• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Eldar Mahmudovun revanşı – həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi

gundem / hadise

14-01-2019, 13:50

Eldar Mahmudovun revanşı – həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi

















Sabiq nazir həbsdəki əmisi oğlunun azadlığa çıxması üçün hərəkətə keçib

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov köməkçisi olmuş – əmisi oğlu Vüqar Mahmudovun ən yüngül cəza ilə azadlığa çıxması üçün hərəkətə keçib. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, sabiq nazir köhnə əlaqələrini işə salaraq Vüqar Mahmudovun nəticə etibarı ilə məhkəmənin mümkün ən yüngül cəzası ilə cəzalandırılmasına çalışır. İddiaya görə, sonrakı mərhələdə isə Vüqar Mahmudovun şərti cəza ilə azadlığa çıxması ssenarisi nəzərdən keçirilir.

Vüqar Mahmudov 2017-ci ilin noyabrında həbs edilib. Vüqar Mahmudov ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsini tutub. De-fakto isə nazirin köməkçisi və “qara kassası” funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İlkin olaraq ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub. Vüqar Mahmudovun barəsində 2017-ci il noyabrında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan müddət bir neçə dəfə artırılıb. Bu ilin iyununda ona qarşı əlavə ittihamlar irəli sürülüb. Yada salaq ki, “MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri, iş adamı Maqsud Mahmudov “Yeni Müsavat”a açıqlamasında Vüqar Mahmudovu ondan şəxsən 170 min dollar almaqda ittiham edirdi.

Eldar Mahmudovun revanşı – həbsdəki əmisi oğlu üçün hərəkətə keçdi


V.Mahmudovun adı “Karvansaray” ticarət mərkəzinin payçılarının əlindən alınmasında da keçirdi. Payçılardan biri olmuş Elşən Kərəm “Yeni Müsavat”a bu haqda demişdi: “Karvansaray” ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonradan 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına oyun açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyürdülər, yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan Nizami Quliyev həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. 2016-cı ilin iyununda dünyasını dəyişdi. Bizə ən böyük pisliyi edən Eldar Mahmudov, onun ətrafı olub”.

Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanırdı. General Elçin Quliyevin məhkəməsində də o ifadə vermişdi. Eldar Mahmudovla qohumluq əlaqələrindən danışarkən isə “Eldar Mahmudov nazirim və əzizim olub” demişdi. Vüqar Mahmudovun barəsində seçilmiş həbs qəti-imkan tədbirinin müddəti 2019-cu ilin fevralında sona çatacaq. Mümkündür ki, həmin müddət bitənə yaxın iş üzrə istintaq yekunlaşacaq və iş məhkəməyə göndəriləcək.

Oxunub: 5 180
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

21-09-2018, 12:52

Eldar Mahmudov “dustaqlıqdan çıxdı” iddiası - İLGİNC

Şou Biznes
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
Cəmiyyət
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
13-06-2026, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
13-06-2026, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Bu gün, 12:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
  • Bu gün, 11:12
    XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
  • Bu gün, 10:46
    DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • Bu gün, 10:28
    İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
  • Bu gün, 10:23
    ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
  • Bu gün, 09:46
    Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
  • Bu gün, 09:41
    Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
  • Bu gün, 09:23
    Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
  • Bu gün, 09:16
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 09:11
    Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • Bu gün, 09:00
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • Bu gün, 08:53
    Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
  • Bu gün, 08:48
    Qardaşlığımızın möhürlənməsinin beşinci ili
  • Bu gün, 08:39
    Flora Kərimovanın vəziyyəti - Açıqlandı
  • Bu gün, 08:30
    Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
  • Bu gün, 08:23
    “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • 13-06-2026, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • 13-06-2026, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • 13-06-2026, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 09:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
Daha çox
13-06-2026, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
13-06-2026, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
13-06-2026, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə