• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...

siyaset

20-09-2024, 16:00



Ermənistanda dövlət çevrilişinə cəhd edilib. Ermənistan İstintaq Komitəsinin dünən yaydığı məlumatda qeyd edilib ki, Milli Təhlükəsizlik Xidmətininin hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupun əməllərinin üstünü açıb. Qeyd edilib ki, aktiv əməliyyat tədbirləri zamanı dindirilmələr nəticəsində 30-a yaxın yerdə axtarış aparılıb. 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

“Xüsusən də cinayətkar qrup döyüş növbətçiliyi üçün istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostov-na-Donuda, o cümlədən Arbat bazasında üç aylıq ödənişli təlim keçmək üçün cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir. Çağırışçılardan bəziləri çevrilişdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar”, - deyə məlumatda qeyd edilib.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış aparılır. Bildirilib ki, istintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

İrəvandan Moskva əleyhinə verilən bəyanatlar səbəbindən Rusiyanın Ermənistanı cəzalandıracağı barədə proqnozlar çoxdandır ki, verilir. Ekspertlər hesab edirlər ki, İkinci Qarabağ müharibəsindən sonra pisləşən və gərginləşən Moskva-İrəvan münasibətləri Rusiyanın zaman-zaman Ermənistanı qarışdırmaq üçün atdığı addımlarla müşayiət edilir. Ermənistandakı Rusiyaya bağlı müxalifət dəfələrlə etiraz aksiyaları keçirərək Baş nazir Nikol Paşinyan hökumətini devirməyə çalışdı. Amma erməni müxalifəti xalqın dəstəyini ala bilmədiyi üçün uğursuzluğa düçar oldu. Bu uğursuzluğu Rusiyanın da ayağına yazmaq olar. Çünki Paşinyanın devrilməsini istəyən Moskva bununla məqsədinə çata bilmədi. Analitiklər qeyd edirlər ki, görünür, Moskva silahlı çevriliş planını işə salıb. Ermənistanda çevriliş etmək istəyən qruplaşmanın Rostov-na-Donuda təlimlərə cəlb edilməsi də bu ehtimalları artırır.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya deyib ki, Ermənistan-Rusiya gərginliyi ötən hər gün daha da artır: “Kremlin İrəvanın davranışlarına sərt reaksiya verəcəyi iddiaları əvvəllər də səslənirdi. Çünki 44 günlük müharibədən sonra Ermənistan açıq şəkildə bəyan edir ki, “Rusiya müttəfiq öhdəliklərini yerinə yetirməyib, Rusiya Ermənistana xəyanət edib”. Paralel olaraq da, İrəvan özü üçün başqa partnyor axtarışında idi. Nəhayət, Qərbin dəstəyini Paşinyan arxasına aldı və Ermənistanın siyasi kursunu Qərblə bağladı. Təbii ki, bu, beynəlxalq hüquqla qadağan deyil. Amma İrəvanın bu kursunun Rusiyanın xoşuna gəlməyəcəyi aydın idi. Ona görə də, Rusiya özünə bağlı olan siyasi qüvvələri hərəkətə gətirdi. Moskva gördü ki, bununla Paşinyanı cəzalandıra bilmir, “B” planına keçdi. Bu plan da Ermənistanda silahlı qarşıdurma, silahlı çevrilişdir”.

“Baxın, dünən Paşinyan Rusiyanın çətiri altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında yenə də ağzına gələni danışdı, konkret olaraq bu qurumu Ermənistanın müstəqilliyi üçün təhdid adlandırdı. Bu, bəyanat çevrilişə hazırlıq planının üstü açılandan sonra verilir. Paşinyan bununla Rusiyaya mesaj verir ki, planı baş tutmayacaq, əziyyət çəkməsin”, - deyə Əlizadə vurğulayıb.

Politoloq qeyd edib ki, Ermənistanda olan Rusiyaya bağlı müxalif qüvvələr real hakimiyyətə qarşı təsir etməkdə acizdir: “Yeganə çıxış yolu hakimiyyətə qarşı terror aktları törətməkdir. Ermənistanla Rusiya arasında birbaşa sərhəd olmadığına görə burada hərbi təcavüz ehtimalları da sıfıra bərabər olur. Moskvanın İrəvanda hərbi çevriliş etmək istəyi olsa da, buna imkanları yoxdur. Məncə erməni silahlılarına təlimat keçməklə Moskva sui-qəsdlər təşkil etmək, hakimiyyət orqanlarına hücumlar təşkil etməklə çevriliş gerçəkləşdirmək istəyir. Amma buna da Qərb imkan vermir. Demək olar ki, Paşinyana qarşı silahlı çevriliş planının üstünü də məhz Qərb kəşfiyyat orqanları alıb. Ən azından, Ermənistan güc strukturunu məlumatlandırıb. Paşinyan da bundan arxayın olduğu üçün Rusiyaya qarşı bəyanatlarını səsləndirir”.

“Paşinyana, digər erməni məmurlarına qarşı sui-qəsdlərin edilməsi mümkündür. Ermənistanda bu kimi hallar olub. Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq. Lakin görünür ki, Qərb dairələrindən Paşinyana, onun hakimiyyətinin təhlükəsizliyinə təminat verilib. Ona görə də, silahlı çevrilişin, terrorun olacağı ehtimalı azdır”, - deyə politoloq fikrini tamamlayıb.

Oxunub: 3 260
Paylaş:
Digər xəbərlər

hadise

8-04-2024, 08:08

5 nəfər Azərbaycana verildi - Təhlükəsizlik Komitəsi məlumat yaydı

siyaset

6-11-2023, 15:30

Kart-blanş bitdi: Hədəf odur! - NƏ BAŞ VERİR?

dunya / video

6-03-2023, 09:11

Qazaxıstanda xüsusi əməliyyat keçirilib, onlarla insan saxlanılıb - VİDEO

hadise

2-10-2021, 10:46

DTX Ermənistana casusluq edən şəxsi həbs etdi

hadise

8-09-2021, 10:12

DTX əməliyyat keçirdi - həbs edilənlər var

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Dünən, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Dünən, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Dünən, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Dünən, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dünən, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dünən, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dünən, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dünən, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dünən, 09:19
    Polis əməliyyat keçirdi
  • Dünən, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Dünən, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 10:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 12-06-2026, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə