• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Vüqar Əhmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

cemiyyet

5-06-2023, 12:16

Vüqar Əhmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


Son günlər bəzi internet saytlarında "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. “Azərişıq” ASC-də satınalmalar qanunlarla deyil, maraqlara üyğun təşkil edilir – KİMLƏRİN?" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovhaqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vüqar Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vüqar Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov - Son 3 ilə yaxın dövrün mühüm reallıqlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızın cənnət məkana çevrilməsi istiqamətində mühüm addımların atılması, Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsidir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərinə qovuşdu. Bu il 28 May- Müstəqillik Gününü dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə qeyd etdi.
2023-cü ilin hədəfləri sırasında laçınlıların Laşına qayıdacağı əsas yer tuturdu. Dövlət başçısı İlham Əliyev bu prosesin ilin sonuna qədər reallığa çevriləcəyini bildirmişdir. Amma bu ilin aprelində ölkə Prezidenti Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin ilin sonuna qədər Laçın şəhərinə qaytaracağımızı qeyd etmişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq. Yəni, bu işi vaxtından tez görürük.

Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır. Nəticənin tez bir zamanda əldə edilməsi təbii ki, ölkəmizin imkanlarının təqdimatıdır. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanına çevrilib. Dövlət başçısı İlham Əliyevin son üç ilə yaxın dövrdə bütün tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərdə qeyd etməsi hər birimizdə böyük qürur hissi yaradır. Hər bir səfər Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Cənab İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Belə ki, dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, həmçinin Zallar, Yanşaq kəndlərinin təməlini qoydu, hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik Stansiyalarının açılışında iştirak etdi. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Şəhərin Baş planı dövlət başçısına təqdim edildi. Cənab İlham Əliyev Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının açılışında, Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimində iştirak etdi. Bu sıralamanı yenə də davam etdirə bilərik. Bərpa-quruculuq işlərinin belə sürətlə aparılması həm ölkəmizin iqtisadi və maliyyə imkanlarını, həm də Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir.



Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara evlərin açarlarını təqdim edərkən bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, ilk 20 ailə artıq Laçında yerləşdi və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib. Onlardan 620-si fərdi, 9 çoxmənzilli binadır. Bu, hələ tam proqram deyil. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı dəqiq təsəvvürlər var. İlin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.



Oxunub: 1 580
Paylaş:
Digər xəbərlər
Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
13-06-2026, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
13-06-2026, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • 13-06-2026, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • 13-06-2026, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • 13-06-2026, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 09:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 10:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 12-06-2026, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
13-06-2026, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə