23-02-2022, 10:35
"Bu, işğalın başlanğıcıdır, Rusiya Ukrayna sərhədlərinə qan daşıyır" - Bayden

"Bu, işğalın başlanğıcıdır, Rusiya Ukrayna sərhədlərinə qan daşıyır" - Bayden


ABŞ lideri Co Bayden Rusiyanın addımlarını “işğalın başlanğıcı” kimi xarakterizə edib.

Xarici KİV xəbər verir ki, Bayden Rusiyanın Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə “Sülh Qüvvələri” göndərməsindən danışıb:

“Putinin qərarları Rusiyanın Ukrayna işğalının ilk addımıdır. Rusiya təcavüzünü davam etdirərsə, sanksiyalarımıza davam edəcəyik” – Bayden söyləyib.

ABŞ Prezidenti Moskvanın Ukraynaya qarşı böyük hərbi hücuma hazır olduğuna inandıqlarını ifadə edib:

“Rusiya Ukrayna sərhədlərinə qan və tibbi avadanlıq daşımağa davam edir. Müharibəyə başlamaq istəmirsinizsə, sizə qan lazım deyil. ABŞ NATO müttəfiqlərini qorumaqda qərarlıdır. Amma bizim bütün hərəkətlərimiz müdafiə xarakteri daşıyır. Biz heç bir şəkildə Rusiyaya qarşı hücuma keçməyəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın