• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bahalı müharibə Rusiyanı belə çökdürəcək - sensasion iddia

dunya

3-07-2025, 09:30



SSRİ-ni çökdürmək taktikası indi Rusiyaya tətbiq edilir, Kreml hakimiyyəti Brejnev yolu gedir
Polşanın xarici işlər naziri Radoslav Sikorski bu günlərdə diqqətçəkən fikir söyləyib. O, Putinin sovet lideri Leonid Brejnevin getdiyi eyni yolda olduğunu söyləyib. Nazir xatırladıb ki, Putin vaxtilə Sovet İttifaqının orduya həddən artıq çox pul xərclədiyi üçün dağıldığını deyib, amma indi onun özü eyni şeyi edir.

Sikorskinin sözlərinə görə, Kreml Ukraynaya qarşı çox bahalı müharibə aparır, eyni zamanda bütün Qərbi təhdid edir və bununla da onu müdafiə xərclərini artırmağa məcbur edir: “Putin başa düşməlidir ki, onun hərəkətləri Qərb ölkələrini hərbi büdcələrini artırmağa məcbur edib. NATO-nun Haaqa sammitindən sonra ölkələr 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 5%-nə çatdırmaq və bu məbləğin 3,5%-ni kritik müdafiə ehtiyaclarına yönəltmək barədə razılığa gəliblər”.

Başqa sözlə, qeyri-bərabər sürətlə silahlanma yarışının doğuracağı geosiyasi kollaps bu dəfə kabus kimi Rusiyanın üzərində dolaşmaqdadır. Yəni yeni silahlanma yarışı Sovet İttifaqının dağılmasına səbəb olduğu kimi, Putin rejiminin də iflasına səbəb ola bilər.

Polyak nazir haqlıdırmı?

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, SSRİ-də ordunun say tərkibi 4 milyona yaxın olub: “Bu qədər böyük ordunu saxlamaq böyük maliyyə tələb edirdi. Ordunun həm maddi təminatı, həm silahla, texnika ilə təminatı üçün çox böyük məbləğdə vəsaitlər sərf edilirdi. Brejnev dövründə ölkənin gəlirlərinin əhəmiyyətli hissəsinin orduya, silahlanmaya yönəldildiyi və nəticədə ölkədə sosial-iqtisadi çətinliklərin artdığı, bununla da SSRİ-nin sosial dayaqlarının sarsılmağa başladığı barədə deyilənlər həqiqəti əks etdirir. İndi isə SSRİ-nin varisi kimi çıxış edən Rusiya Federasiyasının rəsmi 1 milyon 200 min nəfər şəxsi heyətə malik ordusu var. Lakin müharibə başlayandan bəri bu sayın daha da artırıldığı güman edilir. Təkcə bu qədər hərbi qulluqçunun saxlanmasına çox böyük həcmdə maliyyə lazımdır. Leonid Brejnevin zamanında bütün sovet respublikaları öz büdcələrindən ordunun saxlanması üçün vəsait ayırırdı. Sovet İttifaqı Varşava blokunun da əsas maliyyəçisi idi. SSRİ həmçinin Almaniya Demokratik Respublikasında, Polşada, Macarıstanda, Bolqarıstanda, Çexoslavakiyada, Əfqanıstanda qoşunlar saxlayırdı. Bu qoşunların təminatı, onlar üçün müxtəlif növ silahların istehsalı, NATO ilə ayaqlaşmaq cəhdləri SSRİ-nin dövlət büdcəsini, demək olar ki, sorurdu. Buna görə də dükan-bazarlarda qıtlıq hökm sürürdü, əhali çətinlik çəkirdi. İndi isə Rusiya ordusunun saxlanması, silahla təminatı üçün SSRİ kimi nəhəng dövlətin büdcəsi deyil, Rusiyanın özünün büdcəsi sərf olunur. Bir tərəfdən korrupsiya, o biri tərəfdən də Rusiyanın Ukrayna ilə müharibə aparması ordunun xərclərini dəfələrlə artırıb. Ona görə də silahlanma, müharibə Rusiyanın büdcəsini tükədir”.

Xüsusi əməliyyat”dan müharibəyə... - TƏHLİL - Oxu.az

Ekspert dedi ki, ABŞ və NATO SSRİ-ni mənasız silahlanmaya, hər şeyi ordunun böyüdülməsinə cəlb etməklə Sovet ittifaqının çöküşünə nail oldu: “İndi də eyni taktikanı Rusiyaya qarşı istifadə edirlər. Maraqlıdır ki, Rusiya rəhbərliyi də Brejnev kimi bu tələyə gözü görə-görə düşüb və çıxmaq istiqamətində sanki düşünmür. Əksinə, Rusiya hərbi sənayesini inkişaf etdirmək istiqamətində addımlar atır, hərbi büdcəsini daha da artırır. Beləliklə, gerçəkdən də eynilə Brejnevin yolu ilə gedrlər. Rusiyanın hərbi sənayesinin bərpasına və müasir tələbatlara cavab verən silahlar istehsal etməsinə çox böyük sərmayə lazımdır. Deməli, ölkənin büdcəsi daha da çox bu işə yönədliləcək ki, bu da xalqın iqtisadi, sosial vəziyyətinə get-gedə daha ciddi mənfi təsirlərini göstərəcək. Müharibə və silahlanma SSRİ-ni çökdürdüyü kimi Rusiyanı da tədricən çökdürəcək”.

Polkovnik qeyd etdi ki, Rusiyanın daxildən dağılmasına rəvac verəcək başqa bir ciddi problemi də var: “O da maraqlıdır ki, bu problemi Rusiya hökuməti özü get-gedə dərinləşdirir. Ölkənin daxilində bütün milli azlıqlara qarşı repressiyanın get-gedə kəskinləşdirilməsi ciddi daxili sosial gərginlikləri körükləyir. Təzyiqlər bir tərəfdən də iş adamlarını narazı salır, iqtisadiyyata mənfi təsir göstərir. Bu gedişat xalqların Rusiyadan qurtulmaq fikrinə düşməsi və bunun üçün hərəkətlənmələrinə gətirib çıxara bilər. SSRİ-nin daxilində xalqların, respublikaların ayağa qalxıb müstəqillik tələbini irəli sürməsini və son nəticənin necə olduğunu yada salın.

Tatarıstanda bir ildir tatar məktəblərini Moskvanın qərarı ilə bağlayıblar. Məktəblərdə həftədə iki dəfə cəmi 4 saat tatar dilində dərs keçilməsinə icazə verilir. Bu cür addımlar tatarlarda böyük bir narazılıq yaradır. Eyni siyasəti digər millətlərə də tətbiq edirlər. Bu da milli azlıqların narazılıqlarını artırır. Daxili narazılıqlar həm də bu şəkildə dərinləşir. Bu daxili narazılıqlar günün birində Rusiyanın içində sosial partlayış kimi meydana çıxa bilər. Ukraynaya qarşı müharibəyə daha çox qeyri-rus millətlərin kütləvi göndərilməsi də narazılıqları artırır. Beləliklə, büdcənin silahlanmaya, müharibəyə yönəldilməsi Rusiyanı get-gedə müflis edəcək, daxildə millətlərin sıxışdırılması isə mərkəzdənqaçma prosesini qaçılmaz edəcək. Bu isə Rusiya Federasiyasının sonunu gətirib çıxara bilər".

R.Məhərrəmov hesab edir ki, Rusiya hakimiyyəti öz xalqını, mənasız silahlanmanı, ordunun təminatını öz ölkəsinin gücü ilə saxlaya bilməyəcəyini düşünür: “Ona görə də ənənəvi imperiya siyasətinə əl atmağa, başqa dövlətlərin, xüsusən də keçmiş SSRİ respublikalarının hesabına xalqı və ordunu təmin etməyə həvəslənib. Rusiya hakimiyyəti öz yeraltı, yerüstü resurslarını çox təəssüf ki, öz dövlətlərinin, xalqının, ordusunun daha yaxşı vəziyyətdə olması üçün düzgün formada istifadə etmir, ya da edə bilmir. Bu qədər resursu olan ölkənin gözü əslində onda-bunda qalmamalıdır. Bu qədər resursları olan ölkənin xalqı dünyada ən yaxşı yaşayışla təmin olunmuş xalq olmalıdır. Ancaq Rusiyanın xislətindəki imperiya maraqları, başqalarının hesabına yaşamaq ənənəvi yanaşması buna imkan vermir. Ona görə də Rusiya gün-gündən müflis duruma düşür. Bu vəziyyətin günahkarı ölkənin siyasi, hərbi rəhbərliyidir”.

Oxunub: 670
Paylaş:
Digər xəbərlər

dunya

7-09-2024, 08:36

"İmperiya fantaziyaları üçün qurbanlar..." - Ostin Rusiyanın itkilərini açıqladı

dunya

11-03-2024, 09:18

Putinin planı üzə çıxdı - 2036-cı ilə qədər...

dunya

11-05-2022, 09:30

"Putinin hakimiyyətdən uzaqlaşdırılması ondan qorunmağın yeganə yoludur"

dunya

2-03-2020, 13:59

“Heç bir dövlət Rusiya ilə müharibə etməyi ağlına gətirməsin” – Putin dünyaya meydan oxudu – VİDEO

dunya

27-02-2020, 16:17

Putin: SSRİ respublikalarının borcunu biz ödədik, amma onlar…

Şou Biznes
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
Cəmiyyət
Dünən, 09:08
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
Dünən, 09:00
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
17-07-2026, 18:50
115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
17-07-2026, 10:14
Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
17-07-2026, 10:11
Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
17-07-2026, 10:07
Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
Kriminal
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
Son xəbərlər
  • Dünən, 12:11
    DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
  • Dünən, 10:49
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
  • Dünən, 09:33
    "Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
  • Dünən, 09:26
    İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
  • Dünən, 09:22
    Xırdalandakı güclü yanğın olub
  • Dünən, 09:14
    Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
  • Dünən, 09:08
    “Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
  • Dünən, 09:00
    İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
  • Dünən, 09:00
    Yeni İran savaşı başlayır: bu texnikalar İsrailə göndərilir
  • Dünən, 08:47
    Moskvaya dron hücumu - 26 yaralı
  • 17-07-2026, 18:50
    115 nömrəli məktəblə bağlı ciddi iddialar: Məktəbdə qızıl alveri və müəllimlər arasında 50 min manatlıq qalmaqal
  • 17-07-2026, 16:35
    Prezident gömrük rüsumu ilə bağlı qərarı təsdiqlədi
  • 17-07-2026, 16:00
    Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
  • 17-07-2026, 15:30
    Bəşəriyyət məhv olsa... -Dünyanın "qara qutusu" burada tikilir
  • 17-07-2026, 14:22
    Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026, 13:11
    Dünya çempionatının final matçı təxirə salına bilər
  • 17-07-2026, 11:37
    Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 17-07-2026, 11:32
    Dövlət başçısı Kamboca səfirinin etimadnaməsini qəbul etdi
  • 17-07-2026, 11:27
    Azərbaycan Prezidenti Oman səfirinin etimadnaməsini qəbul etdi
  • 17-07-2026, 11:21
    Baş nazir əhali ilə bağlı vacib qərar imzaladı
  • 17-07-2026, 11:18
    İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi
  • 17-07-2026, 11:10
    Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanıldı
  • 17-07-2026, 10:14
    Nazirlikdən 20 min şəxsin pensiyası ilə bağlı VACİB QƏRAR
  • 17-07-2026, 10:11
    Mənzil alanların ən çox rastlaşdığı saxtakarlıq - Ali Məhkəmə aydınlıq gətirdi
  • 17-07-2026, 10:07
    Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
  • 17-07-2026, 10:00
    AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ
  • 17-07-2026, 09:57
    Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"
  • 17-07-2026, 09:45
    Məşhur aparıcı saxlanıldı
  • 17-07-2026, 09:00
    Ermənistandan etiraf: Azərbaycana satmağa...
  • 17-07-2026, 08:56
    Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu
  • 17-07-2026, 08:52
    ŞOK SORĞU: Dünya artıq Çinə ABŞ-dan daha çox rəğbət bəsləyir
  • 17-07-2026, 08:44
    Quzu əti niyə fərqli qiymətlərə satılır?
  • 17-07-2026, 08:35
    Bank sektoru rekord qırdı: Kredit faizləri enəcək?
  • 17-07-2026, 08:22
    Tramp DÇ-2026-nın finalına qatılacaq
  • 17-07-2026, 08:18
    İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
Daha çox
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
13-07-2026, 16:00
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
15-07-2026, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
14-07-2026, 12:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Dünən, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
14-07-2026, 14:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə