• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sensasiya: Rusiya nefti 30 dollara düşə bilər - Bakının gözləntisi

iqtisadiyyat

12-06-2025, 16:00



Ukrayna Rusiya neftinin qiymətinin 30 dollar olmasında israrlıdır. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın bəyanatında deyilir.

Nazirin sözlərinə görə, Kiyev Kanadada bu ay keçiriləcək G7 sammiti zamanı müvafiq qərarların qəbul ediləcəyinə və rəsmiləşdiriləcəyinə ümid etdiyini söyləyib. Sanksiyalar və dondurulmuş aktivlərdən danışan XİN başçısı qeyd edib ki, bundan ötrü “daha çox iradə və qətiyyət lazımdır və bu, Ukraynanın sammitdən gözlədiyi qərarlardan biridir”.

Qeyd edək ki, Rusiyanın enerji sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi Avropa İttifaqının da əsas planlarından biridir. Bu plan Rusiyaya qarşı 18-ci sanksiya paketində əksini tapacaq. İki gün əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı planlaşdırılan 18-ci sanksiyalar paketinin Rusiya neftinin qiymətinin aşağı salınmasını və “Şimal axını” qaz kəmərlərinin istifadəsinə qadağa qoyulmasını nəzərdə tutacağı barədə məlumatı təsdiqləyib: “Biz ilk dəfə olaraq "Şimal axını" və “Şimal axını 2" ilə əməliyyatlara qadağa qoyulmasını təklif edirik. Bu o deməkdir ki, heç bir Aİ strukturu bu qaz kəmərləri ilə birbaşa və ya dolayısı ilə hər hansı formada qarşılıqlı əlaqədə ola bilməyəcək. Biz həmçinin neftin qiymətinin bir barel üçün tavanını 60 dollardan 45 dollara endirməyi təklif edirik”.

AK prezidenti qeyd edib ki, AK Rusiya neftinə əsaslanan neft məhsullarının idxalını da qadağan etmək istəyir. Eyni zamanda AK rəhbəri xatırladıb ki, neftin qiymət tavanını aşağı salmaq üçün tədbirlərin tətbiqi təkcə Aİ-nin deyil, həm də G7-nin məsuliyyətidir.

Bundan əvvəl "Financial Times" AK-nin Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsini təklif etmək niyyəti, həmçinin "Rusiyanın enerji infrastrukturunun, o cümlədən iki "Şimal axını" qaz kəmərinin istifadəsinə qadağa qoyulması" barədə məlumat yaymışdı.

Qeyd edək ki, AK öz təkliflərini açıqladıqdan sonra onlar bütün Aİ ölkələri tərəfindən müzakirə olunacaq. Bu tədbirlərin təsdiqlənməsi üçün blokun bütün üzvlərinin yekdil dəstəyi tələb olunur. Nəşrin məlumatına görə, mənbələr iyulun sonuna kimi yeni paketlə bağlı razılığa gəlməyi gözləyirlər.

İyunun 10-da Ursula fon der Lyayen Aİ-nin Rusiyaya qarşı sanksiyaların 18-ci paketində əks etdirmək niyyətində olduğu digər sahələri də açıqlayıb. Bura neft tankerləri və bank əməliyyatları aiddir: “Biz Rusiyanın "kölgə" donanmasına daxil olan 77 əlavə gəmini sanksiya siyahısına əlavə edirik. Söhbət sanksiyalardan yayınmaq üçün istifadə edilən tankerlərdən gedir". O, bank sektorunda məhdudlaşdırıcı tədbirlər barədə də məlumat verib: “Biz bank sektorunu hədəfləyirik, vəsaitlərdən istifadə etmək və əməliyyatların həyata keçirilməsi imkanlarını məhdudlaşdırırıq. Biz SWIFT sistemindən istifadəyə dair mövcud qadağanı əməliyyatlara tam qadağaya dəyişməyi təklif edirik. Eyni zamanda əməliyyatlara bu qadağanı əlavə 22 Rusiya bankına tətbiq etməyi təklif edirik”.

AK prezidenti həmçinin “Rusiyaya qarşı sanksiyalardan yayınma imkanlarını asanlaşdıran üçüncü ölkənin maliyyə operatorları üçün” əməliyyatlara belə qadağanın tətbiqi təklifini açıqlayıb.

Fon der Lyayen Rusiya Birbaşa İnvestisiya Fondunu (RDIF), onun filiallarını və investisiya layihələrini sanksiyalara məruz qalan Rusiya təşkilatları arasında qeyd edib: “Beləliklə, Rusiya iqtisadiyyatının modernləşdirilməsi və sənaye bazasının gücləndirilməsi layihələrinin maliyyələşdirilməsi üçün mühüm kanal ciddi şəkildə məhdudlaşdırılacaq. Üçüncü element: biz həmçinin Rusiya üçün ümumi məbləği 2,5 milyard avrodan çox olan ixrac qadağası təklif edirik. Belə qadağa Rusiya iqtisadiyyatının kritik texnologiyalara və sənaye mallarına çıxışının qarşısını alacaq. Söhbət maşınqayırma, metallar, plastiklər, sənayedə xammal kimi istifadə edilən kimya məhsullarından gedir. Biz həmçinin ikili təyinatlı malların, silah sistemlərinin və digər istehsal texnologiyalarının ixracını məhdudlaşdırırıq. Və nəhayət, biz istəyirik ki, sanksiyalarımız daha yaxşı və daha dəqiq tətbiq olunsun. Bu səbəbdən tranzit qadağasının əhatə dairəsini genişləndirmək qərarına gəldik. Rusiya hərbi sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən 22 xarici və Rusiya müəssisəsini siyahıya daxil etdik”.

Qeyd edək ki, may ayında Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 17-ci sanksiya paketində 189 tanker qara siyahıya salınıb. Bu addım nəticəsində mayın 26-dan iyunun 1-dək olan həftə ərzində Rusiya limanlarından neft ixracı 28,6 faiz azalıb. Bu zaman Baltikyanı limanlardan daşımalar 33,2 faiz, Novorossiyskdə 23 faiz, Kozminoda 3,9 faiz azalıb. Beynəlxalq analitiklər bunu məhdudiyyətlərə məruz qalan gəmilərin əvəzlənməsi axtarışı ilə əlaqələndirirlər.

Ekspertlərin fikrincə, yaxın həftələrdə ixrac 10-15 faiz bərpa oluna bilər. Qeyd olunur ki, satıcılar tez bir zamanda alternativ gəmilər tapırlar. Təcrübəni nəzərə almaqla, Rusiya ekspertləri iyun ayında neft tədarüklərinin may ayı səviyyəsində olacağını gözləyirlər. Hətta güman edilir ki, mövsümi tələb və OPEC+ çərçivəsində hasilatın artması səbəbindən iyul ayında ixrac bir qədər yüksək ola bilər.

Lakin bir çox ekspertlərə görə, bu dəfə sanksiyasız tanker tapmaq iki aya qədər vaxt aparacaq. Çünki bu dəfə sığorta şirkətləri də sanksiyalara məruz qalıb. Bu isə müqavilələrin yenidən qeydiyyatı ilə bağlı fasilənin yaranmasına səbəb olacaq.

Bundan əlavə, iyulun 1-dən İsveç və Danimarkada gəmilərin yoxlanılmasının sərtləşdirilməsi əlavə risklər yaradır.

Artıq Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbuluna qarşı çıxdıqlarını açıqlayıblar. Lakin təcrübə göstərir ki, bu iki ölkə sonda sanksiyalarla razılaşmalı olur.

Aİ-nin gözlənilən sanksiyaları, həmçinin son 3 ayda neft bazarında yaranan qiymət konyukturu Rusiya üçün ciddi problemlər yaradır. May ayında Rusiya neftinin orta ixrac qiyməti 52 dollara bərabər olub. Neft gəlirlərinin kəskin azalması fonunda neftin 60 dollarlıq qiyməti ilə hesablanmış Rusiya büdcəsində dəyişiklik qərarına gəlinib. Sanksiyalar altında olan Rusiya üçün ixracı artırmaq problem yaradır. Buna görə də Rusiya hasilatı və ixracı azaltmaqla qiymətləri qaldırmaq istəyir. Lakin Səudiyyə Ərəbistanı OPEK+ çərçivəsində hasilatın daha da azaldılmasına imkan vermir, əksinə, 3 aydır hasilat artımı dəfələrlə sürətləndirilib. "Bloomberg"in yazdığına görə, Ər-Riyad son 3 ildə hasilatı azaltmaqla itirmiş olduğu bazar payını bərpa etmək üçün uzunmüddətli qiymət strategiyasının icrasına başlayıb. Strategiya hasilatı artırmaqla qiymətləri ABŞ şist neft hasilatçıları üçün əlverişsiz hala gətirib, onların bazardan çıxarılmasına hesablanıb. Bu, Rusiya üçün qətiyyən əlverişli deyil. Belə ki, daxili tələbatın azalması fonunda may ayında ən böyük iki alıcıdan biri olan Çin Rusiya neftinin alışını 14 faiz azaldıb. Hindistan da bir neçə gün əvvəl neft idxalı mənbələrini diversifikasiya etmək planını açıqlayıb. Planda OPEK+ iştirakçısı olmayan ölkələrdən, xüsusilə də ABŞ və Qayanadan idxalın artırılması nəzərdə tutulur. Rusiya neftinin alışları qiymət şərtləri əlverişli olana qədər davam etdiriləcək.

Neft qiymətlərinin düşməsi, ixrac imkanlarının azalması fonunda Ukraynadakı işğalçı müharibənin ağır xərcləri Rusiya büdcəsində böyük kəsir yaranmasına gətirib çıxarıb. Rusiya Maliyyə Nazirliyinin hesabatına əsasən, 2025-ci ilin yanvar-may aylarında Rusiya federal büdcəsi 3,393 trilyon rubl və ya ÜDM-in 1,5 faizi həcmində kəsirlə icra edilib. Yanvar-aprel aylarında kəsir 3,225 trilyon rubl və ya ÜDM-in 1,5 faizini təşkil etmişdi. Federal Xəzinədarlığın dərc etdiyi məlumata görə isə 4 ay ərzində federal büdcə kəsiri 2 trilyon 930,8 milyard rubl təşkil edib.

Beləliklə, Maliyyə Nazirliyinin yanvar-aprel ayları üzrə büdcənin icrasına dair məlumatlarına əsasən, may ayında ilkin kəsir təxminən 168 milyard rubl, Xəzinədarlığın məlumatlarına əsasən 462 milyard rubl olub.

Cari ilin büdcə qanununda 1,173 trilyon rubl və ya ÜDM-in 0,5 faizi həcmində kəsir nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, kəsir proqnozdan iki dəfəyə yaxın çoxdur. Dövlət Dumasında baxılan büdcə dəyişikliklərində 2025-ci ildə kəsir 3,792 trilyon rubla və ya ÜDM-in 1,7 faizinə qədər artırılıb.

2025-ci ilin yanvar-may aylarında federal büdcənin gəlirləri 3,1 faiz artaraq 14,732 trilyon rubla çatıb. Federal büdcənin qeyri-neft və qaz gəlirləri 10,492 trilyon rubl təşkil edərək, planlaşdırılan səviyyəni bir qədər üstələyib. Neft və qaz gəlirləri isə 14,4 faiz - 4,240 trilyon rubla qədər azalıb. Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında federal büdcə xərclərinin həcmi 20,7 faiz artaraq 18,125 trilyon rubla çatıb.

Müxtəlif amillərin təsiri ilə neft bazarında yaranan hazırkı qiymət konyukturu büdcə hesablamaları baxımından Azərbaycan üçün əlverişsizdir. Belə ki, 2025-ci il dövlət büdcəsi neftin 70 dollarlıq qiyməti ilə hesablanıb. İki aydır qiymət bu həddən az aşağıdır. Rusiya neftinin ixracına qadağalar sərtləşdirilərsə, bu, Moskvanın qiymət endirimlərini artırmasına, son nəticədə qlobal neft qiymətlərinin düşməsinə səbəb ola bilər. Bazarın ən böyük oyunçularından biri olan Səudiyyə Ərəbistanının hasilatı sürətlə artırması bu prosesi daha da sürətləndirən amildir...

Oxunub: 2 110
Paylaş:
Digər xəbərlər

dunya

22-05-2025, 16:00

Ukraynadan Brüsselə 40 səhifəlik təklif: Rusiyaya qarşı bu addımlar atılmalıdır

dunya

14-05-2025, 10:17

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib

dunya

7-05-2024, 09:21

Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı

dunya

4-05-2022, 12:31

Rusiyaya qarşı yeni sanksiyalar: 100 milyard dollaradan artıq ziyan

dunya

11-02-2022, 09:00

Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
Bu gün, 10:15
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Dünən, 10:41
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 09:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
22-06-2026, 12:31
Bəzi çimərliklərə giriş qadağan olundu - NAZİRLİKDƏN AÇIQLAMA
22-06-2026, 09:44
Qaradağda tarixi karvansaraya ziyan vurulub
22-06-2026, 09:32
Bu həftə 4 gün işləyəcəyik
Kriminal
Bu gün, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
Son xəbərlər
  • Bu gün, 10:32
    Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 10:15
    Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
  • Bu gün, 10:07
    İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
  • Bu gün, 09:46
    Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
  • Bu gün, 09:03
    Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
  • Bu gün, 09:00
    “UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
  • Bu gün, 08:55
    İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
  • Bu gün, 08:45
    “BYD” qəza törətdi - Piyada öldü
  • Bu gün, 08:40
    “TikTok”da söyüş söyən şəxs həbs edildi
  • Bu gün, 08:36
    Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
  • Bu gün, 08:29
    Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
  • Bu gün, 08:24
    Qalibaf Bakıya gəldi
  • Dünən, 16:00
    Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
  • Dünən, 15:30
    Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
  • Dünən, 14:33
    Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
  • Dünən, 13:16
    Həmin ordeni Polşaya qaytardı
  • Dünən, 12:25
    Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
  • Dünən, 11:44
    Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
  • Dünən, 11:39
    Daşaltı kəndinin fonunda - Fotolar
  • Dünən, 11:34
    Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
  • Dünən, 10:46
    Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
  • Dünən, 10:41
    Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
  • Dünən, 10:16
    Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
  • Dünən, 10:09
    Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
  • Dünən, 10:05
    Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
  • Dünən, 09:59
    Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
  • Dünən, 09:55
    “Dörd ay keçib, küçələr hələ də su altındadır”
  • Dünən, 09:51
    Daha bir gəncin meyiti kanaldan tapıldı
  • Dünən, 09:09
    Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
  • Dünən, 09:00
    İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
  • Dünən, 08:53
    İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
  • Dünən, 08:47
    ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
  • Dünən, 08:40
    Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
  • Dünən, 08:36
    Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
  • Dünən, 08:31
    Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Daha çox
20-06-2026, 11:04
“VAZ” dərəyə yuvarlandı - Sürücü öldü, 3 sərnişin yaralandı
18-06-2026, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
17-06-2026, 17:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
19-06-2026, 16:00
Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə