• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Digər
    • Səhiyyə
    • Video
    • Maraqlı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı

ABŞ və Avropa Birliyi müəmmalı “bazarlığa” başladı: Ağ Evə Ukraynanın əvəzində “nəhəng ada” veriləcək

dunya

9-01-2026, 06:00



ABŞ və Rusiya tərəfindən “sülh masası”na yaxın buraxılmayan Avropa Birliyi indi Ağ Ev sahibi Donald Trampa “rüşvət təklif etmək” niyyətinə düşüb, Brüssel “müzakirə masası”nda baş verənlərə müdaxilə imkanları axtarırır... Avropa Birliyi həm də Ağ Evdən Ukraynaya toxunulmazlıq təminatı almaqla, dolayısı ilə bütövlükdə “qoca qitə”ni ABŞ-ın “təhlükəsizlik çətiri” altına qaytarmağa calışır...
ABŞ-ın son davranışları yeni qlobal savaş təhlükəsini artırıb. Üstəlik, Ağ Evin “Venesuela əməliyyatı” zəif ölkələri güclü dövlətlərin birbaşa hədəfinə çevirib. Eyni zamanda, Tramp administrasiyasının xarici siyasət kursu Ukraynanın da gələcək taleyini böyük risk altında buraxıb. Və ən əsasısa, Ağ Evdə qlobal məkanda hərbi-siyasi situasiyanı daha da gərginləşdirə biləcək strateji ssenarilər üzrə yeni hədəflərə yönəlmə siyasətini yeni mərhələyə keçirtməkdə israrlı davranırlar.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ beynəlxalq məkanda yenidən “dünya jandarmı” funksiyalarını öz üzərinə götürməyə çalışır. Yəni, Ağ Ev öz xarici siyasəti ilə indi yalnız dünyada mövcud olan siyasi-hüquqi sistemi dağıtmaqla kifayətlənmək niyyətində deyil. Əksinə, Ağ Ev qlobal məkana yeni savaş mesajları verir, hətta ABŞ-ın sərhəd trayektoruyasını hərbi zoraılıq yolu ilə dəyişmək niyyətində olduğunu sezdirir. Və bu baxımdan, indi beynəlxalq siyasət məkanında “ABŞ-ın hərbi müdaxilə edəcəyi növbəti hədəf-dövlət”in müəyyən olunmasına cəhd göstərilir.

Məsələ ondadır ki, prezident Donald Tramp və Ağ Ev administrasiyasının digər təmsilçiləri “Venesuela əməliyyatı”ndan sonra bir çox ölkəni, xüsusilə də, Kolumbiya, Meksika və Kanadanı açıq şəkildə təhdid edib. Ancaq bəzi ehtimallara görə, ABŞ-ın növbəti hərbi hədəfinin məhz Qrenlandiya ola biləcəyi daha inandırıcı görünür. Çünki artıq bir neçə dəfə bəyan edilib ki, bu strateji əhəmiyyət daşıyan ada mütləq ABŞ-ın tərkibinə daxil edilməlidir.müsavat

Ağ Evdə hesab edirlər ki, Qrenlandiya ABŞ üçün Çin, Rusiya və s. “düşmən ölkələr” ilə qarşıdurmada üstünlüyü əldə saxlamaq baxımından, həlledici səviyyədə önəm daşıyır. Ona görə də, Ağ Ev xoşluqla mümkün olmazsa, hərbi əməliyyatla Qrenlandiyanın yaxın vaxtlarda ABŞ-ın tərkibinə qatılmasını təmin etmək niyyətində olduğunu qətiyyən gizlətmir. Bu, o deməkdir ki, əgər, Ağ Ev öz niyyətini reallaşdırmaqda israrlı olarsa, onda, tezliklə NATO üzrə iki müttəfiq dövlət – ABŞ və Danimarka arasında müharibə qaçılmaz ola bilər.

Çünki Qrenlandiya Danimarkaya məxsus adadır. İndi ABŞ-ın bu adanı ələ keçirtmək və öz tərkibinə qatmaq niyyəti onu göstərir ki, Ağ Ev həmin ərazinin hüquqi sahibi Danimarka ilə savaş ehtimalını da nəzərə almamış deyil. Halbuki, əgər, bu ehtimal baş verərsə, onda, hər iki ölkə NATO-nun üzvü olduğundan Avroatlantika alyansı da dağılma mərhələsinə keçid edə bilər. Və bu, o deməkdir ki, ABŞ-ın “Qrenlandiya əməliyyatı” ümumiyyətlə, müasir dünyanın hərbi-siyasi sistemini tamamilə sıradan çıxara biləcək olduqca təhlükəli ssenaridir.

Belə ki, Danimarka Ağ Evin Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmasına müşahidəçi qalmaq niyyətində olmadığını qətiyyən gizlətmir. Yəni, əgər, ABŞ bu istiqamətdə hərbi addımlar atarsa, onda, Danimarkanın analoji reaksiyası qaçılmaz ola bilər. “The Telegraph” nəşri də bu məsələ ilə bağlı siyasi-diplomatik mənbələrə istinadən iddia edib ki, ABŞ-ın Qrenlandiyaya mümkün hərbi müdaxiləsi halında, Danimarka ordusu 1952-ci ildən qüvvədə olan qaydaya uyğun hərəkət edəcək. Və əvvəlcə Qrenlandiyaya silahlı müdaxiləyə cəhd göstərən ABŞ hərbi kontingentinə atəş açılacaq, yalnız bundan sonra isə baş verən hadisənin təfərrüatlarının araşdırılmasına başlanılacaq.

Maraqlıdır ki, Danimarka Müdafiə Nazirliyi bu beynəlxalq qaydanın hələ də qüvvədə olduğunu rəsmən təsdiqləyib. Həmin qaydaya görə, Danimarka ərazisinə, o cümlədən də, Qrenlandiyaya hər hansı xarici ölkənin qoşunlarının daxil olmaq cəhdi baş verəcəyi təqdirdə, bu dövlətin hərbi qüvvələri rəhbərlikdən heç bir əmr gözləmədən, dərhal atəş açmaq öhdəliyi daşıyırlar. Və bu, istənilən halda, ABŞ üçün real savaş ehtimalını nəzərə almaq məcburiyyəti yaradır.

Digər tərəfdən, Qərb siyasi dairələri Qrenlandiyanı ABŞ və Avropa Birliyi arasında “bazarlıq mövzusu”na da çevirməyə çalışırlar. Belə ki, siyasi-diplomatik mənbələrdən sızan məlumatlara görə, Avropa Birliyi Ağ Ev sahibi Donald Trampa Ukraynanın təhlükəsizliyinə tam təminatın müqabilində Qrenlandiyanın ABŞ-a verilməsini təklif edə bilər. Və bəzi vasitəçilərin artıq bu məsələ ilə bağlı Danimarkanı yola gətirməyə çalışdıqları da iddia olunur.

Hər halda, adının çəkilməsini istəməyən avropalı diplomatın bildirib ki, ABŞ-ın Qrenlandiyanı əldə etməsinin əvəzində, Avropa Birliyinin Ağ Evdən Ukraynaya tam dəstək zəmanətləri alması ilə bağlı mümkün razılaşma ssenarisi artıq ciddi şəkildə müzakirə olunur. Eyni zamanda, Qərb siyasi dairələrində, xüsusilə də, Fransa da daxil olmaqla, bəzi Avropa Birliyi ölkələrində ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını ələ keçirmək üçün tezliklə təhlükəli hərbi addımlar atmasının qaçılmaz olduğuna əminlik yaranıb. Və ona görə də, Avropa Birliyi ABŞ-ın onsuz da işğal edəcəyi bir adanı Ukraynanın gələcək təhlükəsizliyi üçün təminat faktoruna çevirməyə çalışırlar.

Belə anlaşılır ki, ABŞ və Rusiya tərəfindən “sülh masası”na yaxın buraxılmayan Avropa Birliyi indi Ağ Ev sahibi Donald Trampa “rüşvət təklif etmək” niyyətinə düşüb. Avropa Birliyinə üzv olan Danimarkanı razı salacağı təqdirdə, Brüssel bir tərəfdən, “sülh masası”nda baş verənlərə müdaxilə qazanmağa cəhd göstərir. Digər tərəfdənsə, Ağ Evdən Ukraynaya toxunulmazlıq təminatı almaqla, dolayısı ilə bütövlükdə “qoca qitə”ni ABŞ-ın “təhlükəsizlik çətiri” altına yerləşdirməyə calışır. Və bəzi ehtimallara görə, ABŞ-ın son vaxtlar Rusiyanın “kölgə donanması”na yönəlik sərt addımları da məhz Ağ Evin Avropa Birlyindən olunan “ada rüşvəti”ni cəlbedici hesab etməsilə bağlıdır.

Oxunub: 1 371
Paylaş:
Digər xəbərlər

dunya

27-02-2025, 05:08

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi

siyaset

17-02-2025, 06:00

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb

dunya

10-01-2025, 06:00

Tramp qorxunc strateji planına bəhanə tapdı: NATO yox ediləcək, Avropa Birliyi dağıdılacaq

dunya

22-11-2025, 05:22

Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq

dunya

23-01-2025, 06:00

Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır

Şou Biznes
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Afra Saraçoğlu da saxlanıldı
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
Cem Yılmazdan sonra gündəm oldu: Qulaqdakı bu xətt infarkt xəbərçisidir? - ŞOK
Son Dəqiqə: "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK
“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib
Cəmiyyət
Dünən, 09:36
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
26-09-2026, 11:31
“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
25-09-2026, 14:41
Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
25-09-2026, 11:59
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
25-09-2026, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Kriminal
20-07-2026, 07:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
6-07-2026, 06:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
24-06-2026, 06:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Son xəbərlər
  • Dünən, 12:46
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
  • Dünən, 12:00
    Bir dəqiqəlik sükut...
  • Dünən, 11:20
    Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
  • Dünən, 11:13
    “Azərbaycanın yanında olmağa davam edəcəyik”
  • Dünən, 11:08
    Zakir Həsənov və Kərim Vəliyev Zəfər parkını ziyarət etdi
  • Dünən, 11:02
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub
  • Dünən, 09:36
    Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
  • Dünən, 09:24
    Xarici İşlər Nazirliyi bəyanat yaydı
  • Dünən, 09:15
    Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
  • Dünən, 09:11
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto
  • Dünən, 09:00
    Azərbaycanda Anım Günüdür!
  • 26-09-2026, 12:31
    “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
  • 26-09-2026, 12:11
    İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
  • 26-09-2026, 12:00
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 11:31
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • 26-09-2026, 11:26
    Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
  • 26-09-2026, 11:16
    Bu gün Millətlər Liqasında I tura yekun vurulur - TƏQVİM
  • 26-09-2026, 10:39
    Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
  • 26-09-2026, 10:34
    İlham Əliyev: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir
  • 26-09-2026, 10:30
    Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir
  • 26-09-2026, 10:26
    Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
  • 26-09-2026, 10:22
    Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • 26-09-2026, 10:18
    İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
  • 26-09-2026, 10:14
    Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
  • 26-09-2026, 09:00
    Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz “yox” deyir
  • 25-09-2026, 16:00
    Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı
  • 25-09-2026, 15:30
    Millətlər Liqası: Türkiyə Fransanı qəbul edir, İtaliya Belçikaya qarşı
  • 25-09-2026, 14:41
    Bakıda deputatla qarpızsatan arasında İNSİDENT
  • 25-09-2026, 14:34
    İlham Əliyev “Brookfield Asset Management” şirkətinin direktorunu qəbul etdi
  • 25-09-2026, 14:22
    Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
  • 25-09-2026, 14:00
    Marketlərdə böyük dəyişiklik - 2 gün sonra BAŞLAYIR
  • 25-09-2026, 13:39
    Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
  • 25-09-2026, 13:29
    Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
  • 25-09-2026, 13:22
    Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
  • 25-09-2026, 13:15
    Prezident Kobaxidzeyə zəng etdi
Daha çox
25-09-2026, 10:00
Bu gün Qazaxıstanda milli matəm günüdür
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
25-09-2026, 14:22
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
26-09-2026, 10:18
İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
26-09-2026, 11:26
Yardımlıda 16 kiloqram narkotiki belə aşkarladılar - Video
26-09-2026, 12:31
“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Cəmiyyət
  • Mədəniyyət
  • Kriminal
  • Səhiyyə
  • Video
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Arif Yusifli
  • Telefon: (+99450) 399 05 04
  • E-mail: ofis@patriot.az
Müəllif hüquqları qorunur. Patriot.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2015-2023 Patriot.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə