• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

102-ci baza İrəvandakı seçkilərə müdaxilə hazırlığında

dunya

1-04-2026, 12:30



Ekspert deyir ki, Moskva kobud güc variantını “B” planı kimi nəzərdə tutsa da, Paşinyanla yola davam edə bilər

Ermənistanda yaxınlaşmaqda olan parlament seçkilərinin nəticələri Gümrüdəki 102-ci Rusiya bazasının taleyinə də həlledici təsir göstərə bilər. Ermənistandakı revanşistləri dəstəkləyən media iddia edir ki, Paşinyan hakimiyyəti Rusiya bazasına qarşı kampaniyaya başlayıb. Bildirilir ki, bazanın şəxsi heyəti arasında isə parlament seçkiləri ilə bağlı anti-Paşinyan kampaniyası aparılır. İddia olunur ki, bölmə komandirləri Ermənistan vətəndaşları ilə söhbətlər aparır, onları Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasına səs verməsələr, işdən çıxarılacaqları ilə hədələyirlər. Hətta guya Azərbaycanda da hakimiyyətə yaxın telekanallar tərəfindən 102-ci baza ilə bağlı anti-təbliğat aparılır, hərçənd bunu sübut edən heç bir fakt ortaya qoyulmur.

Maraqlıdır ki, revanşist media yazır ki, Gümrüdə Paşinyanın əleyhinə təbliğata ehtiyac yoxdur, çünki şəhərdə “əhval-ruhiyyə onsuz da son dərəcə müxalifdir”. 102-ci bazadan söz düşmükən, Dövlət Dumasına xaricdə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edilməsi erməni müxalifətini həvəsləndirib. “Doqquz aydır Ermənistanda həbsdə olan və azadlıqdan məhrum olan Samvel Karapetyanın Rusiya vətəndaşı olduğu heç kimə sirr deyil. Karapetyanın həbsinə qərar verən məhkəmələrin yurisdiksiyası Rusiya Federasiyası ilə bağlanmış müqavilələrə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmır. Bundan əlavə, çoxsaylı Rusiya rəsmiləri Karapetyanın həbsini qanunsuz hesab etdiklərini və ona konsulluq dəstəyinin göstərildiyini bildiriblər”. Bunu isə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr sual edib ki, bu qanun layihəsinin qəbulundan sonra Rusiya prezidenti Vladimir Putin öz səlahiyyətlərini həyata keçirə və vətəndaşı Samvel Karapetyanı qorumaq üçün Rusiya silahlı qüvvələrinə belə bir göstəriş verə bilərmi...

Nəşr yazır ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası qanuni olaraq Ermənistan ərazisində yerləşir. Bazada yerləşən xüsusi təyinatlı qüvvələr, əmr verilsə, Karapetyanı qorumaq üçün xüsusi əməliyyat keçirə bilər. Göründüyü kimi, 102-ci bazanın ən müxtəlif bəhanələrlə qarşıdan gələn kritik seçkilərə müdaxiləsi üçün hazırlıqlar başlayıb. Yeri gəlmişkən, rus hərbi bazasının bağlanması tez-tez gündəmə gətirilir. Lakin iki ölkə arasında imzalanan müqaviləyə görə, 2040-cı ilədək 102-ci baza fəaliyyətini davam etdirməlidir. Martın əvvəlində baş nazir Nikol Paşinyan bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinə hələlik mane olmur. “Bəli, Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin biz hələ o mərhələdə deyilik ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası bizim görmə sahəmizi bağlasın. Əgər bunu etdiklərini görsək, onda necə irəliləmək barədə düşünəcəyik ki, problemlərlə qarşılaşmayaq”, - Paşinyan qeyd edib. Baş nazir Ermənistanın Rusiya ilə münasibətlərini pozmaq kimi bir niyyətinin olmadığını və olmayacağını da vurğulayıb.

Bəs hansı şərait yarana bilər ki, rus hərbçiləri seçkilərə müdaxilə etsinlər?

Professor Qabil Hüseynli hesab etmir ki, vəziyyət o həddə çata bilər. Onun fikrincə, Paşinyanın Putinlə zəngləşməsi, mayın 9-da keçiriləcək Qələbə paradında böyük ehtimalla iştirak edəcəyi seçkiqabağı qarantiya xarakterli addımlardır. “Əgər hadisələr xaotik şəkil alarsa, idarəetmə kontroldan çıxarsa, Ermənistanda hərbi çevriliş üçün şərait yaranarsa, rus hərbçilərinin kamfulyaj olunub erməni ordusu ilə birlikdə hərəkət etməsi mümkündür. Bu halda, Ermənistanda dəyişiklik ola və Rusiya həm öz adamı Karapetyanı xilas edə bilər. Bu gözlənti Ukrayna üçün də var idi, amma Kiyevi tutmaq mümkün olmadı. Ermənistan şübhəsiz ki, zəif bənddir və Paşinyan bu vəziyyətlə qarşılaşdığı halda çox müqavimət göstərə bilməz. Sadəcə, belə bir ssenarini istisna edirəm. Əvvəla, amerikalılar Ermənistanda hakimiyyəti mühafizə edir. Hazırda təbliğat da ondan ibarətdir ki, Rusiyanın adamları "müharibə partiyasıdır" və onlara səs verməklə ermənilər təzədən od-alovun içinə atılacaq. Ona görə Paşinyandan narazılıq olsa da, ictimai rəy Rusiyanın namizədlərini dəstəkləmir".

Politoloqa görə, ən vacib məsələ yuxarıda qeyd etdiyi kimi, Putinlə Paşinyan arasında əlaqələrin yaxşılaşmasıdır: “Rusiya kobud güc variantını "B" planı kimi nəzərdə tutsa da, Paşinyanla yola davam edə bilər. Çünki Ermənistan onun dövründə Rusiyanın sanksiyalardan yayınmasında rol oynayır. Razıyam ki, Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsi, Avropa İttifaqı ilə bağlı siyasi xətt Moskvanın xoşuna gəlmir. Amma Ermənistan hara qaçır ki? Rusiya üçün itirilməmiş və kiçik dövlətdir. Ona görə də 102-ci bazanın hərəkətə keçməsi yalnız hərbi çevriliş şəraitində ola bilər. Üstəlik, rusların başı Ukraynada möhkəm qarışıqdır. Bir tərəfdən də müttəfiqi İrana hücumlar davam edir. Məncə, iyun seçkilərində Rusiya reallıqla barışacaq".

Mütəxəssisin bidlirdiyinə görə, Moskva Ermənistan ərazisini idarə olunan böhran və güc tətbiqi üçün əməliyyat meydanı kimi görə bilər, amma regiondakı vəziyyət bunu diqtə etmir: “Paralel olaraq, Rusiya Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir. Amma indi mümkün görünmür. Bölgədə eskalasiyalar davam etdikcə Rusiyanın Cənubi Qafqazda təsirlərini gücləndirmək imkanları məhdud olacaq”.

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. 102-ci hərbi baza Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, Ermənistanın Moskvanın diktəsi ilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat-təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, "C-300" zenit-raket kompleksi, "MİQ-29" qırıcıları, "Mi-24P" və "Mi-8MT" helikopterləri də var.

Oxunub: 1 140
Paylaş:
Digər xəbərlər

gundem / siyaset

20-09-2018, 10:34

Ermənistan: “Hər an saraydaxili çevriliş baş verə bilər” – Erməni mediası

dunya

26-11-2025, 06:00

Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı

siyaset

10-07-2025, 06:00

Paşinyan kilsə, oliqarxiya və müxalifəti eyni vaxtda əzir: "Yumşaq güc"ünü itirən Rusiya hərbi müdaxilə planı qurur

gundem / dunya

25-10-2018, 10:38

Parlament Paşinyanı baş nazir seçmədi

gundem / dunya

24-04-2018, 11:44

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" — Nikol Paşinyan

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:16
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 09:45
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 11:34
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Bu gün, 11:50
    Mərkəzi Bank manatla bağlı qərar verdi
  • Bu gün, 11:46
    Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
  • Bu gün, 11:28
    Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
  • Bu gün, 11:25
    Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
  • Bu gün, 11:21
    XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 11:16
    Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
  • Bu gün, 11:07
    Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
  • Bu gün, 11:03
    Prezident mühüm SƏRƏNCAM İMZALADI
  • Bu gün, 10:17
    Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
  • Bu gün, 09:45
    Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
  • Bu gün, 09:00
    Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
  • Dünən, 16:00
    Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
  • Dünən, 15:30
    Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
  • Dünən, 14:22
    Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
  • Dünən, 13:39
    Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
  • Dünən, 13:14
    Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
  • Dünən, 13:03
    Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 13:00
    Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
  • Dünən, 12:32
    DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Dünən, 12:28
    Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
  • Dünən, 12:24
    Prezident müşavirə keçirdi - FOTOLAR
  • Dünən, 12:01
    Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
  • Dünən, 11:55
    Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
  • Dünən, 11:34
    Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
  • Dünən, 11:23
    Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
  • Dünən, 10:33
    İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
  • Dünən, 10:21
    Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
  • Dünən, 09:51
    TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
  • Dünən, 09:45
    Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
  • Dünən, 09:34
    Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
  • Dünən, 09:29
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 09:25
    Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
  • Dünən, 09:00
    Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
  • 21-09-2026, 16:00
    “Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
  • 21-09-2026, 15:30
    İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Daha çox
16-09-2026, 12:30
Trampın sərvəti 7 milyard dollara çatdı
16-09-2026, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
16-09-2026, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
16-09-2026, 13:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
16-09-2026, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə