• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bakıda tarixi məhkəmə davam edir – müttəhimləri ifşa edən faktlar təqdim olundu

hadise

19-05-2025, 10:04

Bakıda tarixi məhkəmə davam edir – müttəhimləri ifşa edən faktlar təqdim olundu


Bu gün, mayın 19-da Bakı Məhkəmə Kompleksində Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Hazırda prosesdə zərərçəkənlər dinlənilir, sübut, dəlillər tədqiq olunur. Ötən iclasda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiq edib.
Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.
Bildirilib ki, "Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır" sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib". Məqalədə, həmçinin qeyd edilir: "Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar ( azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların əslində beş nəfər olduğu məlum oldu. Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.
Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı ermənilərə Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu".
Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.
Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristofeerin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra "İzvestiya" qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında çap olunan məqalə tədqiq olunub. Yazıda deyilir: "Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”. Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən, Azərbaycan torpaqlarının işğalını təsdiqləyən, torpaqların Azərbaycana qaytarılması tələbi olan məşhur qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub. Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub. Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər. Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb. Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb. Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.
Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb. Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və video materiallar təqdim olunub. Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub. İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və video görüntülər nümayiş etdirilib.
Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.
Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevirilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Oxunub: 610
Paylaş:
Digər xəbərlər

kriminal

16-05-2025, 11:38

Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir

hadise

24-04-2025, 09:56

Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir

hadise

11-04-2025, 12:10

Araiklə başının dəstəsi prokurorun suallarını cavablandıracaqlar – TARİXİ MƏHKƏMƏ DAVAM EDİR

hadise

3-03-2025, 11:13

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

hadise

27-01-2025, 09:02

Bu gün onların məhkəməsi davam edəcək

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Dünən, 09:00
Zatulindən axmaq açıqlama: Osmanlıya və Azərbaycana qarşı “soyqırım” ittihamı
24-04-2026, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
24-04-2026, 11:11
Hamı onlardan danışır - FOTOLAR
24-04-2026, 08:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
23-04-2026, 09:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Dünən, 14:09
    “Burada çox dərin əməkdaşlıq qura bilərik” - Zelenski
  • Dünən, 14:08
    “Siz bizim uşaqlarımıza kömək edirsiniz” - Zelenski Əliyevə təşəkkür etdi
  • Dünən, 14:05
    XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi
  • Dünən, 13:49
    Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi
  • Dünən, 13:46
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
  • Dünən, 12:46
    Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - Foto
  • Dünən, 11:36
    Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video
  • Dünən, 09:50
    Təhlükəli manevrlər edən sürücü 30 sutkalıq həbs olundu
  • Dünən, 09:41
    Əraqçi Ağ Evlə danışıq aparmaq üçün İslamabaddadır
  • Dünən, 09:38
    Makron: Tramp, Putin və Si Cinpin Avropanın düşmənləridir
  • Dünən, 09:00
    Zatulindən axmaq açıqlama: Osmanlıya və Azərbaycana qarşı “soyqırım” ittihamı
  • Dünən, 08:34
    Avropa İttifaqının Rusiya qazına qarşı qadağasının ilk mərhələsi rəsmən başlandı
  • Dünən, 08:30
    Diplomat olmaq istəyənlərin - Nəzərinə!
  • 24-04-2026, 16:00
    “The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
  • 24-04-2026, 15:30
    Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
  • 24-04-2026, 14:22
    Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
  • 24-04-2026, 14:09
    “Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
  • 24-04-2026, 14:00
    Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
  • 24-04-2026, 11:11
    Hamı onlardan danışır - FOTOLAR
  • 24-04-2026, 11:05
    Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
  • 24-04-2026, 10:55
    Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
  • 24-04-2026, 10:48
    İki nəfərdən 49 kq narkotik götürüldü - Video
  • 24-04-2026, 09:50
    Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
  • 24-04-2026, 09:46
    5 güləşçimiz mübarizəyə başlayır
  • 24-04-2026, 09:16
    Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
  • 24-04-2026, 09:11
    Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
  • 24-04-2026, 09:00
    “Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
  • 24-04-2026, 09:00
    Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
  • 24-04-2026, 08:55
    Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
  • 24-04-2026, 08:38
    SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
  • 24-04-2026, 08:28
    Makron siyasəti tərk edir
  • 24-04-2026, 08:24
    Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
  • 24-04-2026, 08:20
    Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
  • 24-04-2026, 08:16
    Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
  • 23-04-2026, 19:00
    Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Daha çox
20-04-2026, 12:26
Paşinyandan tarixi etiraf – "Bakı və Ankara ilə münasibətlərdə səhv etmişik"
22-04-2026, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
23-04-2026, 10:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
23-04-2026, 10:47
"Yeni Klinika"ya direktor təyin olundu
23-04-2026, 12:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
23-04-2026, 09:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə