“ ADAU valideynlərin gözü ilə” online tədbir keçiriləcəkdir
gundem / cemiyyet
7-06-2021, 09:39
Dəyərli dostlar, hörmətli valideynlər, 07 iyun 2021-ci ildə saat 15:00-da Azərbaycan Dövlət Aqrar Universitetində“ ADAU valideynlərin gözü ilə” online tədbir keçiriləcəkdir. Əvvəlki illərdə də biz belə tədbirlər etmiş, valideyn şurası yaratmışıq. Pandemiyadan dolayı uzun zamandır ki, görüşə bilmirik, lakin buna ehtiyac var. Online tədrisdə və imtahan sessiyasında Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Xahiş edirəm daha çox valideynin iştirakını təmin edin.İştirak üçünaşagıdakı elektron ünvana müraciət edib qeydiyyatdan keçin: tedris@ adau. edu.az