOTOLAR
Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - Video
“Rəqsanə 520 min dollara görə tutulmayıb…” – Vəkili yeni detalları açdı
"Azər komissiyanın rədd cavabından sonra çökdü"
Cəmiyyət
Dünən, 12:09
Leyla və Arzu Əliyevalar Qaxda açılışda - Fotolar
Dünən, 12:01
Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
28-10-2025, 16:00
Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
28-10-2025, 11:47
Həmin şəxslərin pensiyası dayandırılır - AÇIQLAMA
28-10-2025, 11:41
Müəllimin 8 saatlıq iş rejimi bizə nə vəd edər? - AÇIQLAMA
28-10-2025, 11:30
BDYPİ skuter istifadəçilərinə müraciət edib
Kriminal
22-10-2025, 08:35
Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi
13-10-2025, 08:22
Bakıda gömrükçü öz mağazasında öldürüldü
8-10-2025, 18:30
Rusiyaya apardığı üzərlik başına BƏLA OLDU - Azərbaycanlı hava limanında SAXLANILDI
Son xəbərlər
  • Bu gün, 09:00
    Azərbaycan hotellərindən ən çox hansı ölkələrin vətəndaşları istifadə edir? - Statistika
  • Bu gün, 08:41
    6 il sonra görüşüb 2 saat müzakirə apardılar - Video - Yenilənib
  • Bu gün, 08:33
    Əfsanənin yasa dönən toyundan görüntülər - Video
  • Bu gün, 08:26
    Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
  • Bu gün, 08:18
    Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq
  • Bu gün, 08:13
    Putin nüvə torpedasının sınaqlarına başlanıldığını elan etdi
  • Dünən, 16:54
    Prezident bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edib
  • Dünən, 16:00
    Pezeşkian: “Türkiyənin nefti, qazı yoxdur, amma xalqı bizdən yaxşı yaşayır” – İran prezidentindən heyrətamiz etiraz
  • Dünən, 15:30
    Trampın Azərbaycana mümkün səfəri - kimlər nə deyir
  • Dünən, 13:01
    Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
  • Dünən, 12:30
    "Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir" - AÇIQLAMA
  • Dünən, 12:17
    İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib
  • Dünən, 12:09
    Leyla və Arzu Əliyevalar Qaxda açılışda - Fotolar
  • Dünən, 12:01
    Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
  • Dünən, 10:27
    Bu zənglərə və keçidlərə aldanmayın! - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
  • Dünən, 09:42
    “Atəşkəs üçün heç bir təhlükə yoxdur”
  • Dünən, 09:34
    İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - Açıqlama
  • Dünən, 09:26
    “Cənab Prezident, oğlum əsgərdir, tapşırdı ki, şəkil çəkdirək” - Video
  • Dünən, 09:08
    Türkiyədə altımərtəbəli yaşayış binası uçdu
  • Dünən, 09:03
    “Maduronu devirmək üçün müharibəyə hazırlaşır”
  • Dünən, 09:00
    İrəvanın "Rusiya xilaskar deyil" mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni "erməni ideologiyası" yaradır
  • Dünən, 08:58
    “Zəngəzur və Araz dəhlizi buradan keçəcək” - Video
  • Dünən, 08:49
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Dünən, 08:38
    Marşrut avtobusu yanıb kül oldu - Video-Yenilənib
  • Dünən, 08:33
    Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
  • Dünən, 08:28
    Qəzzada ölənlərin sayı 65-ə çatdı - Yenilənib
  • Dünən, 08:22
    Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 08:15
    İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • Dünən, 08:10
    Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
  • 28-10-2025, 17:54
    İlham Əliyev: Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir
  • 28-10-2025, 16:00
    Təhsil, tibb və sosialda normalar artırıldı: daha hansı artımlar olacaq?
  • 28-10-2025, 15:30
    Tramp varisini açıqladı: Bundan yaxşısı ola bilməz
  • 28-10-2025, 15:25
    Prezident Horovlu kəndində sakinlərlə görüşüb, mənzillərin açarlarını təqdim edib - FOTO - Yenilənib
  • 28-10-2025, 13:46
    İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO
  • 28-10-2025, 12:36
    Maskdan yeni addım: Süni intellektlə işləyən “Grokipedia” artıq aktivdir
Daha çox
25-10-2025, 13:06
Saleh Məmmədov-Əvəz Qocayev cütlüyü DÖVLƏTİN AYAĞINA MİLYONLARLA BORC YAZIB - İLGİNC FAKTLAR...
25-10-2025, 09:45
İcra başçısının müavini yenə razılıq verdi: Ağaclar qurudulub yeni obyekt tikiləcək?
23-10-2025, 16:00
NATO-dan ilk - Rusiya hərbi gəmisinin qarşısı kəsilib
24-10-2025, 19:00
Ölkədə iş saatını azaltmaq təklifi
28-10-2025, 17:54
İlham Əliyev: Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir
27-10-2025, 16:00
Vanqa mifi – milyonlarla insan hələ də saxta “öncəgörən”in kəramətinə inanır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofispatriot@gmail.com
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə