Xəbər lenti
» » Kürdəmirli fermerlər mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında maraqlıdırlar

Kürdəmirli fermerlər mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında maraqlıdırlar

Tarix: 09 yanvar 22:40
Kürdəmirli fermerlər mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında maraqlıdırlar















Kürdəmir rayonunda heyvandarlıqla məşğul olan fermerlər son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar və təsadüfi deyil ki, ötən il də bu istiqamətdə xeyli işlər görülüb.
Rayonda 2017-ci ildə 6 texnik tərəfindən 1552 baş inəkdə süni mayalandırma aparılıb, 954 baş cins bala alınıb. Keçən il süni mayalandırma yolu ilə alınan buzovların sayı 2016-ci ildəki göstəricidən 287 baş çoxdur.
Qeyd edək ki, süni mayalandırma yolu doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsudiyanın verilməsi heyvandarlıqda bu işə marağı daha da artırıb.

 Oxunub: 196 


Oxşar xəbərlər:
Ən çox oxunanlar