1-07-2020, 09:06
Bill Qeyts koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı

Bill Qeyts koronavirus əleyhinə hazırlanan peyvəndin qüsurlarından danışdı


Texnologiya nəhəngi Microsoft şirkətinin qurucusu Bill Qeyts CNN-də koronavirusa qarşı hazırlanan peyvənddəki qüsurlar haqqında danışdı.
Ted.az bildirir ki, iş adamının sözlərinə görə, hazırda alimlər tərəfindən hazırlanan peyvəndin əsas məqsədi yalnız xəstəliyə yoluxan insanları sağaltmaq deyil, həm də infeksiyasının yayılmasının qarşısını almaqdır.

O bildirib ki, hazırlanan peyvəndlərin heç biri virusun yayılmasının qarşısını ideal şəkildə ala bilməz: "Peyvəndin koronavirusdan sağaldacağına zəmanət verilmir".

Eyni zamanda, o, bədənin xəstəliyə qarşı immun reaksiyasının effektivliyinin son dərəcə yüksək səviyyədə olduğunu qeyd edib. Geytsin fikrincə, insan orqanizmi tərəfindən hazırlanan immunitet koronavirusdan onu ən azı bir il qoruya bilər.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın