• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Əgər Paşinyan əbədi sülhün əyləcinə çevriləcəksə... - İNCƏLƏMƏ

siyaset

20-04-2023, 15:00



Azərbaycan 44 günlük Qarabağ müharibəsindən sonra “eyforiya” içindədir və bundan da artığını əldə etməyə çalışır”. Bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna beynəlxalq aləmdə yaranan vəziyyət də kömək edir. Çünki Azərbaycan enerji və ya logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb.

Paşinyan qeyd edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq niyyətində səmimidir. Onun sözlərinə görə, bu, o zaman reallığa çevrilə bilər ki, hər iki dövlət qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanısın və bir-birinə ərazi iddiaları irəli sürməmək barədə öhdəlik götürsün. Paşinyan əlavə edib ki, əslində, Azərbaycan prezidenti ilə Soçidə və Praqada bununla bağlı razılaşma əldə ediblər.

“Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz gözləyirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni addım atacaq”, – Paşinyanın qeyd edib.

İrəvan təklif edir ki, gələcək sülh müqaviləsinə ölkələrin ərazi bütövlüyünün əsası kimi Ermənistan və Azərbaycan SSR-in Sovet İttifaqında tərtib edilmiş xəritələri əlavə edilsin. “Lakin burada ən çətin məsələ Dağlıq Qarabağdır”, – deyə o, dərhal əlavə edib.

Baş nazirin sözlərinə görə, Qarabağ münaqişəsinin davam etdiyi bütün dövr ərzində xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri “yan-yana dayanıb”.

Əgər öz müqəddəratını təyinetmə məsələsini qaldırılırsa, bu, “ərazinin bir hissəsini” nəzərdə tutur. Paşinyan bildirib ki, erməni tərəfi nəinki bu fəlsəfəni yaradıb, onu hər cür “malalayaraq” həm özünü, həm də Dağlıq Qarabağ xalqını aldadıb.

Ermənistan baş naziri deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanın 29.800 kv. km ərazisini tanıdığını və öz növbəsində İrəvan heç bir ölkəyə qarşı ərazi iddiası olmadığını dəqiq bəyan etdikdə, Ermənistan və region üçün sülh yaranacaq.

Paşinyan hesab edir ki, əgər bu addım atılmasa, o zaman heç kim Ermənistanın inkişafına imkan verməyəcək. Sülhə nail olmaq – dörd qonşu dövlətlə normal münasibət qurmaq deməkdir. Paşinyan qeyd edib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşməsindən getdiyindən, hazırda daha çox Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Ümumilikdə götürdükdə, əla çıxışdır. Ortada bir “amma” olmasaydı. Bu, yenə də Paşinyanın deputatlar qarşısında çıxışı zamanı “büdrədiyi” Qarabağ məsələsidir. Yəni başa düşmək olmur ki, bu şəxs nə üçün mininci dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı öz mövqeyini təkrarlayır və dərhal onun suveren ərazisinin bir hissəsi ilə bağlı hansısa şübhəli qeyd-şərtə yol verir. Axı o, bütün bunları ilk dəfə demir. Paşinyanın bunu etməkdə məqsədi nədir? O, hansısa yolla Azərbaycan rəhbərliyini razı salmağa ümid edir?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun suallarına cavab verib.

Onun sözlərinə görə, artıq hər kəsə aydındır ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli müharibə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ucbatından baş verib. Ermənistan “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanaraq Qarabağı zorla Azərbaycandan ayırmaq istəyib. Amma bunu bacarmayıb.

“İndi reallıqla barışmaq, regionda sülh və əməkdaşlığa gəlmək lazımdır. Əks halda, Ermənistan üçün daha çətin olan yeni müharibə qaçılmazdır.

Müəyyən fasilələrlə 35 ildən artıqdır davam edən münaqişənin sonu Ermənistandan asılıdır. İki ölkə arasında sülhün mümkünlüyü Ermənistanın davranışından asılıdır. Üzdə bir söz deyib, arxada başqa bir addım atmaqla sülh əldə etmək olmaz.

Ermənistanın baş naziri N.Paşinyan daxili auditoriya qarşısında səsləndirdiyi fikirlərdə əvvəlki kimi səmimi deyil. Paşinyan, özündən əvvəlki erməni siyasətçiləri kimi Ermənistan ictimaiyyətinə həqiqəti demir. Bir tərəfdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, digər tərəfdən isə “Dağlıq Qarabağ” termini ilə Azərbaycan ərazisinə iddiasını davam etdirir. O, bu iddiaların nə ilə nəticələnəcəyini bilir və bu cür davranmaqla əslində erməni cəmiyyətinə növbəti bəla gətirir.

Güman edirəm ki, Paşinyanın “Dağlıq Qarabağ” ifadəsini təkrar etməsinin bir neçə səbəbi var. O, erməni millətçilərinin, diaspor təşkilatlarının, dini qurumların və erməni müxalifətinin tənqid və təzyiqlərindən yayınmağa çalışır. O, regionda Rusiya, İran və Fransanın maraqlarından çıxış edərək, onlardan dəstək almaq istəyir. Onun Qərblə yaxşı münasibətləri var və bu faktordan Azərbaycana qarşı istifadə edə biləcəyini düşünür.

Beynəlxalq ictimaiyyət hələ də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı və qəti mövqeyə malik deyil. Beynəlxalq ictimaiyyətin Ukrayna, Gürcüstan və Moldova ərazisindəki bu cür münaqişələrə yanaşması Azərbaycan ərazisindəki münaqişəyə yanaşma ilə bəzən üst-üstə düşmür. Bu, Ermənistana hələ də ümid verir. Ermənistanda yanlış bir əminlik var ki, Rusiya Ukrayna ilə müharibədə ağır məğlubiyyətə uğrasa, Ermənistan Qərbə yaxınlaşacaq və “Dağlıq Qarabağ” məsələsini yenidən beynəlxalq səviyyəyə çıxaracaq.

Amma Azərbaycanın bütün ictimai-siyasi təşkilatlarının “Dağlıq Qarabağla” bağlı vahid mövqeyi var. Azərbaycan prezidentinin bu istiqamətdə zərrə qədər də güzəştə getməsi real deyil. Birləşmiş Ştatlar regionda təhlükəsizlik, sabitlik və əməkdaşlıq naminə tezliklə davamlı sülh istəyir. Paşinyanın sülhdən yayınma imkanı tükənir”, – deyə N.Məmmədli yekunlaşdırıb.

Maraqlıdır ki, elə həmin vaxt Azərbaycan prezidenti Salyana səfəri zamanı AzTV-yə müsahibə verib və həmin müsahibədə də ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsinin bağlanmasının zəruriliyindən danışıb. Və hətta elə hiss yaranır ki, bu sinxronluq təsadüfi deyil. Bəs Ermənistan və Azərbaycan liderləri bu çıxışları kimə ünvanlayır? Bəlkə bu, Moskvaya bir siqnaldır ki, tərəflər artıq hər şeyi təkbətək razılaşdırmağa hazırdırlar və onun regionda mövcudluğuna ehtiyac yoxdur?

Məsələn, İlham Əliyev xüsusi olaraq xatırladıb ki, Bakı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təklif edib və məlum beş prinsipi məhz o irəli sürüb. “Bunlar beynəlxalq hüququn fundamental norma və prinsipləridir. Biz əvvəlcədən bildirdik ki, məhz suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.

Bizə elə gəlir ki, Ermənistan da prinsipcə bizim yanaşmamızla razılaşır, çünki başqa variant yoxdur. Məhz buna görə də ötən ilin oktyabrında Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Yəni Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həll edilməli olduğunu qəbul edib. Bəs bu Bəyannamədə nə deyilir? Deyilir ki, ittifaq respublikaları arasındakı sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, Ermənistan bu rəsmi addımı atmaqla Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdı”, – deyə Əliyev bildirib.

Onun fikrincə, Alma-Ata Bəyannaməsini əsas götürən və bu əsasda sülh müqaviləsinə hazır olduğunu bildirən Ermənistan artıq Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən bəyan etməlidir. “Düşünürəm ki, başqa yol yoxdur”.

O, daha sonra deyib: “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da başqa yaşayış yeri axtarmalıdırlar. Burada tam azadlıq var, bütün demokratik yollar təklif olunur. Bu məsələ insan haqları əsasında həll olunmalıdır, bu gün bizim bütün addımlarımız da bunu göstərir. Bizim niyyətimiz isə tezliklə sülh müqaviləsi imzalamaq və Azərbaycanla Ermənistan arasında qarşıdurmaya son qoymaqdır.

Əminəm ki, bu gün Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə, bu zəlilər, bu vəhşi heyvanlar, separatçılar buna imkan vermirlər. Bu insanlara dinc yaşamağa imkan verilmir, onları 30 ildir girovluqda saxlayıblar. Ona görə də mənim mövqeyim belədir – qoy bunu hamı eşitsin – həm Ermənistan rəhbərliyi, həm də bu gün onların arxasında duran qüvvələr – heç kim bizim iradəmizə təsir edə bilməyəcək. Biz bunu müharibə zamanı da, ondan sonra da sübut etdik. Lazım gələrsə, istənilən formada bir daha sübut edəcəyik”.
Pressklub.az

Oxunub: 2 070
Paylaş:
Digər xəbərlər

dunya

18-04-2023, 12:33

Paşinyan: Bir daha deyirəm, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır

dunya / video

12-05-2022, 10:15

Paşinyan rəsmən elan etdi: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır - VİDEO

dunya

25-01-2022, 09:01

Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişi var"

siyaset

16-12-2021, 11:43

“Azərbaycanla əldə olunan razılaşma vacibdir” - Paşinyan

gundem / siyaset

20-05-2021, 22:33

Dövlət başçısı: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

Şou Biznes
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Hasan Can Kaya və “Reynmen” saxlanıldı
Azərbaycan şou-biznesində vətənpərvər xanım müğənni
Ağadadaş Ağayev amnistiyaya düşdü - cəzadan azad edilir
Cəmiyyət
Bu gün, 11:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Bu gün, 09:50
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Bu gün, 09:00
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Bu gün, 08:32
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 19:46
Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
Dünən, 16:00
Mayda iki dəfə iş saatı qısaldılacaq
Kriminal
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
30-03-2026, 08:40
Doğum zamanı körpə öldü
Son xəbərlər
  • Bu gün, 11:22
    Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
  • Bu gün, 11:18
    Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
  • Bu gün, 09:50
    Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
  • Bu gün, 09:46
    TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
  • Bu gün, 09:30
    Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
  • Bu gün, 09:11
    Ərdoğanı İrəvana dəvət etdilər
  • Bu gün, 09:00
    “Onlar Qırmızı Meydandakı parada qatılmayacaqlar”
  • Bu gün, 09:00
    Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
  • Bu gün, 08:54
    Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
  • Bu gün, 08:50
    Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
  • Bu gün, 08:44
    SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
  • Bu gün, 08:37
    İlqar Əliyev həbsdə vəfat etdi
  • Bu gün, 08:32
    Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
  • Bu gün, 08:27
    İran millisi DÇ-2026-da iştirak edəcək
  • Bu gün, 08:23
    Pentaqon: ABŞ-ın 2027 büdcəsində Ukraynaya yeni yardım nəzərdə tutulmur
  • Bu gün, 08:17
    "Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə olacaq"
  • Bu gün, 08:08
    Prezident: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
  • Dünən, 19:46
    Biləcəridə ekoloji cinayət: kimlər himayə edir?
  • Dünən, 16:00
    Mayda iki dəfə iş saatı qısaldılacaq
  • Dünən, 15:30
    Nüvə silahı: İranın ambisiyası, Türkiyənin dilemması və qlobal sistemin sərhədləri
  • Dünən, 14:22
    Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
  • Dünən, 13:43
    Rusiyada DƏHŞƏT: Dağıntılar altında qalanlar var
  • Dünən, 13:12
    Azərbaycan AŞ PA-ya qayıdacaqmı? - GƏLİŞMƏ
  • Dünən, 12:13
    “İranda dini rejim yerini təhvil verir” İDDİASI
  • Dünən, 11:57
    Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
  • Dünən, 11:54
    İlham Əliyev: Güləş federasiyası gənc idmançıları toplanışlara cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək
  • Dünən, 11:51
    İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
  • Dünən, 10:31
    Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
  • Dünən, 10:27
    Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi
  • Dünən, 10:22
    Okamponun videoetirafı - “Paşinyanı uzaqlaşdırmaq lazımdır”
  • Dünən, 10:15
    Çörəyin qiyməti ilə bağlı qərar verildi
  • Dünən, 09:49
    Pezeşkian hərəkətə keçdi: Müharibə bölgələri ilə bağlı təcili QƏRAR
  • Dünən, 09:43
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Dünən, 09:40
    Ölkədə maaşlarla bağlı VACİB XƏBƏR
  • Dünən, 09:26
    Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Daha çox
24-04-2026, 14:09
“Qərəzli iddialar həqiqəti dəyişmir: Məzahir Səlimovun fəaliyyəti açıq və şəffafdır”
27-04-2026, 11:30
İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilir
24-04-2026, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
24-04-2026, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
24-04-2026, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
24-04-2026, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə