• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?

hadise

Bu gün, 13:11

Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?


Son iki gündə Azərbaycanın dövlət informasiya infrastrukturuna kiberhücumlar qeydə alınıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatında bildirilib ki, hücum xarici haker qrupu tərəfindən həyata keçirilib və Azərbaycanın 100-dən çox dövlət domenini hədəf alıb.

Nəticədə bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yaranıb. Görülən texniki tədbirlər sayəsində hücumun təsirlərini məhdudlaşdırmaq və saytların fəaliyyətini davam etdirmək mümkün olub.

Hadisə bir daha göstərir ki, dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin və hərbi obyektlərin qorunması ilə məhdudlaşmır. Rəqəmsal infrastruktur da müasir təhlükəsizlik sisteminin mühüm tərkib hissəsinə çevrilib.

Dövlət qurumlarının internet saytları, elektron xidmətləri və informasiya sistemləri sıradan çıxarıldıqda vətəndaşlarla dövlət arasında kommunikasiya, məlumat mübadiləsi və xidmətlərin göstərilməsi çətinləşə bilər.

Kiberhücumun mümkün məqsədləri arasında dövlət resurslarının fəaliyyətini müvəqqəti pozmaq, informasiya sistemlərinin müdafiə imkanlarını yoxlamaq, ictimai narahatlıq yaratmaq və ya müəyyən siyasi mesaj vermək ola bilər. Hücumun xarici haker qrupu tərəfindən həyata keçirilməsi də diqqət çəkir.

Bu hücumda hansı ölkələrin maraqlı ola biləcəyi məsələsinə gəlincə, Azərbaycanın regional və beynəlxalq siyasətdə artan rolu, enerji ixracatçısı və mühüm tranzit ölkəsi mövqeyi, eləcə də Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya marşrutlarının formalaşmasında iştirakı müxtəlif geosiyasi aktorların diqqətini cəlb edir. Rusiya, İran və Ermənistanla əlaqəli dövlət və ya qeyri-dövlət qruplarının fəaliyyəti nəzəri baxımdan araşdırıla biləcək istiqamətlər sırasında göstərilə bilər.

Eyni zamanda, kiberhücumlar bəzən siyasi məqsədlərdən əlavə, maliyyə qazancı, kəşfiyyat məlumatlarının əldə edilməsi və ya texniki imkanların sınaqdan keçirilməsi üçün də həyata keçirilir. Buna görə mümkün motivləri konkret ölkələrlə əlaqələndirmək üçün hücumun texniki izləri, istifadə edilmiş serverlər, zərərli proqram təminatı və digər rəqəmsal sübutlar əsasında peşəkar araşdırma aparılmalıdır.

Professor Elxan Mirzəyevin Musavat.com-a bildirdiyinə görə, belə kiberhücumların arxasında bir neçə mümkün məqsəd dayana bilər: "İlk növbədə dövlət məlumatlarını əldə etmək, qurumların fəaliyyətini pozmaq, cəmiyyətdə narahatlıq yaratmaq, kəşfiyyat aparmaq və ya siyasi mesaj vermək. Yəni ilkin variantlar bunlardan ibarətdir. Amma strateji hədəf dövlət xidmətlərinin fasiləsizliyini pozmaq və rəqəmsal infrastrukturun zəif nöqtələrini üzə çıxarmaq cəhdi olub. Bu hadisə bizim üçün bir siqnal olmalıdır. Çünki dövlət saytlarının eyni vaxtda işləməməsi cəmiyyətdə ölkənin rəqəmsal təhlükəsizliyi ilə bağlı suallar yarada bilər. Təsəvvür edin ki bu zaman hakerlər bu vəziyyətdən sui-istifadə etməyə çalışacaq. Yəni sosial şəbəkələrdə təbliğat, şişirdilmiş iddialar və ya siyasi mesajlar yayıla bilər. Amma onu da nəzərə alaq ki, bəzən belə genişmiqyaslı hücumun məqsədi yalnız zərər vurmaq deyil, həm də hədəfin necə müdafiə olunduğunu öyrənməkdir. Buna eksperiment deyə bilərik. Hakerlər nəbz yoxlayaraq növbəti hücuma hazırlıq üçün boşluqları axtarırlar".

E.Mirzəyevin fikrincə, dövlət qurumlarının hədəf seçilməsi hücumun siyasi kontekstdə nəzərdən keçirilməsinə əsas yaradır: "Hazırda regionda həssas proseslər gedir, ölkələr arasında hibrid müharibə güclənib, təbii ki, bu şəraitdə Azərbaycan təkcə fiziki yox, o cümlədən kibertəhlükəsizliyə nəzarəti gücləndirmək məcburiyyətindədir. Xüsusən də hicab mövzusu kənardan çağırışların artmasına səbəb olub. Bu baxımdan daha diqqətli olmağımızı zəruri edir".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə hesab edir ki, ilkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Onun fikrincə, belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur:

“Artıq sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi iddia olunur. Sosial mediada bəzi paylaşımlarda hücumun Türkiyədən həyata keçirildiyi iddiaları var. Amma 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşma kimi tanınır. Hələlik hücumun konkret olaraq haradan olduğu təsdiqlənməyib”.

Osman Gündüzün sözlərinə görə, son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb: "Bununla belə, görünür, görülən tədbirlər belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün hələ kifayət etmir. Fikrimcə, bu hadisə ilə bağlı daha ətraflı araşdırma və hesabat hazırlanmalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı və mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır". Mütəxəssis təklif edir ki, dövlət qurumlarının kiber müdafiəsi, ehtiyat infrastrukturu, bərpa mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

4-07-2026, 05:41

Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi

siyaset

1-07-2022, 10:28

Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı

gundem / siyaset

6-04-2018, 09:59

İlham Əliyev TAS-a maraqlı müsahibə verdi: "Mehriban Əliyeva mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir"

sehiyye

28-12-2019, 08:12

Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar — DƏYİŞƏCƏK

siyaset

5-05-2020, 08:05

Vətəndaşlar Prezidentə yazırlar: “Siz öz xalqını sevən əsl lidersiniz”

Şou Biznes
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
Cəmiyyət
Bu gün, 16:00
"20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
Bu gün, 11:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
Bu gün, 11:00
İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
Bu gün, 09:51
Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 09:00
Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
Dünən, 13:11
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
Kriminal
7-10-2026, 09:54
Bakıda məktəblinin qətlində ŞOK DETAL- VİDEO
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Son xəbərlər
  • Bu gün, 16:00
    "20 Yanvar"da M7 XAOSU: Avtobuslar "qeybə çəkilib"
  • Bu gün, 15:30
    ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
  • Bu gün, 14:25
    İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir
  • Bu gün, 14:22
    İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - YENİLƏNDİ
  • Bu gün, 14:22
    Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır
  • Bu gün, 13:31
    Sabah 31° isti olacaq
  • Bu gün, 13:27
    Bu gün Bakıdan İrəvana təyyarə uçacaq - Kimləri aparacaq?
  • Bu gün, 13:11
    Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
  • Bu gün, 12:34
    İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
  • Bu gün, 12:23
    Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
  • Bu gün, 12:20
    Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır - Fərman
  • Bu gün, 12:15
    AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir
  • Bu gün, 11:28
    Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT
  • Bu gün, 11:00
    İtaliya hərbçiləri Azərbaycanda - Fotolar
  • Bu gün, 10:56
    Bakıda maşın atla toqquşdu
  • Bu gün, 10:49
    İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
  • Bu gün, 10:45
    Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
  • Bu gün, 09:54
    İstanbulda sel fəlakəti: Ölənlərin sayı 2-yə çatdı
  • Bu gün, 09:51
    Xəstəxanalarda hicab qadağası iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Bu gün, 09:43
    Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
  • Bu gün, 09:38
    Ceyhun Bayramov çinli həmkarı regional təhlükəsizlik vəziyyəti müzakirə edib
  • Bu gün, 09:34
    Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
  • Bu gün, 09:30
    Türkmənistan Prezidenti də Bakıdadır - Foto
  • Bu gün, 09:00
    Uşağın qolu nəzarətsizlikdən 2 yerdən sınıb? - Bağçada qalmaqal+Video
  • Dünən, 16:00
    Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
  • Dünən, 15:30
    Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
  • Dünən, 14:22
    Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"
  • Dünən, 13:32
    Sergey Lavrov Bakıya gəlir
  • Dünən, 13:11
    Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
  • Dünən, 12:37
    İstanbulda leysan, sel qadını apardı - Video
  • Dünən, 12:33
    Laos Prezidenti “ASAN xidmət”də - Fotolar
  • Dünən, 12:12
    TƏCİLİ: Husilər Səudiyyə Ərəbistanını "ÜRƏYİNDƏN" VURDU - Ər-Riyadda ARD-ARDA PARTLAYIŞLAR
  • Dünən, 12:02
    Azərbaycanda kartdan karta köçürmələrdə komissiya tutulacaq - RƏSMİ
  • Dünən, 11:58
    Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur
  • Dünən, 11:55
    Pensiya alanlara ŞAD XƏBƏR
Daha çox
13-10-2026, 09:58
Bakı Metropoliteninə 300 milyon ayrıldı
Dünən, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
12-10-2026, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
13-10-2026, 09:00
Dini komitə sədrindən məktəbli geyimləri ilə bağlı AÇIQLAMA
13-10-2026, 11:16
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı
13-10-2026, 13:59
Birgə Bəyanat qəbul olundu - Sənədlər mübadilə edildi - YENİLƏNİB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 300 23 10
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə