• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Bəhruz Məhərrəmov: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi Xudafərinin azad edilməsiylə müqayisə oluna bilər

siyaset

24-04-2023, 10:02

Bəhruz Məhərrəmov: Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi Xudafərinin azad edilməsiylə müqayisə oluna bilər


Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın qətiyyətli iradə ifadəsi ilə bərabər beynəlxalq və milli hüququn təntənəsi hesab olunmalıdır. İlk növbədə ona görə ki, qanunvericiliklə dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, beynəlxalq hüququn ən azı üç prinsipinə əsasən hər bir dövlət digər dövlətin suverenliyinə, yəni digər dövlətlərin heç bir müdaxiləsi olmadan öz ərazilərində hakimiyyətini həyata keçirmək hüququna hörmətlə yanaşmaq məcburiyyətindədir: "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun 12-ci maddəsinə əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası aparılmasa, sərhədlər hələ ki, şərti xarakter daşısa da, 10 noyabr bəyanatına uyğun olaraq Laçın-Xankəndi yolu humanitar məqsədlərlə açıqdır. Lakin təəssüf ki, həmin yoldan Üçtərəfli bəyanatda müəyyən edilən məqsədlərdən kənar formada, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilir, Qarabağa silah, mina və canlı qüvvə daşıyırdılar. Hansı dövlət özünün ərazisindən özünə qarşı istifadə edilməsinə razı olar? Hansı dövlət öz sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd nəzarəti olmadan keçidə imkan verər? Bu mənada buraxılış məntəqəsi qurulması bütövlükdə təhlükəsizliyin, o cümlədən suverenliyin ilkin şərtlərindən birinin təmin edilməsidir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, artıq Ağalı və Talış kəndlərinə qayıdışın ilkin mərhələsi başa çatıb, tezliklə digər azad olunmuş ərazilərə də mülki insanlar köçürüləcək: “Laçın-Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar və davamlı olaraq müşahidə olunan təxribatlar fonunda həmin insanların təhlükəsizliyinə necə təminat vermək olar? Digər tərəfdən, Ermənistan özü birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub. Belə olan halda həmin yol üzərində Azərbaycan DSX-nin nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı hansı əks arqument irəli sürmək olar? Əgər kimsə Qarabağda yaşayan mülki ermənilərin taleyindən narahatlıq keçirirsə, bu, sadəcə riyakarlıq və saxtakarlıqdır. Faktiki olaraq 12 dekabr 2022-ci ildən etibarən eko-fəalların etiraz aksiyası şəraitində yola biz nəzarət edirik və bu müddət ərzində Qarabağın erməni əsilli sakinlərinin bu yolla hərəkəti heç bir formada məhdudlaşmayıb, bütün humanitar yüklər sərbəst şəkildə keçib. Bunu əlimizdəki videogörüntülər də, Qızıl Xaç Komitəsi də, Rusiya sülhməramlıları da təsdiq edir. Eyni zamanda müharibədən sonra rəsmi Bakı davamlı olaraq erməni əsilli sakinləri reinteqrasiya prosesinə təşviq edir, lakin qanunsuz kommunikasiya bağlantıları bu prosesə mane olub. Bu mənada sərhəd buraxılış məntəqəsinin qurulması erməni sakinləri, nəhayət ki, düşünməyə vadar edərək, reinteqrasiya prosesini sürətləndirəcək. Onlar nəhayət ki, qərara gələrək ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Prezident İlham Əliyevin aprelin 18-də müsahibəsində də ifadə etdiyi kimi, "hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar". Heç şübhəsiz ki, müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması ilə həmin şəxslər separatçı ünsürlərin əsarətindən qurtularaq reinteqrasiyanın da uğurla başa çatmasına töhfələrini verəcəklər. Separatizm meylləri olan şəxslər üçün isə cənab İlham Əliyevin dediyi kimi, "qapı açıqdır".

Deputat vurğulayıb ki, bu gün atılan qətiyyətli addım Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə suveren nəzarətinin bərpası istiqamətində mühüm mərhələdir və əhəmiyyətinə görə təcavüzkar məqsədlərlə istifadə olunan Xudafərin qəsəbəsinin azad edilməsi ilə müqayisə oluna bilər: “Beynəlxalq reaksiyalara gəlincə, hüququ və ədaləti rəhbər tutan, regionda sülh arzulayan güc mərkəzlərindən bu prosesin alqışlanacağı şübhə doğurmur. Mümkün əks mövqelərə gəlincə, bölgədə reallığı diqtə edən qalib tərəf olaraq biz, öz suveren hüququmuzla bağlı heç bir beynəlxalq tərəf, güc və subyektlə müzakirə aparmaq niyyətində deyilik”.

Oxunub: 2 110
Paylaş:
Digər xəbərlər

siyaset

24-04-2023, 09:44

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 134 gündür yüksək fəallıqla davam edir

siyaset

24-04-2023, 09:38

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırıldı - VİDEO

siyaset

23-02-2023, 12:48

XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır

dunya

28-02-2020, 15:00

“Sərhədlərimizdən gediş-gəlişdə heç bir məhdudiyyət tətbiq edilməyib” – DSX

gundem / siyaset

18-04-2019, 14:32

DSX rəisi Rusiya ilə sərhəddə

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Dünən, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Dünən, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Dünən, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Dünən, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dünən, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dünən, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dünən, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dünən, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dünən, 09:19
    Polis əməliyyat keçirdi
  • Dünən, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Dünən, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 10:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 12-06-2026, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə