SON DƏQİQƏSON
cemiyyet

Şəhid anası da tələbə adını qazandı - Foto

Şəhid anası da tələbə adını qazandı - Foto


Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.

Tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Hassanın anası Maya Quliyevadır.

M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.

Qeyd edək ki, Xalid Hassan 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Ağdərə istiqamətində şəhid olub. O, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbəri qiymətləndir:
Səhv tapdınız? Bildirin

ƏLAQƏLİ XƏBƏRLƏR

BUNU DA OXU