Həftənin müxtəlif günləri qoruqdan tutulan balıqlar Ağcabədi və Zərdab rayonlarında yerləşən restoranlara paylanılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı ölkə mətbautında dəfələlərlə məlumatlar dərc edilib. Ağ Göl Milli Parkının rəhbərliyi isə hər dəfə sübutun olmadığı bəhanə edərək, qanunsuz balıq ovuna göz yumur.
Patriot.az-ın əldə etdiyi məlumata görə həftənin müxtəlif günləri Ağcabədi və Zərdab rayonlarında yerləşən restoranlara Ağ Göl Milli Parkından tutulan balıqlar paylanılır. Bildirilir ki, Ağ Göl Milli Parkından tutulan balıqlardan qoruğun rəhbəri Xəzər Məhərrəmovun xəbəri var. Belə ki, direktorla "anlaşan" bəzi yegerlər (mühafizəçilər) özləri brokonyerlik edirlər. Ağcabədi və Zərdab rayonlarında yerləşən restoranlara paylanılan balıqları məhz yegerlər tutur.
Məlumatda qeyd edilir ki, son illər Ağ Göl Milli Parkında gizli şəkildə brokonyerlik fəaliyyəti ilə məşğul olan şəxslərin sayı artıb. Bütün baş verənlərdən isə Ağ Göl Milli Parkının direktoru Xəzər Məhərrəmov heçdə xəbərsiz deyil.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.