• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN

siyaset

Dünən, 12:11

Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN


Milli Məclis 27 sentyabr - Anım Günü ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatı deputat Ramid Namazov oxuyub.

Bəyanatda deyilir:

“​Xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 sentyabr günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. ​Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına və tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazisində bərqərar edilməsinə gətirib çıxaran üçillik Zəfər yürüşünün başlanğıcı olmuşdur.

​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir.

​Şəhidlərimizin mərdliyi və şücaəti, vətənpərvərliyin mənəvi zirvəsinə onların və döyüş yoldaşlarının fədakarlığı sayəsində əldə edilmiş tarixi qələbə isə Azərbaycanın ləyaqət və gücünün əbədi təcəssümünə çevrilmişdir.

​2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüm mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklər ərzində regionda yaranmış hərbi-siyasi reallığı dəyişmişdir.
​

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal edilmiş torpaqların azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış məlum 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etmişdir.

​Bu tarixi qələbə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, müdafiə potensialının artırılması, müasir peşəkar ordu yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və ölkənin taleyi üçün məsuliyyət ruhunda tərbiyələndirilməsi uzun illər aparılan məqsədyönlü işlərin nəticəsi olmuşdur.

​44 günlük Vətən müharibəsində qələbənin əsas amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olmuşdur. Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyatlarını qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır. Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradə və strateji uzaqgörənlik müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə vermişdir.

Hərbi qələbə Vətən qarşısında hərbi borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilmişdir. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olmuşdur. Bir çox hərbi qulluqçular Vətən Müharibəsi Qəhrəmanı adına və digər yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Doğma torpaqların düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və qəhrəmanlığı xalqımızın qəhrəmanlıq tarixinin ənn parlaq səhifələrindən biridir.

​Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə karşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlara balistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Bu qanlı cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır.

​Düşmənin vəhşilik əməllərinə baxmayaraq Azərbaycan ordusu beynəlxalq humanitar hüququn normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız döyüş meydanlarında qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər 3 il sonra devam etdirilmişdir. 2023-cü ilin sentyabrın 19-dan 20-dək həyata keçirilən birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfərin məntiqi davamı və yekunu olmuşdur.
​Azərbaycan xalqının ictimai şüurunda 27 Sentyabr - Anım Günü, 8 Noyabr - Zəfər Günü və 20 Sentyabr - Dövlət Suverenliyi Günü mahiyyətcə vəhdət təşkil edir. Anım Günü azadlığın hansı qurbanlar hesabına başa gəldiyini xatırladır, Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir, Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin hüquqlarının onun bütün ərazisində bərqərar olduğunu ifadə edir.

Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı, məşğulluğu məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.

Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl işlər aparılır. Memorial komplekslər, abidələr və muzeylər yaradılır, küçələrə, məktəblərə və digər ictimai obyektlərə qəhrəmanların adı verilir.

​Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ənn yüksək təzahürü kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların hünərləri heç zaman unudulmayacaq, adları isə dövlətçilik tariximizdə əbədi qalacaqdır.

​Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ənn böyük abidədir”.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

cemiyyet

16-06-2022, 08:33

Əhməd Əhmədzadə: Qurtuluş məfkurəsi - tərəqqi və Zəfər zirvəsinə aparan yol

gundem / siyaset

4-05-2020, 06:53

"Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq" — Prezidentə yazırlar

siyaset

18-10-2021, 08:41

Prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb - TAM MƏTN

siyaset

8-10-2020, 08:44

Vətəndaşlar Prezidentə yazırlar: “Ordumuzun güclənməsi sizin zəhmətinizin sayəsindədir”

gundem / siyaset

25-12-2021, 06:00

İlham Əliyev Hadrutda hərbi hissənin açılışında iştirak edib - FOTO/YENİLƏNİB

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 13:39
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
Dünən, 13:13
Bəzi işçilər gəlir vergisindən azad edilir
Dünən, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Dünən, 10:57
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
29-09-2026, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
29-09-2026, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 16:00
    Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
  • Dünən, 15:30
    Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
  • Dünən, 13:39
    Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
  • Dünən, 13:21
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Dünən, 13:16
    "Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
  • Dünən, 13:13
    Bəzi işçilər gəlir vergisindən azad edilir
  • Dünən, 12:21
    Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
  • Dünən, 12:11
    Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
  • Dünən, 11:43
    Zakir Həsənov onlara müraciət etdi
  • Dünən, 11:38
    Azərbaycan İranla mühüm görüşlər keçirdi
  • Dünən, 11:34
    Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
  • Dünən, 10:57
    Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
  • Dünən, 10:14
    Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
  • Dünən, 10:11
    Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • Dünən, 10:08
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 09:50
    Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
  • Dünən, 09:28
    Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
  • Dünən, 09:24
    Deputatlar üçün MÜHÜM GÜN
  • Dünən, 09:20
    Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
  • Dünən, 09:00
    Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
  • 29-09-2026, 16:00
    AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
  • 29-09-2026, 15:30
    Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
  • 29-09-2026, 14:48
    İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
  • 29-09-2026, 14:22
    Gələn ay bu məhsullar BAHALAŞACAQ
  • 29-09-2026, 14:00
    İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
  • 29-09-2026, 13:36
    Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
  • 29-09-2026, 13:01
    FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
  • 29-09-2026, 12:40
    İlham Əliyev: U-15 və U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır
  • 29-09-2026, 12:36
    İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
  • 29-09-2026, 12:33
    Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
  • 29-09-2026, 12:28
    Formula 1-də Prezident və xanımı ilə şəkil çəkdirən ailə kimdir?
  • 29-09-2026, 12:11
    Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
  • 29-09-2026, 12:05
    Yüksək maaşlı işə düzəltmək adı ilə 150 min manatı ələ keçirtdi
  • 29-09-2026, 12:01
    FIFA prezidenti Azərbaycana gəlib
  • 29-09-2026, 11:46
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Daha çox
25-09-2026, 10:00
Bu gün Qazaxıstanda milli matəm günüdür
26-09-2026, 12:31
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
29-09-2026, 12:11
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
26-09-2026, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
26-09-2026, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə