• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır

siyaset

10-06-2026, 14:22

Sülh sazişinə “ev sahibliyi” uğrunda rəqabət qızışır


Bakı ilə İrəvanın yekun imzanı harada atacağı böyük güclər arasında nüfuz mübarizəsinin mühüm epizoduna çevrilməkdədir; Moskva yenidən fəallaşır

Moskvanın Azərbaycanla münasibətlərin müsbət dinamika üzrə inkişaf etdiyini bəyan etməsi və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bildirməsi Rusiyanın Cənubi Qafqazda təsirini qorumaq niyyətindən xəbər verir. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, regionda geosiyasi vəziyyətin dəyişdiyi bir vaxtda Kreml mövqelərini itirməmək üçün daha fəal siyasət yürütməyə başlayıb. Moskvanın təşəbbüsləri artıq danışıqların başlanmasından çox prosesin formal yekunlaşmasına yönəlib.

Çünki sülh müqaviləsinin əsas mətninin böyük hissəsi tərəflər arasında razılaşdırılıb. Bu isə o deməkdir ki, məsələ artıq texniki və siyasi detalların tamamlanmasına gəlib çatıb. Belə bir mərhələdə isə “harada imzalanacaq” sualı geosiyasi rəqabətin əsas predmetinə çevrilir. Buna baxmayaraq, həm Bakı, həm də İrəvan Rusiyanın vasitəçilik platformasını diplomatik şəkildə geri çevirə bilər. Bunun başlıca səbəblərindən biri ABŞ-nin prosesdə artan fəallığıdır. Vaşinqton son aylarda regionda diplomatik aktivliyini xeyli artırıb və sülh gündəliyində əsas oyunçulardan birinə çevrilib. Hətta sülh sənədinin ilkin paraflanmasının Ağ Evdə baş tutması ehtimalı yekun imzanın da ABŞ paytaxtında atılmasını real ssenari kimi gündəmə gətirir.

ABŞ Prezidenti Donald Tramp da çıxışlarında Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişlərdə Vaşinqtonun rolunu xüsusi vurğulayır. Bu isə göstərir ki, sülh prosesi artıq yalnız regional deyil, qlobal siyasi rəqabətin bir hissəsinə çevrilib. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putin region ölkələrinin liderləri ilə təmaslarını intensivləşdirib və xüsusilə Ermənistandakı daxili siyasi prosesləri diqqətlə izləyir. Moskva üçün İrəvanda baş verən siyasi dəyişikliklər həm də regiondakı ümumi güc balansına birbaşa təsir edən amil kimi qiymətləndirilir.

Beləliklə, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması yalnız iki ölkə arasında münasibətlərin normallaşması deyil, eyni zamanda böyük güclər arasında nüfuz mübarizəsinin mühüm epizoduna çevrilməkdədir. Bu isə sənədin harada və hansı şərtlər altında imzalanacağını ən azı məzmunu qədər əhəmiyyətli edir.

“Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq”. Bu barədə iyunun 1-də ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi”nə ünvanladığı məktubda deyilir. “Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir. Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq”, - Tramp qeyd edib.

“TRİPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir”. Bu sözləri isə iyunun 2-də ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib və Vaşinqtonun rolunu bir daha qabardıb. Rubio bildirib ki, o, əslində lövbərdən daha artıqdır və inqilabi xüsusiyyətə malikdir: “Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz, sözün əsl mənasında, müqaviləni imzaladıq və bu, bizə özəl sektorun, Amerika maraqlarının xeyrinə, eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyrinə Amerika şirkətlərinin investisiya qoymasına imkan verəcək”.


“Yeni Müsavat”a danışan deputat Elşad Musayev da əmindir ki, yekun sülh müqaviləsi Vaşinqtonda imzalanacaq. Onun sözlərinə görə, sülh mətni harada paraflanıbsa, yekun imza da orada atılacaq: “Çünki Tramp administrasiyası sülh prosesində moderatorluq təşəbbüsünə tamamilə yiyələnib. Bu prosesin bir hissəsi də TRİPP layihəsi olduğu üçün tərəflərin tarixi sülh müqaviləsini ABŞ-də imzalayacağını gözləyirəm. Sözsüz ki, alternativ versiyalar da var. Misal üçün, Gürcüstanın paytaxtında, yaxud sərhədin delimitasiya olunmuş yerində rəmzi məna daşısın deyə ikitərəfli görüşlə sənəd imzalana bilər. Artıq tərəflər arasında etimad formalaşıb və sərhədin ilk delimitasiya olunmuş hissəsində sazişin bağlanması istisna deyil. Lakin bu versiyaları az ehtimal sayıram”.

O hesab edir ki, ABŞ bu prosesi irəli aparan güc mərkəzidir və Tramp son nöqtənin də Ağ Evdə qoyulmasını istərdi: “Buna qədər ABŞ lideri dəfələrlə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan barəsində xoş sözlər deyib, onları özünün dostu adlandırıb, təbrik məktubları yollayıb, Qəzza üçün Sülh Şurasına dəvət edərək orada da hamının gözü önündə xüsusi qiymətləndirib. Son olaraq da Bakı Enerji Həftəsinə göndərdiyi məktubda bir daha vurğulamışdı ki, iyundan sonra danışıqlarda irəliləyiş gözləyir. Bu mənada ortada bir ehtiram və hörmət məsələsi dayanır. Ona görə də liderlərin yekun sülh müqaviləsini ABŞ-də imzalayacağını güman edirəm”.

E.Musayevin fikrincə, Rusiyanın könlündən sənədin Moskvada imzalanması keçir: “Bu, sırf öz piarına hesablanmış niyyətdir. Rusiya bununla göstərmək istəyir ki, 44 günlük müharibədə atəşkəsin əldə olunmasında da onun iştirakı olub, yekun sülh müqaviləsinin bağlanmasında da. Əslində 2020-2023-cü illər ərzində Kremlin belə bir fürsəti var idi. Üçtərəfli 10 noyabr sazişindən irəli gələrək həm Zəngəzur dəhlizinin açılması, həm sülh sənədinin imzalanması üçün əla imkan yaranmışdı. Həmin dövrdə Bayden administrasiyası və Avropa Birliyi prosesə şərik çıxa bilmirdilər. Yalnız bir dövr Brüssel və Makron şərik çıxmağa çalışdılar, amma yenə də Moskvanın gücü daha çox idi”.

Deputatın sözlərinə görə, buna baxmayaraq, Kreml bu şansı itirdi, sonra Ukrayna müharibəsindən çıxa bilmədi və zəiflədikcə regional siyasətində mövqeyini əldən verdi: “Üstəlik, heç bir töhfəsi olmadı, prosesi ləngitməyə çalışdı və tərəflər də bu hiyləni anladılar. Halbuki Rusiya sənədin imzalanmasında rol oynasaydı, Cənubi Qafqazda təsirləri artacaqdı. Ona görə də bu gün Rusiyanın belə bir istəyi olsa da, liderlərin sənədə Moskvada imza atacağı inandırıcı görünmür. Çünki bu müddətdə regionda ciddi dəyişikliklər olub, yeni reallıqlar meydana gəlib”.

Oxunub: 560
Paylaş:
Digər xəbərlər

siyaset

15-03-2025, 09:11

Əliyev növbəti geopolitik hədəfinə çatdı: Ancaq Qərb yenə də "suyu bulandırmağa" çalışır

gundem / siyaset

13-03-2025, 10:55

“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb”

siyaset

5-06-2024, 09:32

Rəsmi Moskvadan İrəvanla Bakı arasında barışığa dair açıqlama

siyaset

28-12-2023, 15:30

Ermənilərlə SÜLH: Nə qədər realdır? - AKTUAL

siyaset

3-11-2022, 09:31

Ermənistandan sensasiya: Sülh müqaviləsinin vaxtı və imzalanacaq yeri açıqlandı

Şou Biznes
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
Cəmiyyət
Bu gün, 16:00
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
Bu gün, 14:00
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Bu gün, 11:12
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
Bu gün, 09:51
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
Bu gün, 09:21
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
Bu gün, 09:00
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
Kriminal
20-07-2026, 10:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 09:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 09:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 16:00
    Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
  • Bu gün, 15:30
    Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
  • Bu gün, 14:22
    Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
  • Bu gün, 14:10
    Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
  • Bu gün, 14:00
    Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
  • Bu gün, 12:00
    Əliyevlə Putin telefonla danışdı
  • Bu gün, 11:52
    Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
  • Bu gün, 11:47
    Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
  • Bu gün, 11:21
    Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
  • Bu gün, 11:12
    Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
  • Bu gün, 10:40
    Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
  • Bu gün, 10:26
    Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
  • Bu gün, 09:51
    Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
  • Bu gün, 09:37
    “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
  • Bu gün, 09:27
    Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
  • Bu gün, 09:21
    Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
  • Bu gün, 09:13
    Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
  • Bu gün, 09:04
    Qara hicab geyinənlər və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK - Bu ölkədə ŞOK QƏRAR
  • Bu gün, 09:00
    "Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
  • Bu gün, 09:00
    Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
  • Bu gün, 08:55
    "B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
  • Bu gün, 08:50
    ABŞ və İran arasında danışıqlar bərpa olundu
  • Bu gün, 08:23
    SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
  • Dünən, 16:00
    Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
  • Dünən, 15:30
    Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
  • Dünən, 13:00
    U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
  • Dünən, 12:56
    İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
  • Dünən, 12:52
    Prezident mühüm Fərman imzaladı
  • Dünən, 12:49
    Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
  • Dünən, 11:46
    Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
  • Dünən, 11:41
    Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
  • Dünən, 11:35
    Binəqədidə obyekt yanır
  • Dünən, 11:31
    Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
  • Dünən, 11:24
    Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
  • Dünən, 11:16
    18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Daha çox
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
22-07-2026, 16:00
Paşinyanın referendum XOFU
23-07-2026, 16:00
Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə