• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Paşinyanın Xankəndi qərarı - Qərb nəticə çıxarmalıdır

dunya

21-08-2025, 16:00



Erməni baş nazir bir daha etiraf etdi; Qərb dünyası sabitlik istəyirsə...
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib ki, Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidir. Hökumət başçısı xatırladıb ki, hələ 2025-ci ilin martında parlamentdə bu haqda mövqeyini açıq şəkildə bəyan edib.

“Demişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyinin və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub. O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”, - deyə Paşinyan vurğulayıb.

Göründüyü kimi, o, həm ermənilərin Qarabağa qayıdışını istisna edib və bununla da məsələyə möhür vurub, həm də revanşistlərdən, erməni lobbisindən, Avropa Parlamenti və digər ermənipərəst Qərb təsisatlarından fərqli olaraq, onların bölgəmizi öz xoşu ilə tərk etdiyini dolayısı ilə təsdiqləyib, “etnik təmizləmə” kimi absurd ittihamlar səsləndirməyib.

Bu, təbiidir, Paşinyan əksini söyləsəydi, sülh prosesinə zərbə vurmuş olardı. Ona görə də xalqa müraciətində bu yanaşması ilə əslində Avropa təşkilatlarını və erməni revanşistlərini ciddi şəkildə məyus edib. Bu günlərdə bir qrup avropalı deputat yenə çeynənmiş fikirləri təkrarlamışdı. Baş nazirin bu açıqlaması artıq revanşistləri hərəkətləndirib. Keçmiş prezident Levon Ter-Petrosyan Paşinyanı tənqid edib.

Maraqlıdır, bundan sonra yenə də Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı, ABŞ Konqresində bəzi ermənipərəst üzvlər və digər Qərb təşkilatları Azərbaycana qarşı “etnik təmizləmə” ittihamını davam etdirəcəklərmi? Ermənilərin qayıdışının qeyd-şərtsiz olması barədə əsassız çağırışlar edənlər susacaqmı, yoxsa yenə qərəzli mövqedən çıxış edəcəklər?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a söylədi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa müraciətində Qarabağ məsələsini birdəfəlik bağladığını açıq şəkildə bəyan etməsi əslində regionda sülh prosesinin alternativsizliyini bir daha təsdiqləyir: “Paşinyanın "ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" sözləri isə həm revanşist qüvvələrin, həm də Qərbdəki ermənipərəst dairələrin illərdir ortaya atdığı saxta “etnik təmizləmə” iddialarını puç edir. Əgər bu bəyanatı Ermənistanın baş naziri səsləndirirsə, deməli, Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı və ABŞ Konqresindəki müəyyən dairələrin Azərbaycana qarşı bundan sonra da həmin tezislər və əsassız ittihamlarla çıxış etməsi, sadəcə, öz maraqları kontekstində siyasi təzyiq vasitəsi olmaqdan başqa bir şey deyil.

Aydındır ki, istər Ermənistan daxilində, istərsə də xaricdə yaşayan bəzi erməni lobbisinin nümayəndələri baş nazir Nikol Paşinyanın addımlarını qəbul etmir. Xüsusilə keçmiş Qarabağ məsələsindən Ermənistan daxilində hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə edən qüvvələr bu gün də Paşinyanı hədəfə alırlar. Bütün bunlar yalnız iki ölkə arasında nifaqın, münaqişənin davam etməsi üçün hesablanmış ritorikadır. Lakin unudulmamalıdır ki, Azərbaycanın tarixi zəfəri nəticəsində bölgədə tamamilə yeni geosiyasi reallıqlar yaranıb. Bu reallığı hər kəs, eyni zamanda bəzi Qərb dairələri də qəbul etməli və hörmətlə qarşılamalıdır. Ermənistan rəhbərliyi nəhayətdə anlayır ki, Qarabağ mövzusu ölkəni yalnız xaosa aparırdı.

Bu baxımdan bəzi Qərb institutları əgər həqiqətən də regionda sülh və sabitlik istəyirlərsə, bundan sonra qərəzli mövqedən çıxış etməyi dayandırmalı, Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanın möhkəmləndirilməsinə töhfə verməlidirlər. Paşinyanın açıqlaması bir daha göstərdi ki, sülhün alternativi yoxdur. Hazırda əsas məsələ revanşizmə dəstək verən dairələrin məsuliyyətli mövqeyə gəlməsidir. Azərbaycanın iradəsi, qətiyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə dəyişməzdir".

Siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Paşinyanın yürütdüyü siyasətə qarşı çıxan ilk növbədə kilsə və erməni lobbisidir. Onun fikrincə, indiyə qədər Paşinyanın “real Ermənistan” tezisindən narahat olan və müxtəlif etiraz aksiyaları təşkil edən də əsasən bu qüvvələr idi: “Real vəziyyət ondan ibarətdir ki, "Böyük Ermənistan" uydurması Ermənistan dövlətini fəlakətə sürüklədi. Bu ideologiyanın nəticəsi olaraq, Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğalda saxlasa da, sonda Azərbaycan ərazilərini azad edərək, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Daha sonra birgünlük antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam təmin etdi və separatizmin kökünü kəsdi. Bundan sonra isə Ermənistanda separatçılarla Paşinyan tərəfdarları arasında ideoloji ziddiyyətlər dərinləşdi".

Ə.Zülfüqaroğlu əlavə edib ki, sülh prosesinə zərbə vurmaq istəyən qüvvələr Paşinyanı xəyanətdə ittiham edərək, ölkədə xaotik durum yaratmaq və Paşinyanı devirməyə cəhdlər etsələr də uğursuzluğa düçar oldular: “Digər tərəfdən, Paşinyan atdığı radikal addımlarla o mesajı verdi ki, bu cür cəhdlərə qarşı son dərəcə sərt olacaq. Üçtərəfli bəyannamədə Azərbaycanın tələbi ilə yer alan bəndlərdən birində revanşist niyyətlərə qarşı ilkin tədbirləri görmək məsuliyyəti də məhz Ermənistan dövlətinin üzərinə qoyulub. Yəni Ermənistan daxilində bu cür cəhdlər olacağı halda ilk addımı Ermənistanın özü atmağa məcburdur”. Amma bu o demək deyil ki, belə cəhdlər olmayacaq. Ermənistan daxilində kilsə revanşistlər hökumətə qarşı propaqanda aparmaq üçün bu kartlardan istifadə etməyə çalışacaqlar. Paşinyanın apardığı siyasət nəticəsində Ermənistan dövlətindəki konstitusion hüquqlarından məhrum edilmə perspektivlərinə görə, kilsə ilə yanaşı lobbi də təxribatçı qruplara dəstək verəcək. Eyni zamanda erməni lobbisinin rüşvətlə ələ aldığı müxtəlif beynəlxalq təşkilat və Qərb dövlətlərinin parlament üzvləri bu cür cəhdlər etməyə çalışacaqlar. Amma istənilən halda proses müsbət istiqamətdə inkişaf edir və qeyri-adekvat cəhdlər fiasko ilə nəticələnəcək".

Oxunub: 1 450
Paylaş:
Digər xəbərlər

dunya

20-08-2025, 16:00

Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı?

siyaset

25-09-2023, 08:16

Azərbaycanın Qarabağ bölgəsini tərk edən erməni əsilli sakinlərin sayı 2906-a çatıb

dunya

31-05-2023, 11:26

Paşinyan: "Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"

gundem / siyaset

21-12-2018, 12:44

Qondarma “DQR”in müstəqilliyi məsələsi ləğv edilir - Ermənistanda etiraf

gundem / siyaset

22-10-2018, 14:09

"Son 20 ildə gizli şəkildə..." - Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

Şou Biznes
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
Cəmiyyət
Bu gün, 09:08
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
Bu gün, 09:00
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
Dünən, 18:50
115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
Dünən, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
Dünən, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
Dünən, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Bu gün, 12:11
    DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
  • Bu gün, 10:49
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
  • Bu gün, 09:33
    "Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
  • Bu gün, 09:26
    İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
  • Bu gün, 09:22
    Xırdalandakı güclü yanğın olub
  • Bu gün, 09:14
    Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
  • Bu gün, 09:08
    “Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
  • Bu gün, 09:00
    İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
  • Bu gün, 09:00
    Yeni İran savaşı başlayır: bu texnikalar İsrailə göndərilir
  • Bu gün, 08:47
    Moskvaya dron hücumu - 26 yaralı
  • Dünən, 18:50
    115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
  • Dünən, 16:35
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • Dünən, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • Dünən, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • Dünən, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • Dünən, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • Dünən, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • Dünən, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • Dünən, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • Dünən, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • Dünən, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • Dünən, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • Dünən, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • Dünən, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • Dünən, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • Dünən, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • Dünən, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • Dünən, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • Dünən, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • Dünən, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • Dünən, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • Dünən, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
Daha çox
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
15-07-2026, 13:12
İran itkilərinin sayını açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə