• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Daha bir "estetik" qurbanı - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb?

gundem / cemiyyet

19-08-2024, 10:17



Estetik mərkəz. Artıq, illərdir ki, belə mərkəzlər geniş yayılmış biznes sahələrindən birinə çevrilib. Yaşından, cinsindən asılı olmayaraq, bir çox insanların üz tutduqları kosmetik və estetik mərkəzlər barəsində narazılıqlar getdikcə daha da artmaqdadır.

Lakin, təəssüflər olsun ki, bu narazılıqların nəticəsi - yəni yaradan şəxsin cəzalandırılıb-cəzalandırılmayacağı bəzən qanunlardan deyil, narazılıq edənin, yaxud barəsində edilənin kimliyindən asılı olur. Bu gün isə "estetik", eləcə də "kosmetoloji xidmət" adı altında insanlara yaşadılan dəhşətlərdən bəhs edəcəyik.

Əvvəlcə bu mərkəzlərə lisenziyanı hansı qurumlar verir və ümumiyyətlə fəaliyyəti barəsində rəy verilməsi hansı qaydalarla həyata keçirilir, buna aydınlıq gətirək.

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır.

O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir.

Müsbət rəy nəzərə alınmaqla müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun kosmetoloji iş üzrə müvafiq lisenziya verilə bilər. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” və digər normativ aktlarla qiymətləndirilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini Vüsalə Əliyeva redaksiamıza müraciət edərək, Həsən Əliyev küçəsindəki "Bi-Es" VİP estetik mərkəzdə çalışan Günel adlı xanımın işindən narazı qaldığını, xanımın ona etdiyi prosedurların (müraciət etmə səbəbi olan) boğaz dərisindəki "venera halqaları" deyilən izləri aparmadığını, əksinə, tətbiq edilən preparatın onun səhhətində və fiziki görünüşündə daha bərbad problemlər yaratdığını bildirib.

Onun sözlərinə görə, izləri aparmaq yerinə, fiziki görünüşündə daha bərbad nəticə yaradan və eləcə də sosial şəbəkələrdə özünü "kosmetoloq" kimi təqdim - daha doğrusu reklam edən həmin Günel adlı xanım onu əmin edib ki, bu "normal haldır" və bir aydan sonra istədiyi nəticəni alacaq.

Beləliklə də, Günel xanımın bu "duzlu-istiotlu" vədinə aldanan Vüsalə Əliyeva dodaq nahiyəsində etmək istədiyi yeniliyi də Günel xanıma həvalə edib ki, elə vəd edilən o, bir ay ərzində hər iki prosedur lazımi nəticəni eyni vaxtda alsın.

Amma, deyir, "sən saydığını say, gör fələk nə sayır"...

Vüsalə Əliyeva deyir, artıq sözügedən prosedurdan aylar keçib. lakin Günel adlı xanım onun nə zənglərinə cavab verir, nə də mesajlarına. Hələ üstəlik nömrəsini də blok edib.

Görünür bu xanım Vüsalə xanım kimi müştərilərin üzərində "məşq edərək" , "kosmetoloq olmağa çalışır". "Alınmayan sınaqlar"ın nəticəsi ilə təkrar rastlaşmamaq üçün isə nömrəsini blok edir, vəssalam...

Amma, deyəsən Günel xanım bir məqamı unudub - bir gün qanunlarla qarşılaşacağını!

Xanım qanunları hansı formada "blok" edəcəyini isə zaman göstərəcək.

Vüsalə Əliyevanın müraciətilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Günel xanıma zəng etdik. Elə özümüzü təqdim edib, Vüsal xanımın onun barəsində bizə müraciət etdiyini demişdik ki, xanım "nəfəs almadan" danışmağa başladı.

Gah dedi, - "O, xanım heç ödənişin hamısını ödəməyib, gətirsin ödəsin başa çatdırım", gah dedi, "Mən daha onu heç qəbul etmərəm", gah da dedi ki, - "Necə ki, başqasının işini bəyənməyib, gətirib mənə əritdirib, yenidən etdirmişdi, eləcə də mənim işimi bəyənmirsə getsin başqa yerdə əritdirib, təzədən düzəltdirsin", deyib, dəstəyi asdı.

İnanın ki, ağzımızı açmağa imkan vermədi.

Bəlli ki, verəcək cavabı olmadığı üçün dayanmadan danışaraq, sual verməyimizə əngəl olmağa çalışırdı. Amma, birnəfəsə tələsik danışmağı ilə həm özünü itirdiyini büruzə verdi, həm də biri-birini tamamlamayan cümlələrlə özü haqqında əlavə şübhələr yaratmış oldu.

1. Əvvəla onu qeyd edək ki, Vüsalə xanım ona etdiyi ödəniş qəbzlərinin, bank kartına etdiyi köçürmələrin və onunla aralarında baş tutan bütün yazışmaların şəkillərini redaksiyamıza da təqdim edib. Qarşıdakı günlərdə həmin fotolar tərəfimizdən aidiyyatı qurumlara da göndəriləcəkdir.

2. Günel xanımın bu cür fəaliyyət üçün hər hansı bir tibbi təhsili, fəaliyyət göstərməsinə dair rəsmi icazəsi - yuxarıda da qeyd etdiyimiz kimi, Səhiyyə Nazirliyinin rəyi, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyası varmı - yoxmu bu belə bəlli deyil, üstəlik xanım kartdan karta köçürmə üsulu ilə ödəniş alaraq, vergidən yayınır.

3. Qaldı ki, güya "başqasının işini bəyənməyib bu mərkəzə müraciət etmək" məsələsinə, xanım bunu birmənalı şəkildə rədd edir və ilk dəfə "instagram" sosial şəbəkəsində reklamını gördüyü Günel xanıma müraciət etdiyini deyir.

Ahaaa.... deyəsən, Günel xanımın "qurban" ı təkcə Vüsalə Əliyeva deyil, yoxsa niyə səhv salsın ki?!

Bundan əlavə, Vüsalə Əliyeva bildirir ki, "Bi-Es" VİP estetik mərkəzində olarkən özünü müdür köməkçisi kimi təqdim edən Ruslan adlı şəxs ona yaxınlaşıb və xahiş edib ki, "səs-küy salma, bir ay gözlə, yaxşı olmasa gəl, mən sənin ödədiyin pulu ondan alıb, özünə qaytaracam".

Deyilən vaxt tamam olanda xanım həmin şəxsə zəng edib, verdiyi vədi xatırladıb. Bu dəfə isə bir ay əvvəl söz verən bəy məsuliyyəti üzərindən atıb. Xanım şikayətçi olacağını bildirdiyində isə, Ruslan bəy ona, "Məgər bura estetik mərkəzdir ki, buranı şikayət edəsən? Qapının çölündə elə yazı görmüsən?

Mən sadəcə yerimi arendaya verib, pulumu qazanıram.", cavabını verib.

Aşağıda təqdim etdiyimiz fotodakı sözügedən mərkəzin giriş qapısıdır.
İndi Ruslan bəyin müdirinin Günel xanım kimi icarədarları ilə icarə müqaviləsi varmı, insanların həyatının risk altında olduğu bir fəaliyyət üçün icarədarlarının aidiyyatı qurumlar tərəfindən rəsmi göstərişləri varmı, yoxdursa bəs müdür hansı əsasla onlara mərkəzdə fəaliyyət şəraiti "lütf edib", bütün bunları aidiyyatı qurumlar özləri araşdıracaq.

P. S: Növbəti həftənin ilk iş günü redaksiyamız tərəfindən rəsmi sorğular və Vüsalə xanımın redaksiyamıza təqdim etdiyi materiallar aidiyyatı qurumlara göndəriləcək. (Dogruxeber.az)

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

Oxunub: 1 310
Paylaş:
Digər xəbərlər

cemiyyet

16-02-2022, 16:00

Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı

gundem / sehiyye

30-07-2019, 08:17

Həkimin ölümü ilə bağlı şok ittihamlar – Villa, 150 min dollar, alver…

gundem / sou

2-05-2019, 12:55

Kəmalə Qaramollayeva: “Bədən quruluşuna görə tək-tük müğənnilərdənəm” — VİDEO

gundem / cemiyyet

4-11-2018, 15:56

Əflatun Amaşov: “Saytlara maliyyə ayrılsa, “reket jurnalistika” ilə mübarizə daha intensiv olar”

gundem / hadise

5-05-2018, 14:16

Xətai Estetik Klinikasında əməliyyat olunan 8 yaşlı uşaq qanaxmadan vəfat etdi - Sensasion iddia + Açıqlama

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Dünən, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Dünən, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Dünən, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Dünən, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dünən, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dünən, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dünən, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dünən, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dünən, 09:19
    Polis əməliyyat keçirdi
  • Dünən, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Dünən, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 10:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 12-06-2026, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə