Bərdədə tapılan qədim küpün içindən çıxanlar görənlərin təəccübünə səbəb oldu

Bərdə rayonunun Şirvanlı kəndində qədim dövrə dair küp tapılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şirvanlı kənd sakini Cavanşir Məmmədxanov yaşadığı evin həyətində su quyusu qazan zaman küp tapıb.

O, tapıntısı barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Nəticədə küpün içindən insan skeleti çıxıb.

Küpün və skeletin hansı dövrə aid olduğunu keçirilən tibbi ekspertiza müəyyənləşdirəcək.
Ctrl
Enter
Mətndə səhv varsa Ctrl+Enter düyməsini sıxın