• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində uzun fasilənin sirri

gundem / kriminal

29-08-2019, 08:31

Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində uzun fasilənin sirri

Ötən 3 ayda Vüqar Mahmudovun cinayət işi üzrə cəmi bir neçə proses olub, səbəb…

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə bu ilin mayında başlanıb. Ötən 3 aydan bir qədər artıq müddət ərzində Vüqar Mahmudovun cinayət işi üzrə 4-5 proses təyin olunub, həmin proseslərdən 3-də Vüqar Mahmudov naməlum səbəblərdən iştirak etməyib. Buna görə də hər dəfə proses təxirə salınıb.

Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs olunub. Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunub. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb. İndi o, həm də CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittiham edilir.

Vüqar Mahmudov ittihamlar üzrə özünü təqsirli bilmir, məhkəmədə danışmaqdan imtina edir. Onun cinayət işi üzrə sonuncu proses bu ayın 5-də baş tutmuşdu. Bundan əvvəlki 3 proses isə qeyd etdiyimiz kimi, Vüqar Mahmudovun qatılmaması səbəbindən baş tutmamışdı. Avqustun 5-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında da, Vüqar Mahmudov ünvanına səslənən ittihamlara cavab verməyib, yalnız sakit şəkildə əleyhinə verilən ifadələri dinləmişdi. Həmin prosesdə zərərçəkən Sahib Qurbanov demişdi ki, tanışı Amil Yusifov siqaret ticarəti ilə məşğul olub və onu MTN-in Xəzər rayon şöbəsinin əməkdaşları saxlamışdı. Dostunun cinayət məsuliyyətinə cəlb olunmaması üçün danışıq aparmaq məqsədilə şöbəyə getdiyini deyən S.Qurbanovun sözlərinə görə, orada MTN-in Heydər İslamov adlı əməkdaşı ilə görüşüb. Orada Heydər İslamov ondan 40 min manat istəyib.

Sahib Qurbanov onu da deyib ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra həm prokurorluğa şikayət edib, həm də vaxtilə pul verdiyi adamlara zəng edib, pulunu geri istəyib. Heydər İslamov ona 5 min manat verib, deyib ki, qalanını da bir müddət sonra verəcək. Zərərçəkmişin sözlərinə görə, qalan pulu ona verməkdən imtina ediblər. Deyiblər ki, ondan aldıqları pulu da, siqareti də Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudova veriblər və pulu ondan tələb elə.

“Onlar demişdilər ki, nazirlikdə Vüqarın sözü müavinlərdən çox keçir. Onun hər kəlməsi Eldar Mahmudovun sözü kimi qəbul edilir” – deyə, zərərçəkən Vüqar Mahmudovun üzünə qarşı bu sözləri deyib.

Digər zərərçəkən Zaur Əzimov məhkəmədə bildirib ki, MTN əməkdaşlarına azad edilməsi üçün 120 min manat verib.

“İndi mənə dəyən ziyanı tələb edirəm -100 min dollarlıq siqareti, 120 min manat da pulumu alıblar. O pulları mənə qaytarsınlar ki, zərərçəkənlərin pulunu verim. Mən həbsə MTN əməkdaşları Rafiq Səfərov və Heydər İslamova görə düşmüşəm. Mən Vüqar Mahmudovu tanımıram. Lakin istintaq vaxtı Rafiq Səfərovla Vüqar Mahmudovun mesajlarına baxmışam. Orada Vüqar Mahmudov mənim haqqımda yazmışdı ki, ”Zauru bir az da sıxın” – deyə, zərərçəkən bildirib.

Vüqar Mahmudov isə bu ifadələrlə razılaşıb-razılaşmaması haqda heç nə deməyib.

Hakim bundan sonra prosesi 1 ay 4 gün sonraya təyin edib. V.Mahmudovun işi üzrə növbəti məhkəmə iclası sentyabrın 9-da keçirilməlidir.

Azərbaycan məhkəmələrində proseslərin aparılma qaydası, ardıcıllığı haqda xəbərdar olanlar bilirlər ki, 1 aylıq fasilələr çox nadir hallarda olur. Hakimlər 2-3 günlük fasilələrlə bağlı vəsatətlərə belə olduqca xəsisliklə yanaşır, prosesin tez bitməsinə çalışırlar. Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə isə fərqli yanaşma sərgilənir. Prosesin aylarla uzanması hakimləri sanki narahat etmir. Məhkəmənin bu qədər fasilə verməsinin səbəbi də açıqlanmır. May ayından bu yana prosesin saqqız kimi uzanmasının hansı məqsədlərə xidmət etməsi aydın deyil. Ehtimallar var ki, prosesin uzanması Vüqar Mahmudovun, onun əmisi oğlunun maraqlarına uyğundur. Prosesin yazdan payıza daşınmasının sirri olmamış deyil. Ortada mübhəm bir prosesin varlığı diqqət çəkir. “Nə baş verir” sualı isə açıqdır…

V.Mahmudov 2015-ci il oktyabrın 17-də MTN-də generalların həbsi, əmisi oğlunun vəzifədən kənarlaşdırılmasıyla nəticələnən əməliyyatdan iki il sonra tutulub. O, 2015-ci ildə həbs olunan Akif Çovdarov və digər generalların işi üzrə şahid qismində dindirilmişdi. Çünki bir çox ittiham epizodlarında adı çəkilirdi. Sonradan özünə də eyni hadisələrə görə ittiham verildi.

Oxunub: 4 840
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

17-05-2019, 13:11

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir

gundem / siyaset

24-04-2019, 13:15

Eldar Mahmudov “düyünü” əmisi oğlunun məhkəməsində açıla bilər

gundem / hadise

14-01-2019, 13:50

Eldar Mahmudovun revanşı – həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi

gundem / cemiyyet

10-09-2018, 13:02

Eldar Mahmudov sabiq “kassir”inə həbsxanada baş çəkib? – Vəkildən açıqlama

gundem / siyaset

21-09-2018, 12:52

Eldar Mahmudov “dustaqlıqdan çıxdı” iddiası - İLGİNC

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Dünən, 09:12
DYP sürücülərə və piyadalara müraciət etdi
Dünən, 08:23
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
31-07-2026, 09:00
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
30-07-2026, 13:49
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
30-07-2026, 12:16
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
30-07-2026, 10:47
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 11:47
    Sabah 39° isti olacaq
  • Dünən, 09:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dünən, 09:49
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dünən, 09:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dünən, 09:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dünən, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • Dünən, 08:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dünən, 08:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dünən, 08:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dünən, 08:33
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 08:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dünən, 08:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 11:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 11:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 10:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 10:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 10:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 09:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 09:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 09:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 09:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 09:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 09:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 09:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 09:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 09:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 31-07-2026, 08:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 08:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 08:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
Daha çox
30-07-2026, 19:11
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
Dünən, 11:47
Sabah 39° isti olacaq
29-07-2026, 16:00
102-ci bazanın taleyi danışıqlar masasında
28-07-2026, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
27-07-2026, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 09:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə