4-03-2022, 11:29
Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verilib

Şuşada yol qəzasında həlak olan əsgərə şəhid statusu verilib


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Report verdiyii məlumata görə, qanunvericiliyə əsasən, V.Kazımova şəhid statusu verilib.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın