YAP Quba rayon təşkilatı tərəfindən" Şəhid ailələrinə qayğı" aksiyası davam edir
gundem / bolge
7-05-2021, 18:54
YAP Quba rayon təşkilatı tərəfindən" Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və aparatın işçiləri tərəfindən Quba rayonu Zərdabi kəndindən olan şəhid Məhəmmədov Musa Bəhram oğlunun ailəsini ziyarət edib , şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyüdüklərinə görə təşəkkür edilib. Şəhidimizin anası Məmmədova Rübabə Cəmaləddin qızı bildirib ki, oğlu Musa Məhəmmədov vətənpərvərlik hissi ilə böyümüş, könüllü olaraq hərbi xidmətə yola düşmüşdür. Oğlum oktyabr ayının 2-də Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra oğlum Kəlbəcərin azad olunması və Vətən uğrunda mədalları ilə təltif olunmuşdur. Ziyarət zamanı YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailəsinə ərzaq yardımı edilib. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin.