• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Yüzlərlə zərərçəkmişdən ŞOK MÜRACİƏT - GİLEY

gundem / cemiyyet

26-02-2018, 16:12

Yüzlərlə zərərçəkmişdən ŞOK MÜRACİƏT - GİLEY















2011-ci ilin sentyabr ayında məlum oldu ki, “Birlik-İnşaat” MMC-nin direktoru Elman Həsənqulu oğlu Tağıyev bir mənzili 5-6 nəfərə sataraq 543 nəfər günahsız adamı aldadıb. Haqqında bəhs edəcəyimiz başıbəlalı bina Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanında yerləşir. Bina 2 bloklu və 210 mənzildən ibarətdir.

Zərərçəkmişlərin şikayəti əsasında 2011-ci ilin oktyabr aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıldı və bütün zərərçəkmişlər rəsmi qaydada ifadə verdilər. İstantaq vaxtı müstəntiq Rasim Musayev biz zərərçəkmişlərə bildirdi ki, heç kim narahat olmasın, bu işdən rəhbərliyin xəbəri var və onun xüsusi nəzarəti altındadır. Müstəntiq Rasim Musayev dövləti təmsil etdiyi üçün hamımız ona inandıq. O hətta bizə Elman Tağıyevin doğma qardaşı Məhərrəm Məhərrəmovun zəmanət məktubunu göstərib bildidi ki, baxın, qardaşı bizim idarədə öhdəlik götürüb ki, ictimai-siyasi sabitliyin pozulmaması üçün bütün zərərçəkmişlərə dəymiş zərər son qəpiyinədək ödəniləcək.

Nəhayət, 2012-ci ildə istintaq başa çatdı. 2012-ci ilin dekabr ayında bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə prosesi başladı. İstintaqda olduğu kimi, məhkəmə prosesində də bütün zərərçəkmişlər gəlib ifadə verdi. Hakim Novruz Kərimov bildirdi ki, heç kim özbaşına hərəkət etməsin. Binadakı mənzillər mübahisəlidir, biz məhkəmədə həmin binadakı 210 mənzilin həqiqi sahiblərinin kimliyi barədə qərar verəcəyik, odur ki, heç kim xaos yaratmasın. Hakim bildirdi ki, müqavilələrin tarixinə əsasən birinci alıcılar həmin binadakı mənzillərdə yerləşdiriləcək. Qalan zərərçəkmişlərdən də kim istəsə pulunu götürəcək, ya da Xırdalanda “Hasil-A” MTK tərəfindən tikilən binada mənzillər veriləcək. Müstəntiqin şirin vədlərinə inandığımız kimi Azərbaycan dövlətinin adından danışan hakimə də inandıq. Amma binanın ilk alıcılarından olsaq da mənzil bölgüsündə hər şey tərsinə oldu və kim “diribaş” tərpənib qabağa düşdüsə, mənzilə sahibləndi. Bizlərsə əli qoynunda Əli aşından da olduq, Vəli aşından da...

Nəhayət, 2014-cü ildə məhkəmə başa çatdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmü ilə E. Tağıyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Amma məsələnin əcaib və acınacaqlı tərəfi bundan ibarətdir ki, hakim Novruz Kərimov hökmü oxuyanda E. Tağıyev artıq çoxdan zaldan qaçırılmışdı. Biz zərərçəkmişlər buna kəskin etirazımızı bildirdik ki, siz nə edirsiniz, hökmü kimin üçün oxuyursunuz, axı cinayətkar zalda yoxdur. Hakim bildirdi ki, onun zalda olub olmaması məni qətiyyən maraqlandırmır, mənim borcum hökmü oxumaqdır.

Bir məsələ də çox maraqlı və düşündürücü idi. E. Tağıyevlə birgə bizlərə qarşı bu cinayəti törətmiş şəbəkənin digər üzvləri - mühasib, sürücü, iş icraçısı dəmir barmaqlıqlar arasında olsalar da əsas cinayətkar E. Tağıyev isə bir şef kimi prokurorun yanında otururdu. Elə bunun nəticəsi idi ki, məhkəmə proseslərinin növbəti mərhələsində o asanlıqla aradan çıxıb yağlı əppək olub qeybə çəkildi.

Məhkəmənin hökmündə yazıldı ki, zərərçəkmişlərin birinci hissəsi 210 mənzillik həmin binada yerləşdirilir, 279 nəfərsə Xırdalandakı binada yerləşdirilir, guya qalanlarsa pullarını geri istədiklərindən onlara dəymiş zərər təqsirləndirlənlərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar hərracda satıdılqıdan sonra veriləcək. Beləliklə, zərərçəkmişlərin böyük əksəriyyəti elan olunmuş hökmdən suyu süzülü-süzülə hadisələrin sonrakı məcrasını gözləməyə məcbur oldular.

Hal-hazırda 2018-ci ildir, amma hələ də məmur qapılarında qalmışıq və üzləşdiyimiz çoxpilləli dələduzluğun qurbanları kimi ancaq Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban Əliyevadan başqa kimsəyə inamımız qalmayıb. Həmin qurama məhkəmə prosesindən qaçıb gizlənən E. Tağıyevsə 3 il azadlıqda kef eləyərək ələ keçirdiyi milyonları yerbəyer elədikdən sonra 2017-ci ilin iyul ayında zühur etdi (daha doğrusu, qardaşları işləri bişirdikdən sonra könüllü olaraq E. Tağıyevi dövlətə təhvil verdilər) və bu dəfə Bakı Apellyasiya Məhkəməsində cəzasını yüngülləşdirmək üçün üzə çıxdığı gün kimi aydın oldu. Beləliklə, 2107-ci ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsində Tağıyevin Bakı Ağır Cinayətlər Məhkəməsindən şikayətinə baxılaraq hamımızın gözlədiyi “tarixi hökm” çıxarıldı və onun cəzası 14 il 6 aydan 5 ilədək azaldıldı. Zərərçəkmişlərin bu qərara üsyan etməsinə hakim Faiq Qasımovun şokedici şərhi oldu ki, Prezident İlham Əliyevin cəza təyin edilərkən humanizm prinsiplərinin əsas götürülməsi barədə müvafiq sərəncamı var və buna görə də E. Tağıyevə humanist yanaşma sərgilənməsi zərurəti yaranıb. Amma kimsə yüzlərlə zərərçəkmişin dağılan evlərinə, itirilmiş sağlamlıqlarına, keçirdiyi stresdən ağır xəstəlik taparaq bu dünyadan köçmələrinə əhəmiyyət verilmədi. Soruşduq ki, heç olmasa o cinayətkarlara sərgilənən humanizmin 10 faizini də zərərçəkmişlərə göstərsəydiniz dünya dağılardı? Axı belə humanzim harada yazılıb ki, günahsıza dağ çəkilə, günahkarlar kef çəkə? Nəhayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov 11 noyabr 2017-ci il tarixli 1(103) – 08/17 saylı qərarı ilə E. Tağıyevə insanlığı şoka salan humanistlik göstərərək 14 il 6 aylıq cəzasını 5 ilədək azaltdı.

Bu hələ harasıdır? Ən dəhşətli humansitlik sən demə, hələ qarşıda imiş. Belə ki, Faiq Qasımovun qərarından 1 həftə keçməmiş həmin məhkəmənin digər hakimi Namiq Məmmədov zərərçəkmişləri ələ salaraq bildirdi ki, gözünüz aydın olsun, bəs Ali Məhkəmənin sədri Ramiz Rzayevin təqdimatına əsasən E. Tağıyevin 3 milyon manatlıq əmlakının üzərindən həbs götürülərək özünə qaytarıldı. N. Məmmədov zərərçəkmişlərin məhkəmə iclas salonundakı etiraz səs-küyünə soyuqqqanlı şəkildə reaksiya verərək "biz nə edə bilərdik, Ramiz Rzayevin təqdimatı qarşısında boynumuz qıldan nazikdir" cavabını verdi. Təsəvvür edin ki, ona sərgilənən misligörünməmiş humanistlikdən həvəsə gələn E. Tağıyev Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2017-ci il tarixli qərarı ilə cəzasını 3 dəfə azaltmasına da qane olmayaraq Ali Məhkəməyə də şikayət vermək cəsarəti tapıb özündə. Zərərçəkmişlərə də xəbər göndərib ki, kiməsə bir qara qəpik də ödəmək niyyətində deyil, çünki əlində-ovcundakı bütün pullarını azadlığa qovuşması yolunda xərcləyib. Beləcə 279 nəfər “Hasil-A” MTK-dan mənzil gözləyən bədbəxtlər, 60 nəfər pulunu geri istəyən zavallı və 210 mənzillik binada hələ də mənzilinə qovuşa bilməyən bir çox zərərçəkmiş əli hər yerdən üzülmüş və son ümid yeri kimi Prezident və Birinci Vitse-Prezidentə fəryadlarının çatdırılmasını istəyirlər. Başqa çarəmiz yoxdur. Belə getsə, ya gedib özümüzü məhkəmə qapılarında yandıracağıq, ya da xarici ölkələrin səfirliklərinə müraciət edərək Azərbaycan vətənbdaşlığından imtina etdiyimizi bildirəcəyik. Çünki bu zülmü Allah da götürməz.

Redaksiyadan: Zərərçəkmişlərin böyük bir qrupunu dinləmişik və onların təqdim etdikləri məhkəmə qətnamələrinin çəkisi 10 kiloqramdan ağırdır. Müstəntiqlərin və hakimlərin məsələyə yanaşma tərzlərinə və çıxardıqları qərarlara baxdıqda adamı dəhşət bürüyür. Biz bacardığımız qədər yüzlərlə şikayətçinin bu fəryadını ictimailəşdirməklə qalmayacaq, ölkənin Ali rəhbərliyinə - Prezident və 1-ci Vitse-Prezidentə müraciət edərək xahiş edirik ki, sözün bütün mənalarında "Əsrin fırıldağı" adı almağa haqq edən bu işin tam ciddiyyəti ilə araşdırılmasına göstəriş versinlər.

Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, heç olmasa seçki dönəmində minlərlə ailəyə göz yaşları və bədbəxtlik gətirən bu cinayətin baiskarlarının cəzalandırılaraq zərərçəkmişlərin rəğbətini qazanmaq üçün bir tarixi fürsətdən istifadə ediləcək. Müvafiq struktur rəhbərlikləri bununla ölkə rəhbərliyinə ən böyük yaxşılıq və sədaqət nümunəsi göstərmiş olacaqlar.

Oxunub: 6 026
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

31-01-2018, 15:55

Məhkəmə qərar verdi: "Xədicə İsmayıl hələ iki il ölkəni tərk edə bilməz"

gundem / cemiyyet

25-01-2018, 13:22

Maşallah Əhmədovun şikayətinə baxılacaq

Şou Biznes
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
“Maşın” şou yenidən başlayır - Foto
Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA
Mustafa Ceceli və digər məşhur simalar saxlanıldı
Türkiyə millisinə yeni himn bəstələyəcək
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
Cəmiyyət
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Dünən, 13:38
Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
Dünən, 10:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 10:06
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 10:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 09:57
Emin Əmrullayev məzunları təbrik etdi
Kriminal
18-05-2026, 09:41
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı
7-04-2026, 09:32
Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu
2-04-2026, 09:32
Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu
Son xəbərlər
  • Dünən, 13:40
    Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
  • Dünən, 13:38
    Leysan Məmmədov: “Milli Qurtuluş Günü - Zəfər yolunun başlanğıcı”
  • Dünən, 11:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dünən, 10:12
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dünən, 10:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dünən, 10:01
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dünən, 09:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dünən, 09:19
    Polis əməliyyat keçirdi
  • Dünən, 09:10
    Şuşada TDT Forumu keçirilir
  • Dünən, 09:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 15:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 15:04
    Yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
  • 12-06-2026, 13:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 12:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 12:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 11:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 11:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 11:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 10:59
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 10:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 09:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 09:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 09:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 12-06-2026, 09:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 08:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 08:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 08:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 08:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 08:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 08:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
Daha çox
Dünən, 13:40
Fateh bey: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
Dünən, 11:04
Türkiyə Ermənistanla sərhədi açdı
9-06-2026, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
11-06-2026, 16:00
Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə